№48. Səngərlər elə düzəldilir ki, onun dərinliyi 1,5 m, eni 0,6
m, uzunluğu isə 3 m-dən çox olur. Səngərin qarşısı torpaq qatı ilə
örtülür. Əsgərlər səngərdə olduqda qarşıdan atılan düşmən güllələrin-
dən və yaxud da partlayıcı mərmilərin qəlpələrindən qoruna bilirlər.
№49. Tank əleyhinə minalanmış sahə 3-4 cərgə düzəldilir.
Mina cərgələri arasındakı məsafələr 10 metrdən 40 metrə qədər
götürülür. Hər bir mina cərgəsində ayrı-ayrı minalar arasındakı
məsafə 4 metrdən 5,5 metrə qədər, minalanmış sahənin ümumi
dərinliyi isə 20 m-dən 120 m-ə qədər olur (33-cü şəkil).
№50. (Bundan əvvəlki çalışmanın məzmunundan istifadə
etməli). Ərazinin ümumi dərinliyi h = 100 m-dir. Burada 4 cərgə
mina düzülüb. Demək, cərgələr arasındakı məsafə 25 m-dir (100:4
= 25 m). Hər cərgədə 17 mina var. Minalar arasındakı məsafə isə 4
– 5,5 m olmalıdır. Bunu 4,5 m qəbul edək. Onda minalanmış
ərazinin ümumi uzunluğu 4,5
·17 = 76,5 m olacaqdır. Ərazinin
sahəsi isə onun uzunluğu ilə dərinliyi hasilinə bərabərdir: S =
100∙76,5 = 7650 m
2
.
Şəkil 33.
10-40m
4-5,5m
. . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . .
20-120m
223
№51. Piyada əleyhinə minalar adətən iki və ya dörd sırada
yerləşdirilir. Sıralar arasındakı məsafə 2-4 m-ə qədər, sıralardakı
minalar arasındakı məsafə isə 1 m-dən az olmur.
№52 və №53. Praktik olaraq yerinə yetirilir.
№54. Sıçrayışlarla hərəkətdə dayanacaqlar (tənəffüslər) ara-
sındakı məsafə 20 addımdan 40 addıma kimi olmalıdır. Bu addımla-
rın sayı ərazinin formasından və düşmən atəşlərinin vəziyyətindən
asılıdır. Bu müddət ərzində düşmən nişan alaraq hərəkət edən əsgəri
vurmağa macal tapmır.
№55. Çalışma ibtidai hərbi hazırlıq dərsliyindən götürülmüş
(səh. 91) və bu praktik olaraq icra edilməlidir.
№56. Həm Gənclərin çağırışaqədərki hazırlığı dərsliyində
(60, s.111), həm də əvvəlki ibtidai hərbi hazırlıq dərsliyində (58,
s.82) bir nəfərlik səngərin çertyoju göstərilir. Bu çertyoja əsasən,
səngərin enini, uzunluğunu, dərinliyini dəqiq ölçüləri ilə göstərməli,
atəş sektorunun və brustverin dərəcələrini qeyd etməli.
№57. V = 170∙60∙30 – 40∙60∙(30 – 20) =
=306000 – 24000 = 282000 sm
3
V = 282000 sm
3
Qeyd etməliyik ki, bu çalışmaların düzgün yerinə yetirilməsi
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursu üzrə
məşğələlərdən şagirdlərin aldıqları bilikləri daha da əyaniləşdirir,
onların taktiki hazırlığını təmin etmiş olur. Məktəblilər nəinki fizika
və riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər, habelə
gələcəkdə hərbi hissələrdə qulluq edərkən onlara lazım olacaq bilik
və bacarıqların müəyyən qismini praktik şəkildə bu gün – orta mək-
təbdə qazanırlar. Çalışmaları yerinə yetirə-yetirə düşünür, təfəkkür
əməliyyatlarına qoşulur, müqayisə, tutuşdurma aparır, ən səmərəli,
dəqiq və ən dürüst variantı seçir. Hərb sahəsində iti ağıl, soyuq baş,
dərin düşüncə, qətiyyət, səhvə yol verməmək, bütün mümkün vari-
antları cəld ölçüb-biçmək, çeviklik, sərrastlıq başlıca amillərdəndir,
düşməni qabaqlamağın, onu məhv etməyin ən yaxşı yoludur. Odur
ki, yuxarıda verilən çalışmalara, şagirdlər tərəfindən onların həllinə
diqqət yetirmək son dərəcə vacibdir. Bu tipli çalışmaları yerinə
224
yetirməyə məktəblilərdə maraq və ən başlıcası bacarıq, səriştə ya-
radılmalıdır. Zəruri bilik, bacarıq və vərdişlər aşılanmadıqda, təbii
ki, maraq və həvəs də sönəcək, şagirdlər belə çalışmalara etinasız
yanaşacaqlar.
