Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 597) ilə Məcəllədən 245-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 245. Ödəmə mənbəyində verginin tutulmaması
Ödəmə mənbəyində vergini tutmadan ödəmənin həyata keçirilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.
dxxxvii[537] 20 sentyabr 2005-ci il tarixli 994-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 995) ilə 246-cı maddənin adından "və ya mühasibat uçotunun aparılması qaydalarının pozulması" sözləri, dispozisiyasından "və ya mühasibat uçotunun aparılmasının müəyyən edilmiş qaydalarının pozulmasına" sözləri çıxarılmışdır.
dxxxviii[538] 26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (