BURULQANLI İR
Ə
VAN
Dərin
məhəbbət
və
sayqılalarla vaxtsız dünyasını
dəyişmiş qızım Sevda xanımın
əziz xatirəsinə həsr edirəm
MÜƏLLİFDƏN
İrəvanda dünyaya göz açıb, on səkkiz yaşına kimi bu
qədim azərbaycan şəhərində boya
-
başa çatıb və orta təhsil
alıb, uşaq yaşlarından ermənilərin kinli, sərt münasibətini hər
an görüb və üzərimdə hiss etmişəm. Özlərini “böyük millət”
adlandıran bu xalqın biz azərbaycanlılara yuxarıdan aşağı
baxması məni qəzəbləndirirdi. Kənar təsirlərə baxmayaraq
ailəmizdə milli adət
-
ənənələrimizi, özünəməxsusluğumuzu
göz bəbəyi kimi qoruyub saxlayırdıq. Valideynlərimdən, yaşlı
nəslə mənsub qo
-
humlardan və tanışlardan xalqımızın
tarixindən, İrəvanın keçmişindən, nəslimizin nümayəndələri
haqqında maraqlı söhbətlərə həmişə diqqətlə qulaq asardım.
Lakin bu barədə açıq danışmaq olmurdu
– bir yandan sovet
qayda-
qanunları, digər tərəfdən
–
erməni millətçiliyi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra şanlı tar
-
iximizin qaranlıq səhifələrinə işıq salmaq imkanı yarandı.
Ölkə vilayətlərdən, xalq isə bu vilayətlərdə yaşayan
nəsillərdən ibarətdir. Bu baxımdan İrəvanın, irəvanlıların
da azərbaycan xalqının inkişafında böyük rolu olmuşdur.
İrəvan xanlığı, İrəvan mahalı zəngin nəsillərlə, insanlarla
seçılib. Təqdim etdiyim kitabda onların bəzisilə sizləri
tanış edəcəyəm. Haqqında söhbət açdığım şəxslərin
hamısı mənə doğma insanlardır.
Mən, 1999
-
cu ildə Azərbaycan Tarixi
-
Şəcərə Cəmiyyətinə
(ATŞC) üzv olduqdan sonra
cəmiyyətin “Xəbərlər” məcmuəsi
üçün məlumatlar toplamağa başladım. Əldə et
-diyim
sənədlər, fotoşəkillər artıq məqalə həcminə sığmırdı.
Qohumlarım mənə tövsiyyə etdilər ki, həmin məlumatları
kitab şəklinə salım. Yaşlı nəsil dünyadan gedərkən, tar
-
iximizin
neçə
-
neçə səhifəsini öz xatirələrində aparırlar. Biz o,
insanları cısmanı yaşada bilmərik. Amma onların həyatını,
onlardan eşitdiklərimizi qələmə almaq, gələcək
nəsillərə çatdırma hamimizin borcudur. Yaşlı nəsil keçmişi
müasir zamanla görünməz tellərlə birıəşdirən bir
körpüdür. Məndə əlinizdə tutduğunuz bu kitabı
hazırlamaqla həmin borcun bir hissəsini yerinə yetirmiş
oluram. Kitabın ərsəyə gəlməsində qızım Sevdanın və
onun həyat yoldaşı Mir Abasın zəhməti az olmamışdır.
K
ə
ng
ə
rlinskaya (Sultanova) T
ə
rif
ə
Q
ə
hraman q
ı
z
ı
1947-ci ilin may ay
ı
n
ı
n 14-d
ə
Yerevan
şə
h
ə
rind
ə
ana-dan
olmu
ş
dur. Orta t
ə
hsili T.Q
.Ş
evçenko ad
ı
na 11-illik
şə
h
ə
r
rus m
ə
kt
ə
bind
ə
al
ı
b. 1976-ci ild
ə Ç.İ
ld
ı
r
ı
m ad
ı
na
Az
ə
rbaycan
Politexnik
institunu“müh
ə
ndis-metallurq”
ixtisas
ı
il
ə
bitirib. 1978-ci ild
ə
n Az
ə
rbaycan SSR Elml
ə
r
Akademiyas
ı
n
ı
n “Kaspi” Elmi M
ə
rk
ə
zind
ə
müh
ə
ndis,
böyük müh
ə
ndis, apar
ı
c
ı
müh
ə
ndis, elmi i
şç
i v
ə
böyük
elmi i
şç
i v
ə
zif
ə
l
ə
rind
ə ç
al
ışı
b. Hal-haz
ı
rda Müdafi
ə
S
ə
nayesi Nazirliyinin T
ə
bii Ehtiyatlar
ı
n Kosmik T
ə
dqiqi
İ
nstitutunda bölm
ə
müdiri v
ə
zif
ə
sind
ə ç
al
ışı
r. 2000-ci ild
ə
n
Az
ə
rbaycan Respublikas
ı
Tarixi
Şə
c
ə
r
ə
C
ə
miyy
ə
tinin
və
Əsilzadələr Məclisinin üzvüdür
.