4.2.“Atıcılıq hazırlığı” üzrə materialların tədrisi prosesində
fizika və riyazi məzmunlu hərbi çalışmalardan istifadə
a)
ÇalıĢmalardan istifadənin metodiki xüsusiyyətləri
Atıcılıq hazırlığı bölməsi üzrə dərslikdəki tədris materialla-
rının məzmununa uyğun fizika və riyazi xarakterli hərbi çalışmalar
sistemi tərtib olunmuş, onlardan hərbi dərslərdə istifadənin metodi-
kası hazırlanmışdır. Həmin metodika eksperimental siniflərin hərbi
rəhbərlərinə (Bakı şəhəri 159 saylı məktəbin hərbi rəhbərinə, 9 saylı
məktəbin hərbi rəhbərinə, Gəncə şəhəri 15 saylı orta məktəbin hərbi
rəhbərinə) verilmiş, onlar dərsləri bu metodika əsasında aparmışlar.
Atıcılıq hazırlığı üzrə materialların tədrisi qarşısında duran baş-
lıca vəzifələr (tədris proqramına uyğun olaraq) Kalaşnikov avtoma-
tının tərkib hissələrinin və döyüş xüsusiyyətlərinin, kiçik kalibrli
tüfənglərin döyüş xüsusiyyətlərinin, güllə atıcılığı əsasları və qayda-
larının (atəşin yaranması, güllənin başlanğıc sürəti və enerjisi, geri
təpməsi, güllənin hərəkət trayektoriyası, deşici və öldürücü xüsusiy-
yətləri, minlik düsturu ilə məsafələrin təyini və s.) şagirdlərə mənim-
sədilməsidir. Lakin bu anlayışlar elə hərbi anlayışlardır ki, onlar
fizika və riyaziyyat fənləri üzrə öyrədilən biliklərə əsaslanır və həmin
biliklər üzərində qurulur. Bu əlaqəni nəzərə alaraq, eksperimental
sinfin hərbi rəhbəri Kalaşnikov avtomatının döyüş xüsusiyyətlərini
monoqrafiyanın III fəslində verilən metodika əsasında aydınlaşdırır.
Yeni mövzunun şərhindən sonra hərbi rəhbər aşağıdakı çalış-
manın həllinə keçir: “Cədvəldən istifadə edərək, süngü-bıçağın çə-
kisinin Kalaşnikov avtomatının çəkisinin neçə faizini təşkil etdiyini
tapın”. Çalışma tənasüb tərtib edilməsi yolu ilə həll olunur. Əvvəlcə
çalışmanın şərtləri müəyyənləşdirilir:
m
1
= 3,6 kq = 3600q
225
m
2
= 450q
Sonra tənasüb qurulur:
x
450
100
3600
12,5;
3600
100
450
x
;
100
x
3600
450
x = 12,5%
Deməli, süngü-bıçağın çəkisi avtomatın çəkisinin 12,5 faizini
təşkil edir.
Çalışmanın həllindən sonra hərbi rəhbər proqram materialının
şərhini davam etdirir. Məşğələnin sonunda o, avtomatın və pulem-
yotun döyüş xüsusiyyətlərini özündə birləşdirən cədvəlin üzərinə bir
də qayıdır, cədvəldəki hərbi bilikləri öz məzmununda əks etdirən
aşağıdakı riyazi çalışmaları evdə yerinə yetirməyi şagirdlərə tapşırır:
1.
Kalaşnikov avtomatından 1,6 saniyə fasiləsiz və 2,7 saniyə
fasiləli tək-tək atəşlər açılmışdır. Bu zaman neçə patrondan istifadə
olunmuşdur?
2.
Düşmən əsgəri paraşütlə 5 km/saat sürətlə enirdi. Arxası
üstə uzanmış əsgər ona 600 m qalmış avtomatdan fasiləsiz atəş aç-
mışdır. Əgər atəş açan əsgərin yalnız bir dolu xəzinəsi varsa, o, pa-
raşütçünü vura bilərmi?
