AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən
hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmişdir.
1995-c
i il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci il avqustun 24-
də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
dəyişikliklərlə.
2009-
cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə
və dəyişikliklərlə.
2016-
cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks
olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin
edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini
istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq,
suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
-
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
-
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
-
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
-
xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq;
-
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat
səviyyəsini təmin etmək;
-
ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və
əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu
Konstitusiya qəbul edilir.
BİRİNCİ BÖLMƏ