.
İrəvan xanlığına qısa tarixi baxış
İrəvan şəhərinin təməli 1509
-1510-
cu illərdə Şah
İsmayıl Xətainin vəziri Rəvanqulu xanın tapşırığı ilə
qoyulmuşdur. Şəhərin inşası yeddi il ərzində başa
çatmışdır. Əhalinin yerli ləhcəsi ilə (Rəhim
-
İrəhim,
Rübabə
-
İrbabə, Rza
-
İrza və s.) Rəvan qalası da İrəvan
adlandırıldı və bu ad ilə qədim Azərbaycan şəhəri kimi
1918 -
ci ilə kimi yaşadı. İrəvan xanlığının sahəsi 27,830
km2, sərhədləri şimalda
-
Tiflislə, şərqdə
-
Gəncə xanlığı,
qərbdə
-
Türkiyə və cə
nubda -
İranla keçirdi. Torpaqları
Ağrı dağ düzənliyindən Göycə (indiki Sevan) gölünə kimi,
cənub
-
qərbdə isə Araz çayına kimi uzanırdı. Xanlıq 15
mahaldan -
Qırxbulaq, Zəngibasar, Vedi
-
basar, Şərur,
Sürməli, Dərəkənd, Saatlı, Talın, Seyidli
-
Axsaxlı,
Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göycə,
Gərnibasar özgür dövlətdən ibarət idi (1747
-1797).[1]
Dövlətin rəhbəri və baş sərkərdəsi xan idi.[11] Xanın
qulluğunda vəzir ( ya baş mirzə) və bir çox vəzifələri
yerinə yetirən bəylər (sərkərdələr, əmirlər və s.) ol
urdular.
Azərbaycan tarix muzeyində İrəvan xanlığının üçkünc və
düzbucaq formasında Qacarların “Şiri Xurşid” emblemi
olan bayraqları saxlanılır. [2]
Şəkil 1 İrevan xanlığının xəritəsi
Şəkil 11 İrevan xanlığının bayraqları
5
417 il İrəvan xanlığını idarə edən Azərbaycan
xanlarının siyahısı (1410
-1827)
1.
Əmir Səid, XIV əsrin axırı
– 1410
2. Pir Hüseyn-
Əmir Səədin oğlu, 1410
- 1420
3. Pir Yaqub-
Pir Hüseynin oğlu, 1420
- 1430
4.
Əbdül
-
Pir Hüseynin oğlu, 1430
- 1440
5.
Yaqub bəy
-
Cahan şahın əmri ilə 1440
-1460
6.
Həsən Əli Qaraqoyunlu, 1460
- 1471
7.
Uzun Həsən, 1471
- 1475
8.
Həsən
-
Bayandurun nəvəsi, 1475
- 1515
9. Div Sultan Rumlu, 1515 - 1550
10. Hüseyn xan Sultan, 1550
11.
Şahqulu Sultan
-
Ustaclı, 1550
-1575
12. Mahmudxan (“Toxmaq”) -
Xudavəndi şahın
dövrü, 1576 - 1577
13.
Lala paşa (Qara Mustafa)
- Sultan
Muradın dövründə, 1577
14. Mahmudxan (“Toxmaq”) -
Xudavəndi şahın
dövrü, 1577 - 1583
15.
Fərhad paşa (Sultan Muradın dövrü), 1583
- 1604
16.
Məhəmməd Şərif paşa, 1604
17.
Əmirgünə Xan Qacar
-
(Şah Abbasın
dövrü) 1605 - 1625
18. Taxmazqulu-
Əmirgünənin oğlu, 1635
19.
Murtuza paşa (Sultan Murad bəyin
hakimiyyəti dövrü), 1635
20.
Kalbalı xan, 1636
-1639
21.
Məmməd xan (Cagatə Kötük), 1639
-1648
22. Xosrov xan, 1648 - 1652
23.
Məhəmmədqulu xan
-
Lala bəyin oğlu, 1652
-1656
24.
