320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 320) ilə 238-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 238.Qiymətli metallardan və ya qiymətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulması
Qiymətli metallardan və ya qiymətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatların qəbulu, saxlanılması, pərakəndə satışı və uçotu qaydalarının pozulmasına görə -
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.