2. TƏXƏYYÜL NÖVLƏRİ
İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır, lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə p a s s i v t ə x ə y y ü l deyilir. Passiv təxəyyül həm niyyətli, həm də n i y y ə t s i z xarakter daşıya bilər.
Niyyətli passiv təxəyyülə missal olaraq xülyanı göstərmək olar. Xülya zamanı insane əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşallanır, sadəcə olaraq bu prosesin özündən həzz alır, lakin onları həyata keçirmir. Passiv təxəyyül surətləri hər hansı bir təəssüratın, söz və hissin təsiri ilə niyyətsiz surətdə də əmələ gələ bilər. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir.
Xülyanı x ə y a l l a eyniləşdirmək olmaz. Xəyal arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir.İnsanın həyatında xəyal mühüm rol oynayır.
A k t i v t ə x ə y y ü l müxtəlif formalarda özünü göstərir. B ə r p a e d i c i və y a r a d ı c ı təxəyyül onun əsas növləri hesab olunur.
Obyektiv təsvir, çertyoj, sxem, not, xəritə və s. əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir.
Y a r a d ı c I t ə x ə y y ü l fəaliyyətin orjinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur.
Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu prosesə nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılarsa, buna xülya deyilir.
Xoş, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ təxəyyül üstünlük təşkil etsə, belə adamlara xülyaçı, xülyapərəst adamlar deyilir. Bu cəhət şəxsiyyətin mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir.
Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü isti yorğanla örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara çıxır. Bu zaman siz soyuğu hiss etməyə başlayırsınız. Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur, siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın gəzirsiniz, soyuqdan gizlənməyə çalışırsınız və s. Bütün röya obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi təzahür edir.
Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa, fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici və yaradıcı təxəyyül növlərinə ayrılır.
Dostları ilə paylaş: |