Nəcəfqulu xan, 1656
-1663
25. Abbasqulu xan-
Əmirgünənin oğlu,
1663-1666
6
26.
Səfiqulu xan, 1665
-1674
27.
Sarıxan bəy
-
iki il xanı əvəz edib,1674
-1675
28.
Səfiqulu
-
Təbrizli Rüstəm xanın oğlu, 1675
-1679
29. Zal xan, 1679-1688
30. Murtuzaqulu xan-
Naxçıvan
xanı
Məmmədrzanın oğlu, 1688
-1691
31.
Məmmədqulu xan
- 1691-1694
32.
Fərzəli xan
-
Əmirgünənin nəvəsi
-
Sultan
Əhmədin dövrü, 1694
-1700
33. Zöhrab xan, 1700 -1705
34.
Əbdülməhəmməd xan,1705
-1709
35.
Mehrəli xan,1709
-1719
36. Allahqulu xan,1719-1725
37.
Rəcəb Paşa. 1725
-1728
38.
İbrahim və Mustafa paşalar, 1728
-1734
39.
Əli Paşa, 1734
40.
Hacı Hüseyn paşa
-
Əli paşanın müavini, 1734
41.
Məmmədqulu xan, 1735
-1736
42.
Pir Məmməd xan, 1736
- 1751
43.
Xəlil xan, 1752
-1755
44.
Həsənəli xan Qacar, 1755
-1762
45.
Hüseynəli xan Qacar
-
Həsənəli xan
Qacarın qardaşı, 1762
-1783
46.
Qulaməli xan Qacar
-
Hüseynəli xan Qacarın oğlu,
1783-1784
47.
Məhəmməd xan Qacar
-
Qulaməli xan
Qacarın qardaşı, 1784
-1805
48. Mehdiqulu xan, 1805-1806
49.
Məhəmməd xan Marağalı 1806
-1807
50.
Hüseyn xan Qacar qardaşı Həsən xan ilə
birlikdə, 1807
-1827
Şəkil 12 Həsən Xan
Qacar
Şəkil 14 Mirzə Qədim İrəvani. Şahzadə Məculla Qacar
7
Sək.15: Mirzə Qədim İrəvani. Şahzadə Mah Tələt xanım
Qacar
4 iyun 1679-
cu il zəlzələsi demək olar ki, İrəvanı tamamilə
dağıtmışdır. Tarixçi Zəkəriyyənin yazdıqlarına görə, şəhərdə
daş üstə daş qalmamışdı, sular yerə hopmuşdur, ölülər sağ
qalanlardan çox idi. Üz vermiş bədbəxtlik haqqında Zal xan
hər tərəfə qasidlər göndərib fəlakət haqqında xəbər
yaymışdır. İrəvanın bərpası üçün Gəncədən 1000 nəfər
gəlmişdi. Naxçıvandan Məhəmməd xan özünü böyük bir
dəstə ilə yetirmişdir. Çoxsaylı dəstələr həmçinin Bərdədən,
Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və
sultanlıqlardan da gəlmişdilər. 11 iyulda Təbrizdən İrəvana
Azərbaycanın vəziri Mirzə İbrahim gəlir və şəhərin bərpası
ilə məşğul olur. 366 il ərzində türk və farslar arasında gedən
arasıkəsilməyən müharibələr nəticəsində şəhər 14 dəfə
əldən
-
ələ keçərək, böyük
dağıntılara məruz qalmışdır.
İrəvan şəhərinin çiçəklənmə dövrü, İraqda və
Azərbaycanda bir çox şah sülalələrinin təməlini qoymuş,
qədim türk tayfası Qacarın nümayəndəsi
-
Əmirgünün
hakimiyyəti dövründə baş vermiş
dir. [13]
Özgürlüyünü qoruyaraq İrəvan xanlığı xarici düşmənlərə
qarşı hər zaman müqavimət göstərirdi. 1804
-
cü ildə gen
-eral
Sisianovun qoşunları İrəvanı 2 ay ərzində mühasirədə
saxladılar. İrəvanlı Məhəmməd xan Qacarın ağıllı, cəsarətli
siyasəti, Naxçıvan xanı Kalbalı xan Kəngərlinin köməkliyi
nəticəsində rus əsgərləri qovuldular. Sisianov şəhər
müdafiəçilərinin
təntənə
və
sevincini
mənliyinə
sığışdırmayaraq, şəhəri zəbt etmək fikrindən əl çəkmişdir və
utanaraq gecə ikən döyüş yerini tərk etmişdir. O, rus
İmperatoruna məktubunda yazırdı: “Ağrıyla özümə baxıram.
