Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 75. Cəzaçəkmə müəssisələrində texniki nəzarət vasitələri



Yüklə 0,55 Mb.
səhifə57/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   53   54   55   56   57   58   59   60   ...   136
Maddə 75. Cəzaçəkmə müəssisələrində texniki nəzarət vasitələri

75.1. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlar tərəfindən cəzanın icrası yerindən qaçmanın və başqa cinayətlər törədilməsinin, cəzanın icrası qaydalarının pozulmasının qarşısını almaq, məhkumların davranışı haqqında məlumatlar əldə etmək üçün video və səsyazmadan, elektron və digər texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

75.2. Texniki nəzarət vasitələrinin tətbiq edilməsi, o cümlədən bu vasitələrin onların həyat və sağlamlıqları üçün təhlükə yaradacağı barədə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumları yazılı şəkildə xəbərdar edir.

75.3. Texniki nəzarət vasitələrindən istifadə qaydası normativ hüquqi aktlarla müəyyənləşdirilir.

75.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlara, onların üst-başına, əşya və geyimlərinə, həmçinin cəzaçəkmə müəssisəsinin ərazisindəki binalara baxış və onlarda axtarış keçirə bilər. Şəxsi axtarış məhkumlarla eyni cinsdən olan şəxs tərəfindən aparılır. Təxirəsalınmaz hallarda məhkumların yaşadığı binalarda gecə baxışı aparıla bilər.

75.5. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş siyahı üzrə qadağan olunmuş əşya və sənədləri götürmək hüququna malikdir.

75.6. Baxış və axtarış tədbirlərinin keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. (16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin