Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 301.0.6-cı maddədə "fiziki şəxslərin toplaşdığı yerlərdə" sözləri çıxarılmış, "əşyaların və nəqliyyat vasitələrinin" sözləri "şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin" sözləri ilə əvəz edilmişdir.
dcviii[608] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 301.0.7-ci maddədə "sursatı," sözündən sonra "xüsusi vasitələr," sözləri əlavə edilmiş, "spirtli içkilər" sözləri "narkotik vasitələr, psixotrop maddələr və onların analoqları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların" sözləri ilə əvəz edilmişdir.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli “Azərbaycan Respublikasının Qanunu (