Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 597) ilə Məcəllədən 251-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 251.Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında uçotadurma və eyniləşdirmə nömrələrinin alınması qaydalarının pozulması
Qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında uçota durmamağa və ya eyniləşdirmə nömrəsini almamağa görə -
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.