30 illik ordudakı xidmətim müddətində birinci dəfə idi ki,
mühasirəyə aldığım şəhəri ələ keçirə bilmədim.” [13]
4 il sonra, 1808-
ci ildə general
-
feldmarşal N.B.Qudoviçin
rəhbərliyi ilə yenə İrəvan qalasına hücum olundu. Həsən və
8
Hüseyn xan Qacar qardaşları işlətdikləri hərbi taktikadan
növbəti dəfə darmadağın olmaqdan qorxan Qudoviç 1000
nəfərdən artıq itki verərək ordusunu İrəvandan geriyə çəkir.
1804 - 1808-
ci illərdəki müharibədən sonra ruslara
tabe olmayan Hüseynqulu xan, rus ekspansiyasına qarşı
Qarabağ və Şirvan xanları ilə ittifaq yarada bilmədi. Ümidi
qalanı möhkəmləndirərək, hücuma hazırlaşmaq idi.
1818-ci ilin sonunda, I Nikolay A.S.Qriboyedovu diplo-
matik missiyanın başçısı təyin edib, İrana göndərir.
İrəvana çatanda Qriboyedov Sərdar Hüseyn xanın
yaxınları tərəfindən qarşılanmışdır. Missiya üzvlərinin
Hüseyn xan Qacarla (Araz boyu şah qüvvələrinin baş
komandanı) görüşü Sərdar sarayında olmuşdur. Sərdar
sarayı 1798
-
ci ildə Məhəmməd şah Qacarın əmri ilə
tikdirilmişdir və tanınmış azərbaycanlı rəssamı Mirzə
Qədim İrəvani tərəfindən rəsmlərlə bəzədilmişdir.
Özünəməxsus gözəlliyi və memarlıq inciliyinə görə saray
qonaqları valeh etmişdir. Dörd gün İrəvanda qaldıqdan
sonra
A.S.Qriboyedov
Naxçıvana,
oradan
isə
Azərbaycanın əyalət paytaxtı Təbrizə üz tutur. Təbrizdən
Tehrana gedən A.S.Qriboyedov burda fars və ərəb
dillərini öyrənməyinə davam edir. [4]
1821-
ci ilin sonunda Qriboyedov Tiflisə gəlir və Pa
skev-
için rəhbərliyi altında xidmət edir. 1828
-
ci ildə Peterburq
-dan
əmr gəlir ki, nəyin bahasına olursa olsun, Abbas
-
Abad və
İrəvan qalaları alındıqdan sonra Azərbaycanın paytaxtı
Təbrizə yol açılsın. Farslara qarşı müharibə İrəvan xanlığının
ərazisində aparıldı. 1827
-
ci il mayın 12
-
də rus
-lar hücuma
keçdi. Əvvəldən, 1827
-
ci il kompaniyasının başlanğıcında
Paskeviçin tərəfindən “əlahəzrət adına erməni drujinalarının
yaradılması haqqında” fikirlər deyilmişdir. Bu drujinalar
tezliklə yaradıldı: 150 nəfərdən ibarət zabit Sumbatovun
başçılıq etdiyi birinci drujina rus ordusunun əsgərləri ilə
Cəlaloğluda birləşdilər, ikinci
9
drujinanın rəhbərliyini poruçik Akimov qəbul etdi. Gür
-
cüstanda singnaxlardan, kaxetinlərdən ibarət könüllülər
dəstələrinə pşava, xevsur və tuşinlər də kömək göstərirlər.[4]
1827-ci ilin iyulun 20-
də ruslar Naxçıvanı tutdular. Abbas
-
Abad qalası alındıqdan sonra şahzadə Abbas
-
Mirzənin stats
-
katibi Mirzə Saleh Paskeviçə məktub gətirir. Fars tərəfinin
təklifləri Paskeviçi qane etmir və sonrakı danışıqları
Qriboyedov aparır. 1827
-
ci il 19 iyulda Abbas Mirzənin
düşərgəsinin yerləşdiyi Qaraziyadində Qriboyedov və baş
tərcüməçi A.Bakıxanovun iştirakı ilə sülh danışıqları
başlandı. Qriboyedov İrəvan, Naxçıvan vilayətlərinin Rusi
-
yaya verilməsini və təzminat ödənilməsini təklif edirdi. Ab
-bas
Mirzə isə müharibəni 10 ay müddətinə dayandırılması təklifini
yeridirdi, lakin müharibənin dayandırılmasının konkret
şərtlərindən boyun qaçırırdı. İran hökuməti könüllü
olaraq
İrəvan və Naxçıvan xanlıqlarını vermək istəmirdi, onun üçün
Qriboyedov İrəvanın alınmasını tələsdirirdi. Bundan sonra
İran tərəfi rusların sülhü qəbuletmə şərtləri
ilə razılaşdı.
