Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına
təsiri
Vulvovaginal kandidoz hamiləliyin gedişatını ağırlaşdırmır,
dölün/yenidoğulmuşun sağlamlığına mənfi təsir göstərmir.
Diaqnostika
Fəsadlaşmamış gedişatlı
vulvovaginal kandidoz zamanı
yaxmanın mikroskopik müayinəsinin aparılması tövsiyə olunur
(Qramm üsulu ilə boyanmış və ya nativ yaxma (B)). Yaxma uşaqlıq
yolunun ön tağından götürülməlidir (B).
Mikroskopik müayinə nəticəsində psevdoqriflərin və/və ya
blastosporların aşkar olunub-olunmaması qeyd edilməlidir (B).
Candida non-albicans, xüsusilə Candida glabrata, pseudohyphae
və ya hyphae formalaşdırmır və işıq mikroskopiyasında aşkar olunmur.
Vaginal pH vulvovaginal kandidozun diaqnostikası üçün
əhəmiyyətli deyil (C).
Fəsadlaşmış
vulvovaginal
kandidozun
diaqnostikasında
mikroskopik və bakterioloji müayinə aparılır.
Göbələk koloniyalarının sayı 10
3
KYV/ml-dən artıq olduqda
diaqnostik əhəmiyyətli hesab olunur.
Rutin skrininq – simptomlar qeyd olunmadıqda aparılması tövsiyə
olunmur (C).
Müalicə
Vacib məqam – simptomlar qeyd olunmadığı halda laborator
metodlarla Candida aşkar olunması müalicə üçün əsas vermir.
Müalicə vaginal yaxmasında Candida aşkar olunan, vulvovaginal
kandidozun klinik simptomları müəyyən olunan qadınlara təyin edilir
(B). Klinik təcrübədə yalnız simptomlara əsaslanaraq müalicənin
təyin edilməsi hallarına rast gəlinir ki, bu da bir çox qadınların
əsassız müalicə almasına gətirir (B). Hamiləlik dövründə oral
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
antifunqal preparatların qəbul edilməsi tövsiyə olunmur (C).
Hamilələrdə vulvovaginal kandidozun müalicəsində antimikotiklərin
yerli istifadəsinə (uşaqlıq yoluna) üstünlük verilməlidir, çünki bu
halda preparatın dölə təsiri qeyd olunmur.
Hamiləlik dövründə uşaqlıq yoluna azol qrupundan olan
preparatların istifadəsi tövsiyə olunur. Müalicənin müddəti
7 gündən artıq ola bilər (A) və aşağıdakı dərman
preparatlarından biri ilə aparıla bilər:
Natamiysin – 100 mq 6 gün
1%-li Klotrimazol krem – 5 q uşaqlıq yoluna 7-14 gün
Klotrimazol – 100 mq vaginal həb 7 gün
Omokonazol
– 150 mq 6 gün, 300 mq 3 gün, 900 mq
bir dəfə
Mikonazol – 100 mq 7-14 gün, 1,2 q bir dəfə
İsokonazol – 600 mq 1-3 gün
Ekonazol – 50 mq 14 gün, 150 mq 3 gün
Pasiyenti
yerli
göbələk
əleyhinə
preparatların
lateks
kondomlarını zədələməsi barədə xəbərdar etmək lazımdır (C).
Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.
Profilaktika – mövcud deyil.
Ümumi tövsiyələr:
Xarici cinsiyyət üzvləri nahiyəsinin təmiz və quru olması
vacibdir. Sabundan istifadə etmək lazım deyil, yalnız su ilə
yuyunmaq lazımdır
CYYİ-yə yoluxmanın və CYYİ-nin yayılmasının qarşısının
alınması məqsədilə cinsi əlaqə zamanı kondomlardan istifadə
(vulvovaginal kandidoz fonunda uşaqlıq yolunun selikli
qişası zədələndiyinə görə) etmək lazımdır
Alt paltarın pambıq parçadan olması məsləhətdir
Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsinə nəzarət
etmək vacibdir
Cinsi partnyorların müayinəsi və müalicəsi aşağıdakı hallarda
məsləhət görülür:
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
Cinsi partnyorda kandidoz, balanopostit əlamətləri qeyd
olunduqda
Residivli
vulvovaginal
kandidozlu
qadınların
cinsi
partnyorları
Hamiləliyin pozulması – göstəriş yoxdur.
Doğuş – təbii doğuş yolları ilə.