Güllə atıcılığının əsasları və qaydaları ilə tanışlıq zamanı isə
hərbi rəhbərlər yalnız riyazi çalışmalardan deyil, hərbi məzmunlu
fizika çalışmalarından da istifadə edirlər. Belə ki, Gəncə şəhəri 15
saylı məktəbin hərbi rəhbəri atəşin baş verməsi hadisəsindən danı-
şarkən göstərir ki, atəş ani bir müddətdə (0,001-0,06 san) yaranır,
yanma kamerasında 250-500 kqQ/sm
2
(1kqQ/sm
2
= 0,1MPa) təzyiq-
də əmələ gələn qazın təkanı ilə güllə patrondan ayrılır. O, avtomatın
lülə kanalında ən yüksək təzyiqin 2800 kqQ/sm
2
olduğunu, bu təz-
yiqin güllənin patrondan ayrılaraq 4-6 sm getdikdən sonra yarandı-
ğını və güllənin lülədən çıxan anda qazın təzyiqinin 300-
900kqQ/sm
2
olduğunu şagirdlərin nəzərinə çatdırır. Hərbi rəhbər
güllənin başlanğıc sürətinin mənasını fizika kursundakı hərəkət
edən cismin başlanğıc sürəti anlayışı ilə bağlayır və sinfə belə bir
226
çalışmanı yerinə yetirməyi tapşırır: “Kalaşnikov avtomatından atı-
lan güllənin başlanğıc enerjisini hesablayın”. Hərbi rəhbər çalışma-
nın həllinə başlamazdan əvvəl belə bir müsahibə aparır: Fizika
kursundan sizə məlum olan bir neçə anlayışı yadınıza salın. Kinetik
enerji nəyə deyilir? (Öz hərəkəti nəticəsində cismin malik olduğu
enerjiyə). Kinetik enerji hansı düsturla hesablanır?
E
k
=
2
mV
2
Burada m-cismin kütləsi, V-onun hərəkət sürətidir. Kütlənin
çəkidən asılılığı necədir? (m =
g
P
, Burada P-cismin çəkisi, g-sərbəst
düşmə təcilidir: g=9,8m/san
2
).
-Kim deyər, Kalaşnikov avtomatından atılan güllənin
başlanğıc sürəti nə qədərdir? (V
0
= 715 m/san).
İndi isə güllənin başlanğıc enerjisini hesablayaq:
201,93;
9,8
2
715
10
7,9
2g
pV
2
mV
E
2
3
2
0
2
0
E = 201,93 kqm.
Sonra hərbi rəhbər ev tapşırığı kimi aşağıdakı çalışmalar
sistemini verir:
1.
Zərbə mexanizmi kapsula dəyərək barıtı alışdırdıqda pat-
ronun yanma kamerasında təzyiq neçə MPa ola bilər? MPa necə
oxunur və 1MPa neçə kqQ/sm
2
-dir?
2.
Güllə lülədən çıxan zaman ona təkan verən qazı təzyiqi öz
maksimum qiymətindən neçə faiz aşağı düşür?
3.
Kalaşnikov avtomatının geritəpmə sürətinin qiyməti, onun
gülləsinin çəkisi ilə hansı riyazi münasibətdədir?
Növbəti məşğələdə hərbi rəhbər ev tapşırıqlarını yoxlayaraq
aşağıdakı həll üsullarını düzgün cavablar kimi qəbul edir:
1-ci çalıĢmanın həlli: ibtidai hərbi hazırlıq kursundan məlum-
dur ki, güllə patrondan 250-500 kqQ/sm
2
təzyiqin hesabına ayrılır.
Fizika kursundan isə bilirik ki, 1kqQ/sm
2
= 0,1MPa (meqapaskala).
Onda yanma kamerasında təzyiq 25-30 MPa ola bilir.
227
2-ci çalıĢmanın həlli: Məlumdur ki, lülə boyunca irəli get-
dikcə qazın təzyiqi sürətlə aşağı düşür və lülə kanalından çıxan za-
man təzyiq 300-900 kqQ/sm
2
olur. Qazın maksimum təzyiqi isə
2800 kqQ/sm
2
-dır. Onda təzyiqin neçə faiz qaldığını belə hesabla-
maq mümkündür (riyaziyyatdan ədədə görə faizin tapılması qayda-
sına əsasən).
Qazın təzyiqi maksimum aşağı düşdükdə yerdə qalan təzyiq x
faiz olsun. Onda,
;
300
100
2800
x
100
2800
300
x
10,7;
2800
100
300
x
x = 10,7%
Qazın təzyiqi minimum aşağı düşdükdə yerdə qalan qazın
təzyiqi y% olsun. Onda,
;
y
900
100
2800
100
y
2800
900
32,1
y
32,1;
2800
100
900
y
%
100 – x = 100 – 10,7 = 89,3%;
100 – y = 100 – 32,1 = 67,9%
Deməli, qazın təzyiqi öz maksimum qiymətindən 89,3-67,9
faiz aşağı düşür.
3-cü çalıĢmanın həlli: Silahın geritəpməsi fizikada sürətin və
enerjinin qiyməti ilə xarakterizə olunur. Yəni güllənin çəkisi silahın
çəkisindən neçə dəfə kiçikdirsə, silahın geritəpmə sürəti də onun
başlanğıc sürətindən bir o qədər dəfə kiçikdir. Əgər güllənin çəkisi-
ni p, silahın çəkisini P, güllənin başlanğıc sürətini isə V
0
ilə göstər-
sək, onda silahın geritəpmə sürətini
P
p
V
V
0
düsturu ilə ifadə etmək olar. Bu o deməkdir ki, Kalaşnikov avto-
matının geritəpmə sürətinin qiyməti, avtomatın çəkisi ilə tərs,
güllənin çəkisi ilə düz mütənasibdir.
