Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 6) ilə 315-1-ci maddədə "vəzifəli şəxslər" sözlərindən əvvəl "fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda,” sözləri əlavə edilmişdir.
16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 315-1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək”, “şərti maliyyə vahidinin əlli mislindən doxsan mislinədək” və “şərti maliyyə vahidinin yüz əlli mislindən üç yüz mislinədək” sözləri müvafiq olaraq “iyirmi manatdan qırx manatadək”, “əlli manatdan doxsan manatadək” və “yüz əlli manatdan üç yüz manatadək” sözləri ilə əvəz edilmişdir.