Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 45) ilə Məcəllədən 337-ci maddə cıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 337.Qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək
Pasportsuz, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan və ya sərhəd nəzarət məntəqəsindən keçmədən Azərbaycan Respublikasının ərazisinə gəlməyə və ya Azərbaycan Respublikasından getməyə görə -
vətəndaşlar şərti maliyyə vahidi məbləğinin on beş mislindən on iyirmi beş mislinədək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə şərti maliyyə vahidi məbləğinin iyirmi misli miqdarında cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.