228
Güllənin uçuş trayektoriyasının izahına həsr olunmuş məş-
ğələdə isə Bakı şəhəri 159 saylı məktəbin hərbi rəhbəri əvvəlcə
plakat üzərində güllənin uçuş nöqtəsini, atım xəttini, güllənin ağırlıq
və havanın müqavimət qüvvələrinin istiqamətlərini aydınlaşdırır.
Göstərilir ki, güllə öz hərəkətinə düz xətt boyunca başlayır. Bu düz
xətt lülə kanalının istiqaməti boyunca uzanır və atım xətti adlanır.
Hələ 8-ci sinif fizika kursundan (78, s.40) bilirsiniz ki, havada uçan
hər hansı cismə iki qüvvə təsir edir. Bu qüvvələrdən biri havanın
müqavimət qüvvəsi olub cismin uçuş istiqamətinin əksinə yönəlir.
İkinci qüvvə isə yerin cazibə qüvvəsidir. Bu qüvvə altında müxtəlif
cisimlər kütlələrindən asılı olaraq müxtəlif sürətlərlə şaquli istiqa-
mətdə yerə düşür. Bu müxtəliflik də onların ağırlıq qüvvəsini səciy-
yələndirir. Yadda saxlamaq lazımdır ki, güllə uçuşa başlayarkən
qeyd etdiyimiz hər iki qüvvə eyni mahiyyətlə ona da təsir göstərir.
Ona görə də güllə bu qüvvələrin təsiri altında atım xətti boyunca
hərəkət istiqamətini dəyişir, tədricən yerə doğru enir və uçuşun sonu
yerdə qurtarır. Deməli, güllənin ağırlıq mərkəzinin uçuş zamanı
cızdığı əyri xəttə güllənin trayektoriyası deyilir. Trayektoriyanın
vəziyyəti atım bucağının qiymətindən asılıdır. Bucaq anlayışını
riyaziyyatdan bilirsiniz. Atım bucağı isə atım düz xəttinin üfüqi isti-
qamətlə əmələ gətirdiyi bucaqdır. Atım bucağının qiyməti artdıqca
trayektoriyanın hündürlüyü (trayektoriyanın təpəsindən silahın üfü-
qünə qədər olan məsafə) də artır, lakin güllənin uçuş uzaqlığı azalır.
Güllənin ən uzağa uçma məsafəsinə uyğun olan atın bucağı ən
böyük atım bucağı adlanır və Kalaşnikov avtomatları (həmçinin
pulemyotları) üçün təxminən 35
0
-yə bərabərdir.
Hərbi rəhbər öz şərhini saxlayaraq sinfə belə bir sualla müra-
ciət edir: Siz 8-ci sinif fizika kursundan öyrənmisiniz. Əgər havanın
müqaviməti nəzərə alınmasa, ən böyük atım bucağı neçə dərəcə
olar? (45
0
- deyə şagirdlərdən biri cavab verir).
Sonra hərbi rəhbər şərhinə davam edərək, müxtəlif (zirehde-
şən-yandırıcı və polad ucluqlu) güllələrin maneələri deşmə dərin-
liyini və faizini aydınlaşdırır. Məsələn, 7 mm qalınlıqlı zirehə 300
m məsafədən 90
0
-li bucaq altında atılmış zirehdeşən-yandırıcı güllə
229
onu əlli faiz deşə bilir. Və yaxud, 100 m məsafədən atılmış hər iki
növ güllə kərpic divarı 12-15 sm dələ bilir və s.
Digər bir neçə maneələrin də deşilmə faizini və dərinliyini
qeyd edən hərbi rəhbər güllənin öldürücü keyfiyyətini izah edir.
Məlumat verir ki, insanı sıradan çıxarmaq üçün güllənin kinetik
enerjisi 8 kqQ/m-dən (78,5 c) az olmamalıdır. Güllə praktik olaraq
bütün uçuş müddətində öz öldürücü keyfiyyətini saxlayır.
Bununla da, hərbi rəhbər şərhini yekunlaşdırır və aşağıdakı
çalışmanın həllinə keçir: “Güllənin trayektoriyası ilə atım bucağı,
uçuş uzaqlığı ilə trayektoriyanın təpəsi hansı riyazi asılılıqdadırlar?
Bu asılılıqlar funksional asılılıqdırmı?”