Döşlə əmizdirmə – əks göstəriş yoxdur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
T
T
R
R
İ
İ
X
X
O
O
M
M
O
O
N
N
İ
İ
A
A
Z
Z
V
V
Ə
Ə
H
H
A
A
M
M
İ
İ
L
L
Ə
Ə
L
L
İ
İ
K
K
Ü ST-nin məlumatlarına əsasən Yer kürəsi əhalisinin 10%-i
trixomoniaza yoluxmuşdur. Bir çox inkişaf etməkdə olan ölkələrdə
qadınlar arasında trixomoniazın yayılması 15% təşkil edir. Ehtimal
olunur ki, dünyada 25 milyon hamilə Trichomonas vaginalis-ə yoluxmuşdur.
XBT-10 ÜZRƏ TƏSNİFAT
O98
Ananın digər rubrikalarda təsnif olunan, lakin hamiləlik,
doğuş və zahılıq dövrünü ağırlaşdıran infeksion və parazitar
xəstəlikləri
O98.3
Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran,
əsasən cinsi yolla ötürülən digər infeksiyalar
Törədici – Trichomonas vaginalis.
Ötürülmə yolları
Əksər yaşlı insanlarda infeksiya yalnız cinsi yolla ötürülür.
Trichomonas vaginalis anadan uşağa ötürülə bilər və infeksiyalı
qadınlardan doğulan uşaqların 5%-də təsadüf edilir.
Klinik mənzərə
Trichomonas vaginalis-lə yoluxmuş qadınların 25-50%-də
xəstəliyin subyektiv əlamətləri qeyd olunmur. Bu qadınlarda vaginal
mikrofloranın tərkibində və uşaqlıq yolu ekssudatının pH-nin
səviyyəsində də dəyişiklik müşahidə olunmur.
Kəskin trixomonada vaginit/vulvovaginit zamanı aşağıdakı
əlamətlər qeyd olunur:
cinsiyyət yollarından çox miqdarda xoşagəlməz qoxulu sarı-
yaşıl ifrazat
uşaqlıq yolunun selikli qişasının hiperemiyası, ödemi, bəzi
hallarda aralıq nahiyəsində eroziv elementlər
qaşınma
dizuriya
dispareuniya
bəzi hallarda qarının aşağı nahiyəsində ağrılar
Xronik trixomonada vaginit/vulvovaginit zamanı aşağıdakı
əlamətlər qeyd olunur:
selikli qişanın mülayim hiperemiyası
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
16
xarici cinsiyyət üzvləri nahiyəsində qaşınma
dispareuniya
cinsiyyət yollarından cüzi selikli ifrazat
Epidemioloji baxımdan xronik trixomoniaz daha təhlükəlidir.
Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri
Trixomonada infeksiyasının hamiləliyin patologiyasında rolu
barədə mövcud olan mülahizələr fərqlidir.
Diaqnostika
Nativ və/və ya boyanmış yaxmanın mikroskopik müayinəsi aparılır.
Müayinə üçün material uşaqlıq yolunun arxa tağından götürülür (B).
Mikroskopik diaqnostika yaxma götürüldükdən sonra mümkün
qədər tez aparılmalıdır, belə ki, yaxma quruduqda Trichomonas
vaginalis-in hərəkətliliyi azalır. Trixomoniaza şübhə olduqda, lakin
mikroskopik müayinə ilə diaqnoz təsdiqlənmədikdə kultural müayinə
tövsiyə olunur (B). Trixomoniaz aşkar olunduqda qadının və onun
partnyorunun digər cinsi yolla yoluxan xəstəliklərə skrininqinin
aparılması tövsiyə olunur.
Rutin skrininq – simptomlar qeyd olunmadıqda aparılması tövsiyə
olunmur (A).
Müalicə
Trixomoniaz aşkar olunduqda mütləq müalicə təyin olunmalıdır (A).
Tövsiyə olunan müalicə sxemləri (B):
Metronidazol – 2 q birdəfəlik doza per os və ya
Metronidazol – 400-500 mq gündə iki dəfə 7 gün per os
Metronidazolla müalicənin effektivliyi 95% təşkil edir.
Aparılmış meta-analizlərdə metronidazolun I trimestrdə
istifadəsi zamanı teratogen təsirə malik olması sübut
olunmamışdır (A).
Müalicənin effektivliyinin dəyərləndirilməsi məqsədilə aparılan
diaqnostik testlər (törədicinin aşkar olunmasına yönəldilmiş) yalnız o
zaman aparılır ki, ya müalicədən sonra xəstəliyin simptomları
saxlanılır, ya da müalicədən müəyyən müddət sonra simptomlar
yenidən meydana çıxır (C).
Birinci kurs müalicəyə cavab verməyən qadınlara standart
müalicə təkrar təyin olunur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
17
Müalicə müddətində və müalicə sona çatdıqdan sonra ən azı
48 saat müddətinə pasientlərə alkoqol qəbulundan imtina etmək
tövsiyə olunur.
Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.
