Qazbasqı rejimi (qaz papağı rejimi). Qazbasqı rejimi strukturun tağ hissəsində
toplanmış böyük təzyiqli qaz yığımlarının (qaz papağının) enerjisinin təzahürü
nəticəsində əmələ gəlir. İşlənilmə prosesində genişlənən qazın yaratdığı təzyiq nefti
quyu dibinə doğru sıxışdırır və nəticədə qaz-neft kontaktı strukturun aşağı
hissələrinə tədricən hərəkət edir. Bu rejimdə qaz-neft kontaktı neftli hissəyə doğru
durmadan hərəkət etdiyindən qaz amili artmağa başlayır və hətta quyularda
təmiz qaz fontanı da baş verə bilir. Qazbasqı rejimi üçün süxurların yüksək
məsaməliyi, layların böyük bucaq altında yatması və neftin özlülüyünün az olması
daha əlverişli hal sayılır.
Qazbasqı rejimində neftvermə əmsalı maksimum 0,40-0,50-ə çatdırıla bilər.
Dostları ilə paylaş: |