Çalışmanın həlli aşağıdakı mühakimələrlə aparılır: “Güllənin
uçuş trayektoriyası atım bucağından asılı olaraq dəyişir. Atım buca-
ğı müxtəlif qiymətlər aldıqda müxtəlif trayektoriyalar alınır. Hər bir
bucağa isə yalnız bir trayektoriya uyğundur. Demək, trayektoriya
atım bucağının funksiyasıdır. Güllənin uçuş uzaqlığı trayektoriyanın
hündürlüyü ilə tərs mütənasib asılılıqdadır. Belə ki, trayektoriyanın
hündürlüyü artdıqca, uçuş uzaqlığı azalır, hündürlük azaldıqda isə
uçuş uzaqlığı artır. Əgər uçuş uzaqlığını l ilə, trayektoriyanın
hündürlüyünü h ilə işarə etsək, onda riyaziyyata əsasən,
h
A
l
(A-sabit kəmiyyətdir) yazmaq mümkündür.”
Sonra hərbi rəhbər ev tapşırığı kimi aşağıdakı çalışmaları
verərək məşğələni yekunlaşdırır:
1. Üfüqlə L = 60
0
bucaq təşkil etmək şərti ilə topdan V
0
=
600km/saat sürətlə mərmi atılmışdır. Mərmi atıldığı yerdən nə
qədər uzağa düşəcəkdir? O, hansı hündürlüyə qalxacaqdır? (Hava-
nın müqavimətini nəzərə almamalı).
2. Güllənin hərəkət trayektoriyasının tənliyini analitik üsulla
(y = g(x) şəklində) yazın. Tənliyin alınmasının riyazi qaydasını izah
edin.
3. Təyyarədən h = 500 m hündürlükdən atılmış bombanın hə-
rəkət trayektoriyasını çəkin. (Bombanın başlanğıc sürəti 1200 km/
saatdır). Miqyası müstəqil seçin.
230
4. Boyu 170 sm olan əsgər ayaq üstə dayanaraq üfüqi istiqa-
mətdə Kalaşnikov avtomatından atəş açmışdır. Güllə hansı məsa-
fədə yerə düşəcəkdir?
Çalışmaların həllinə istiqamət vermək məqsədilə hərbi rəhbər
8-ci sinif fizika kursunun 135-140-cı səhifələrindən istifadə etməyi
məsləhət görür.
“Atəşin əmələ gəlməsi” mövzusunun şərhinə hərbi rəhbər
müsahibə yolu ilə başlaya bilər. Şagirdlərin 6-cı sinif fizika kur-
sundan öyrəndikləri və hazırda hərbi mövzunun izahı üçün zəruri
olan bir sıra anlayışları yada salmaq faydalıdır. Bu zaman müsahibə
təxminən aşağıdakı kimi aparılır:
-Təzyiq nəyə deyilir? (Səthə perpendikulyar təsir göstərən
qüvvənin bu səthin sahəsinə bölünməsindən alınan kəmiyyətə
təzyiq deyilir). Təzyiqi necə təyin etmək lazımdır? (Səthə perpendi-
kulyar təsir göstərən qüvvəni səthin sahəsinə bölmək lazımdır. Yə-
ni, təzyiq = qüvə: sahə və ya p=F:S. Burada p-təzyiq, F-səthə təsir
edən qüvvə, S-isə səthin sahəsidir). Təzyiq vahidi olaraq nə götürü-
lür? (1 m
2
səthdə 1N qüvvənin təsiri ilə yaranan təzyiq götürülür.
Bu vahid Paskal adlanır və 1Pa=1N/m
2
yazılır). Təzyiq üçün prakti-
kada digər hansı ölçü vahidlərindən istifadə edirlər? (hidropas-
kaldan (hPa), kilopaskaldan (KPa) və mikropaskaldan (MPa);
1 hPa=100 Pa; 1 KPa=1000 Pa; 1MPa=10
-6
Pa).
Tətik çəkildikdən sonra zərbə mexanizmi patronun kapsuluna
dəyir, zərbədən kapsul qığılcım verir və barıt alışır. Patrona doldu-
rulmuş barıt ani bir müddətdə alışaraq yanır və patronun daxilində
çox yüksək təzyiqli qaynar qaz əmələ gətirir. Yadda saxlamaq
lazımdır ki, atəş vaxtı patronun daxilində əmələ gələn 250-500
kqQ/sm
2
təzyiqli qazın hesabına güllə patrondan ayrılır (1 kqQ/sm
2
= 0,1MPa). Güllə patrondan ayrılandan sonra da barıtın yanması və
təzyiqin artması davam edir. Güllə silahın lüləsi boyunca 2-4 sm
hərəkət etdikdə təzyiq maksimuma -2800 kqQ/sm
2
-na kimi çatır.
Güllənin lülə daxilində sonrakı hərəkəti nəticəsində qazın yerləşmə
həcmi genişləndiyinə görə təzyiq qəflətən aşağı düşür və 300-900
kqQ/sm
2
-na enir. Bu zaman artıq güllə lülədən çıxır və hədəfə doğru
231
istiqamət alır. Bütün sadaladığımız bu proses ani bir müddətdə,
0,001-0,06 saniyədə baş verir.
