Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 91. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin maddi məişət təminatı



Yüklə 0,55 Mb.
səhifə71/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   67   68   69   70   71   72   73   74   ...   136
Maddə 91. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin maddi məişət təminatı

91.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

91.2. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvardatmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz.

91.3. Məhkumlara fərdi yataq yeri və yataq ləvazimatı verilir. Onlar cinsləri, mövsüm və iqlim şəraiti nəzərə alınmaqla dövlət hesabına geyim, alt paltarı və ayaqqabı ilə təmin edilirlər.

91.4. Məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar. Məhkumları əməyə cəlb edən müəssisələrin hesabına onların müəyyən olunmuş normadan əlavə qidalanması təşkil edilə bilər.

91.5. Məhkumların yemək və maddi-məişət normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

91.6. çıxarılıb

91.7. çıxarılıb

91.8. Hamilə və ya üç yaşına çatmamış uşağı olan məhkum qadınlara, yetkinlik yaşına çatmayan, həmçinin xəstə, birinci və ikinci qrup əlilliyi olan məhkumlara yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar üçün yeməyin xüsusi normaları müəyyən edilir.

91.9. Ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi üçün xərcləməyə icazə verilən məbləğdən başqa, məhkumlar öz şəxsi hesablarında olan vəsaitlə cəzaçəkmə müəssisələrində istifadəsinə icazə verilən ayaqqabı və paltar əldə edə bilərlər. Məhkumlar normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada haqqı ödənilən müalicə-profilaktika xidmətlərindən və başqa əlavə xidmətlərdən istifadə edə bilərlər.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin