Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 601) ilə 324-1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
324-1. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatların təqdim edilməməsi
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlar tələb edildiyi gündən on iş günü müddətində təqdim edilməməsinə görə -
vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.