Şərhin bu hissəsindən sonra hərbi rəhbər şagirdlərə aşağıdakı
tipli sual və çalışmalar verə bilər:
1.
1kqQ/sm
2
nəyin ölçü vahididir? (Bu, təzyiqin ölçü vahidi-
dir və 1sm
2
sahəyə 1kq-lıq qüvvənin təsir etdiyini göstərir).
2.
1kqQ/sm
2
neçə MPa-dır? Cavabı əsaslandırın.
(1kqQ/ sm
2
= 9,8 N : 10
-4
m
2
= 10
5
N/m
2
= 10
5
Pa = 0,1 MPa).
3.
Tətiyin çəkilməsi ilə güllənin atılması nə qədər müddətə
başa gəlir və burada hansı proseslər yaranır? (Şagirdin cavabı yuxa-
rıdakı mühakimələr əsasında qurulmalıdır).
4.
Patronun yanma kamerasında təzyiq neçə MPa ola bilər?
(Güllə patrondan 250-500 kqQ/sm
2
təzyiqin hesabına ayrılır.
1 kqQ/sm
2
= 0,1 MPa. Onda, yanma kamerasında təzyiq 25-50 MPa
olacaqdır).
5. Güllə açılan zaman ən böyük təzyiq nə vaxt əmələ gəlir və
onun maksimum qiyməti nə qədər ola bilir? (Güllə patrondan ayrı-
laraq 4-6 sm yol getdikdən sonra təzyiq ən böyük qiymət alır və
2800 kqQ/sm
2
olur).
Güllənin başlanğıc sürəti və silahın geritəpmə anlayışları da
bir sıra rəqəm və faktlarla aydınlaşdırılır. Bu faktlar və rəqəmlər isə
fizika kursunda öyrədilən bir sıra anlayışlarla bilavasitə bağlıdır.
Ona görə də həmin fizika proseslərinə aid və bu proseslər əsasında
şərh olunan hərbi anlayışları özündə saxlayan çalışmalardan istifadə
etmək məqsədə müvafiqdir. Belə tip çalışmalara nümunə olaraq
aşağıdakıları göstərmək mümkümdür. Həmin çalışmalar verilən hər-
bi anlayışların nəzəri əsaslarını da özündə sazlayır.
1.
Kalaşnikov avtomatından şaquli istiqamətdə yuxarı atılmış
güllə hansı hündürlüyə qalxar? (havanın müqaviməti nəzərə alınmır).
2.
Üfüqlə bucaq təşkil etmək şərti ilə atılmış güllənin hərəkə-
ti zamanı ona hansı qüvvələr təsir göstərir?
3.
Kalaşnikov avtomatında güllənin başlanğıc enerjisini he-
sablayın.
4.
Kalaşnikov avtomatının geritəpmə enerjisi neçə couldur?
232
5. Güllə hansı bucaq altında ən uzaq məsafəyə düşəcəkdir?
(havanın müqaviməti nəzərə alındığı və alınmadığı hallarda).
Çalışmalar aşağıdakı mühakimələr əsasında həll oluna bilər.
1.
Kalaşnikov avtomatının başlanğıc sürətini V
0
ilə, güllənin
qalxacağı hündürlüyü isə h ilə işarə edək. Məlumdur ki, Kalaşnikov
avtomatında güllənin başlanğıc sürəti 715m/san-dir (V
0
=715m/
san). Hesablama başlanğıcı olaraq güllənin atıldığı nöqtəni, yəni
lülənin uc nöqtəsini qəbul edək. Həmin nöqtədə güllənin potensial
enerjisi sıfra, kinetik enerjisi isə mV
0
2
/2-yə bərabərdir. m - güllənin
kütləsidir.
Deməli, güllənin tam enerjisi
2
mV
2
mV
0
2
0
2
0
bərabərdir.
Yuxarı atıldığı h hündürlükdəki nöqtədə güllənin potensial
enerjisi
h
g
m
-a bərabərdir. Fizikada tam enerjinin saxlanması
qanununa görə
2
mV
h
g
m
2
0
;
g
2
V
h
2
0
;
olduğundan h = 715
2
:(2∙9,8) = 511225:19,6 = 26083 m ≈ 26 km
alınır.
2. Havada uçarkən gülləyə iki qüvvə – güllənin ağırlıq qüvvə-
si və havanın müqavimət qüvvəsi təsir edir. Bunlar isə güllənin
sürətini və istiqamətini dəyişir.
3. Güllənin başlanğıc enerjisini hesablayarkən fizikadan öy-
rədilən E =
2
mV
2
;
g
p
m
düsturundan istifadə etmək lazımdır.
Burada m – güllənin kütləsi, p- güllənin çəkisi, g - sərbəst düşmə
təcilidir. Əvvəlki hərbi dərslərdən isə məlumdur ki, Kalaşnikov
avtomatı üçün V
0
= 715 m/san; P
güllə
= 7,9q = 7,9∙10
-3
kQ.