Profilaktika – təhlükəsiz seks məsələlərinə dair sanitar maarifi
tədbirlərindən ibarətdir.
Cinsi partnyorun müayinəsi və müalicəsi
Cinsi partnyorlar CYYİ-nin tam spektrinə müayinə olunmalı və
müayinələrin nəticələrindən asılı olmayaraq qadınla eyni vaxtda
trixomoniazın müalicəsini almalıdırlar (A).
Müalicə dövründə cinsi əlaqədən çəkinməyin və ya
prezervativlərdən istifadə etməyin vacib olduğu barədə məlumat
vermək lazımdır.
Hamiləliyin pozulması – göstəriş yoxdur.
Doğuş – təbii doğuş yolları ilə.
Döşlə əmizdirmə
Metronidazol ana südünə keçir və onun dadına təsir edir. Döşlə
əmizdirən qadınlara yüksək dozada metronidazol təyini tövsiyə
olunmur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
X
X
L
L
A
A
M
M
İ
İ
D
D
İ
İ
Y
Y
A
A
İ
İ
N
N
F
F
E
E
K
K
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
V
V
Ə
Ə
H
H
A
A
M
M
İ
İ
L
L
Ə
Ə
L
L
İ
İ
K
K
Ü ST-nin statistikasına əsasən hər il dünyada 89 milyon yeni
xlamidioz halı aşkar olunur. Xlamidiozla xəstələnmə tezliyi gənc
insanlar arasında xüsusilə yüksəkdir. Populyasiyada infeksiyaya
yoluxma tezliyi 5%-ə çatır, yeniyetmələr arasında isə 20% təşkil edir.
Ü ST-nin məlumatlarına görə hamilələrdə Chlamydia trachomatis-in
aşkar olunma tezliyi 2-37% arasında tərəddüd edərək, orta hesabla
6-8% təşkil edir.
XBT-10 ÜZRƏ TƏSNİFAT
А56.0
Sidik-cinsiyyət traktının aşağı şöbələrinin xlamidiya
infeksiyası
А56.1
Kiçik çanaq üzvlərinin və digər sidik-cinsiyyət üzvlərinin
xlamidiya infeksiyası
А56.2
Sidik-cinsiyyət traktının xlamidiya infeksiyası,
dəqiqləşdirilməmiş
Törədici – Chlamydia trachomatis.
Ötürülmə yolları:
Cinsi yol
Hamiləlik və doğuş zamanı anadan uşağa ötürülmə
Məişətdə yoluxmaya nadir hallarda təsadüf edilir və əsasən
uşaqlarda rast gəlinir.
Klinik mənzərə
Xəstəlik çox hallarda simptomsuz gedişata malik olur.
Qadınlarda urogenital sistemin aşağı şöbələrinin xlamidiya
infeksiyası selikli və ya selikli-irinli servikal (vaginal) ifrazat, qarının
aşağı nahiyəsində ağrılarla təzahür edə bilər. Chlamydia trachomatis
düz bağırsağın, ağız-udlaq və göz strukturlarının selikli qişasını
zədələyə bilər. Bu halda xəstəlik, adətən, subyektiv olaraq
simptomsuz keçir.
Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri
Urogenital xlamidioz vaxtından əvvəl doğuşların, dölyanı
mayenin vaxtından əvvəl axmasının və aşağı kütləli uşaqların
doğulmasının səbəbi ola bilər. 60-70% hallarda yenidoğulmuşun
infeksiyalaşması intranatal dövrdə baş verir. İnfeksiyaya yoluxmuş
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
uşaqların 20-50%-də həyatlarının ilk 2 həftəsində konyuktivit,
10-20%-də həyatlarının 1-3-cü aylarında xlamidiya mənşəli
pnevmoniya inkişaf edir.
Diaqnostika
Chlamydia trachomatisi identifikasiya etmək məqsədilə müayinə
üçün klinik material uretradan və servikal kanaldan götürülür (B).
Müayinə materialının tərkibində silindrik epitel olmalıdır. Uretradan
klinik material sidik ifrazından ən azı 3 saat sonra götürülə bilər.
Uretradan çox miqdarda ifrazat qeyd olunduqda klinik material sidik
ifrazından 15-20 dəqiqə sonra götürülə bilər.
Sonuncu sidik ifrazından 2 saat sonra götürülən birinci sidik
porsiyasının müayinəsini aparmaq olar (B).
İmmunoferment analizi:
Chlamydia trachomatis-ə dair İgA-nın aşkar olunması
diaqnozun təsdiqlənməsinə əsas verir
Chlamydia trachomatis-ə dair İgG-nin yüksək titrdə belə
aşkar olunması diaqnoz qoymağa əsas vermir.