Şərti olaraq g = 9,8 m/san
2
= 10 m/san
2
qəbul edək. Onda,
kq;
10
7,9
10
7,9
10
10
7,9
g
p
m
4
-
4
-
-3
233
c.
202
Nm
202
201,93
2
715
10
7,9
2
mV
E
2
-4
2
0
4. Kalaşnikov avtomatında geritəpmə enerjisi 19,6 çouldan
çox ola bilməz.
5. Havanın müqavimət qüvvəsi nəzərə alındıqda güllə üfüqi
istiqamətlə 35
0
-li, havanın müqaviməti nəzərə alınmadıqda isə 45
0
-
li bucaq altında ən uzaq məsafəyə düşür.
Şagirdlərin sinifdənxaric müstəqil işlərinin təşkili zamanı isə
hərbi rəhbər aşağıdakı tip çalışmalar sisteminə müraciət edir:
1. Kalaşnikov əl pulemyotundan şaquli istiqamətdə yuxarı
atılmış güllə hansı hündürlüyə qalxar?
2. Üfüqlə 45
0
-li bucaq təşkil etmək şərti ilə Kalaşnikov avto-
matından atılmış güllənin hərəkət trayektoriyasını qurmalı. Baş-
lanğıc sürəti və koordinatların miqyaslarını ixtiyari götürmək olar.
3. Üfüqlə
=60
0
bucaq təşkil etmək şərti ilə Kalaşnikov
avtomatından və pulemyotundan güllə atılmışdır. Güllə atıldığı
yerdən nə qədər uzağa düşəcəkdir? O, hansı hündürlüyə qalxacaq-
dır? Ucuş neçə müddət davam edəcəkdir? Havanın müqavimətini
nəzərə almamalı.
4. Üfüqlə
bucağı təşkil etməklə atılan avtomat gülləsi t
saniyədən sonra trayektoriyanın hansı nöqtəsində yerləşəcəkdir?
Nöqtənin x və y koordinatlarını ümumi şəkildə ifadə edin. Havanın
müqaviməti nəzərə alınmır.
Çalışmaların həllinə istiqamət olaraq hərbi rəhbər qeyd edə
bilər ki, həll zamanı yuxarıdakı çalışmaların həlli üsullarına əsaslan-
maq olar. Növbəti məşğələlərdə həmin tapşırıqlar yoxlanılarkən
hərbi rəhbərlər aşağıdakı mühakimələri çalışmaların doğru həlli
kimi qəbul edə bilər:
1.
Çalışmaların həlli zamanı Kalaşnikov avtomatından atılan
güllənin qalxdığı hündürlüyü hesabladığımız düstura əsaslanmaq
lazımdır. Burada V
0
=745 m/san;
m
27751
m/san
9,8
2
/san
m
745
g
2
V
h
2
2
2
2
2
0
234
Qeyd edirik ki, bu halda da havanın müqaviməti nəzərə alın-
mır.
2.
Çalışmanın həlli zamanı 8-ci sinif fizika kursunun “Ağırlıq
qüvvəsinin təsiri altında olan hərəkət: cismin başlanğıc surəti üfüqlə
bucaq təşkil edir” mövzusu üzrə fizika biliklərindən istifadə edilir.
Kalaşnikov avtomatında güllənin başlanğıc surəti V
0
= 715m/san
olduğundan üfüqlə bucaq təşkil etməklə atılmış cismin hərəkət
tənliyinə əsasən güllə aşağıdakı parametrik şəklində verilən əyri
boyunca uçacaqdır.
2
t
9,8
t
2
715
2
gt
sinα
t
V
y
t
2
2
715
cosα
t
V
x
2
2
0
0
3. Fizika kursundan şagirdlərə məlumdur ki, üfüqlə
bucağı
təşkil etməklə atılan cismin uçuş məsafəsi
g
sin2α
V
l
2
0
düsturu ilə
hesablanır.
g ≈ 10m/san
2
. Kalaşnikov avtomat və pulemyotu üçün isə V
0
başlanğıc sürəti uyğun olaraq 715 m/san və 745 m/san-dir. Onda
= 60
0
bucaq altında atılmış avtomat və pulemyot güllələri uyğun
olaraq
m
10
3
28
10
sin120
745
l
m,
10
3
26
10
sin120
715
l
3
0
2
pulem
3
0
2
avtom
məsafələrə uçacaqdır.
3.
Üfüqlə
bucağı təşkil etməklə atılan avtomat gülləsi t =
t
0
saniyədən sonra trayektoriyanın A(x
0
; y
0
) nöqtəsində olacaqdır:
2
gt
sinα
t
V
y
cosα
t
V
x
2
0
0
0
0
0
0
0
235
Avtomatdan atəş açmaq priyomlarına aid növbəti məşğələlər-
dən sonra hərbi rəhbərlər şagirdlərin müstəqil nəzəri işlərinin təşkili
məqsədilə aşağıdakı tip çalışmalara da müraciət edə bilərlər:
1.
İnsanı sıradan çıxarmaq (öldürmək) üçün güllə hansı ener-
jiyə malik olmalıdır? (həmin enerji 78,5 couldan az olmamalıdır).
2.
Nə üçün karabində güllənin başlanğıc sürəti (750 m/san)
avtomatda güllənin başlanğıc sürətindən (715 m/san) böyükdür?
Qeyd edek ki, patronlar bir-birindən az fərqlənir. (Karabində lülə
kanalının uzunluğu avtomatın lüləsindən uzundur. Ona görə atəş
zamanı patronun yanma kamerasında əmələ gələn yüksək təzyiqli
qaz karabində gülləyə nisbətən çox müddətə təsir edir. Bu təsirin də
nəticəsində karabində güllənin başlanğıc sürəti böyük olur).
3.
Kalaşnikov avtomatından atılan güllə 1 km-də dayanan
düşmən əsgərini öldürə bilərmi? (Bəli, çünki bu güllə 1500 m-lik
məsafədə öz öldürücü təsirini saxlayır).
4.
40 sm qalınlığı olan taxta maneənin arxasında gizlənərək
avtomat (və yaxud pulemyot) gülləsində tam təhlükəsiz müdafiə
olunmaq mümkündürmü? (Bəli, məlumdur ki, 150 m-ə qədər məsa-
fədən atılan avtomat gülləsi taxta maneənin 30-40 sm-nə qədər gedə
bilir. Demək, güllə 40 sm qalınlıqlı taxta maneəni keçə bilmir,
keçsə də artıq öz kinetik enerjisini əslində itirir).
5.
Kazarmadan qərargaha qədər olan məsafə 450 metrdir. Əs-
gər adi yerişlə bu qədər məsafəni neçə dəqiqəyə qət edə bilər? (Adi
yerişlə əsgərin hər addımının uzunluğu 70-80 sm-dir. Orta addımı-
nın uzunluğu isə (70+80):2 = 75 sm olacaqdır. Bir dəqiqədə əsgərin
adi yerişlə addımlarının orta sayı isə (110+120):2 =115-dir. Onda
həmin məsafəni əsgər adi yerişlə (450 m : 75 sm) : 115 = (45000
sm: 75 sm) : 115 = 5 dəqiqəyə gedəcəkdir.
6.
Avtomatın kütləsi güllənin kütləsindən 200 dəfə böyük
isə, atəş zamanı çıxan güllənin (barıt qazları ilə birlikdə) kinetik
enerjisi ilə avtomatın kinetik enerjisi arasındakı nisbəti təyin edin.
Güllənin kütləsi m-dir. Onda avtomatın kütləsi 200 m olar. Enerjilər
arasındakı nisbət isə
236
2
1
2
2
2
1
mV
pulem
avt
V
V
200
/2
mV
/2
200
W
W
2
2
olar.
Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazırlıq)
məşğələlərində və bu fənn üzrə sinifdənxaric müstəqil-nəzəri işlərdə
hərbi məzmunlu fizika və riyazi çalışmalardan daha səmərəli
istifadə edilməsi həm müvafiq hərbi biliklərin şagirdlər tərəfindən
daha şüurlu, dərindən və elmi-nəzəri əsaslarla mənimsədilməsinə,
bu biliklərin dəqiq elmlərin köməyilə araşdırılmasına, ordumuza
onun texnikasından baş çıxara bilən savadlı əsgərlərin hazırlan-
masına xidmət göstərir, həm də məktəblilərin fizika və riyaziyyatın
yeni tətbiq sahələrinə dair təsəvvürlərinin genişləndirilməsində bö-
yük rol oynayır.
Gənclərin çağırışaqədərki hazırlığı (İbtidai hərbi hazırlıq)
məşğələlərini ümumtəhsil fənləri üzrə (o cümlədən, fizika, riyaziy-
yat, coğrafiya, əmək təlimi və s.) biliklərlə qarşılıqlı əlaqədə qur-
duqda şagirdlər daha yaradıcı düşünməyi, bu əlaqələrə əsaslanan
elmi-nəzəri və bitkin mühakimələr yürütməyi, özlərinin hərbi fikir
və mülahizələrini riyazi düsturlarla (və yaxud fizika qanunlarının
köməyi ilə) aydınlaşdırmağı və əsaslandırmağı öyrənirlər. Bu proses
məktəblilərin təsəvvürünü, diqqətini, yaradıcı təfəkkürünü, elmi
dünyagörüşünü daha da inkişaf etdirir ki, bunlar da “Təhsil qanu-
nu”nun başlıca tələblərindəndir.
Dostları ilə paylaş: |