PZR-nin müsbət nəticəsi diaqnoz qoymaq üçün kifayətdir
İmmunofluoressensiya metodunun müsbət nəticəsi digər
diaqnostika metodları ilə təsdiq olunmalıdır
Kultural metod – dəqiq hesab olunur, lakin bu metod texniki
cəhətdən mürəkkəb və bahalıdır.
Testlərdən heç biri 100% həssaslığa malik deyil. Xlamidiya
infeksiyalı hamilələr digər CYYİ-yə müayinə olunmalıdırlar.
Rutin skrininq tövsiyə olunmur.
Müalicə aşağıdakı dərman preparatlarından biri ilə aparılır:
Eritromisin – 500 mq gündə 4 dəfə 7 gün per os və ya
Amoksisillin – 500 mq gündə 3 dəfə 7 gün per os və ya
Azitromisin – 1 q bir dəfə per os
Döşlə əmizdirməyən zahı qadınların müalicəsi:
Azitromisin – 1 q bir dəfə per os
Alternativ sxem: doksisiklin – 100 mq gündə 2 dəfə 7 gün
per os
Hospitalizasiya və izolyasiya – göstəriş yoxdur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
Profilaktika:
Baryer kontrasepsiyanın istifadəsi
Cinsi partnyorların müayinəsi və müalicəsi
Müalicə müddətində cinsi əlaqədən imtinaetmə və ya
prezervativlərdən istifadə tövsiyə olunur.
Cinsi partnyorun müayinəsi və müalicəsi
Xlamidiya pozitiv qadınların cinsi partnyorları müayinədən
keçməlidirlər (C).
Partnyorun azitromisinlə (birdəfəlik doza 1,0q) empirik müalicəsi
özünü doğrultmuşdur (D).
Hamiləliyin pozulması – göstəriş yoxdur.
Doğuş – təbii doğuş yolları ilə.
Döşlə əmizdirmə – əksgöstəriş yoxdur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
L
L
İ
İ
S
S
T
T
E
E
R
R
İ
İ
O
O
Z
Z
V
V
Ə
Ə
H
H
A
A
M
M
İ
İ
L
L
Ə
Ə
L
L
İ
İ
K
K
Listerioz nadir təsadüf edilən ağır zoonoz infeksiyadır. Hamiləlik
dövründə listerioz riski 20 dəfə yüksəlir. Listerioza yoluxma
hallarının 1/3-i hamiləlik zamanı baş verir.
XBT-10 ÜZRƏ TƏSNİFAT
A32
Listerioz
A32.7
Listerioz septisemiyası
A32.8
Listeriozun digər formaları
A32.9
Dəqiqləşdirilməmiş listerioz
Törədici: Listeria monocytogenes.
Ötürülmə yolları:
alimentar (yoluxmuş qida)
şaquli transmissiya (hamiləlik dövründə – cift və dölyanı
maye vasitəsilə, doğuş zamanı – ananın qanı və uşaqlıq yolu
ifrazatı vasitəsilə)
İnkubasiya dövrü – yaşlılarda 3-70 gün, uşaqlarda bir neçə
gündən bir neçə həftəyə qədər tərəddüd edir.
Klinik mənzərə
Anada listerioz infeksiyası, adətən, retrospektiv olaraq müəyyən
olunur. Belə ki, bir çox hallarda listerioz yüngül qrip əlamətləri və
sidik yollarının infeksiyası əlamətləri ilə təzahür edir. İmmunitetin
zəifliyi fonunda meningit, pnevmoniya və ensefalit inkişaf edə bilər.
Hamiləliyin gedişinə və dölün/yenidoğulmuşun sağlamlığına təsiri
Listerioz aşağıda qeyd olunan hallara gətirə bilər:
Özbaşına abort
Vaxtından əvvəl doğuş
Dölyanı mayenin vaxtından əvvəl axması
Dölün ölümü (hər 5 infeksiyalaşmış döldən biri ölü doğulur)
Neonatal meningit (səbəblərin sırasında 3-cü yeri tutur)
Neonatal ölüm (yüksək ölüm faizi: 10-50%, xüsusilə II və
III trimestrlərdə yoluxma zamanı)
Yenidoğulmuşun az kütləli olması
Sepsis
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
22
Dölün hamiləliyin gec dövrlərində anadan yoluxması daxili
orqanların çoxsaylı zədələnmələrinə, dölün və ya
yenidoğulmuşun ölümünə gətirə bilər.
Perinatal listerioz çox hallarda yetkinsizliklə əlaqəlidir və
ildırımsürətli gedişata malikdir. Xəstəlik gec başlandıqda (həyatın
7-ci günündən 6-cı həftəsinə qədər) bir çox hallarda meningitlə
müşayiət olunur.
Dostları ilə paylaş: |