İrəvan şəhərinə aparan yol Sərdarabad qalasından
keçirdi. Sərdarabad
qalasını almadan İrəvan qalasına
yaxınlaşmaq mümkün deyildi. Üç tərəfdən mühasirə
olunmuş şəhərin Sərdarabad qalasının çökdürülməsi, hərbi
sursatların yağış kimi tökülən şəraitində aparıldı. Əvvəldən
Paskeviçlə əlaqəyə girib, İrəvan erməniləri gecə şəhəri
n
bayır qapılarını açıb rusları içəri buraxdılar və şəhərin hansı
tərəfində azərbaycanlıların yerləşdiyini, silahların atəşini
hara yönəldilmək lazım olmasını xəbər verdilər. Şəhərdə
“İrəvan talanı” adı altında tarixə düşmüş kütləvi talanlar və
zorakılıqlar
başladı.
Ermənilər
ruslarla
birlikdə
azərbaycanlıları qarət edib öldürürdülər. Sərdarın əsgərləri
qəhrəmancasına döyüşüb toplardan atəş açaraq müqavimət
göstərirdilər. Həmin illərdə İrəvan şəhərinin əhalisi 9700
nəfər idi, onlardan 7031 nəfər azərbaycanlılar,
10
2369-
u ermənilər idi. Bu döyüşdə Gəncəli Cavad xanın
oğlu
-
Uğurlu xan Ziyad oğlu Qacar da iştirak etmişdir.
Rusiya 30 illik müharibə nəticəsində 12 minlik ordusu ilə
böyük itkilər və çətinliklərlə İrəvan
xanlığını zəbt etdi.
Uğurlu xan, Hüseyn Qulu Xanın ağrı və çətinliklərini
bölüşərək İrəvandan 1000 ailəni Gəncəyə köçürtdü.[5]
1826-1828-
ci illər müharibəsi nəticəsində İrəvan,
Naxçıvan xanlıqları Rusiyanın tərkibinə daxil oldular və
İrəvanın adı Erivana
dəyişdirildi. Paskeviç Erivanski “Qraf”
tituluna layiq görüldü. Qriboyedov “Erivan qalasının
alınması” medalı ilə təltif olundu.[6] Bu başı faciəli İrəvan
şəhəri 1828
-
ci ildə Erivan, 1918
-
ci ildə isə Yerevan
adlandırıldı.
İrəvanın alınması şəhərin erməni
sakinləri tərəfindən
çox canfəşanlıqla qarşılandı. Erməni yazıçısı X.Abovyan
“Ermənistanın yaraları” romanında belə yazır: “Rusların
gəlişinə xeyir
-
dua verin”, “Cəhənnəmin dağıdılması gü
-
nahkarlar üçün bir o qədər qiymətli olmazdı, nəinki, İrəvan
qalasının alınması ermənilər üçün” və s. Türkmənçay sülh
müqaviləsinin bağlanması Rusiyanın Zaqafqaziyadakı
mövqelərini möhkəmlətdi. Rusiya Xəzər dənizində hərbi
donanması saxlaması hüququnu və 20 milyon gümüş pul
qazandı. Rus
-
türk müharibəsində Abbas Mirzənin
ney
tralitetinə nail olduğu üçün Qriboyedov növbəti rütbə,
orden və 4000 çervon aldı. Bu, hərbi xadim N.Muravyova
qeyd etməyə əsas verdi ki, “Qriboyedov İranda 25000 or
-
dunu əvəz etdi”.
Sazişin əsas bəndlərindən biri “xristianların İrandan öz
istəklərini nəzərə almaqla rus şəhərlərinə köçmə imkanı”
yaradırdı. Qriboyedov ermənilərin İrandan Ararat vadisinə
köçürülməsi planına böyük əhəmiyyət verirdi. Bu
Rusiyanın şərqdə mövqelərinin möhkəmləndirilməsi, həm
də ermənilərin arzularının təminatı idi. Türkmənçay
müq
aviləsinin 15
-16-
cı bəndləri ilə köçürülənləri İrəvan
11
və Qarabağ vilayətlərində yerləşdirirdilər. Qriboyedov
köçürülənlərin əvvəlki yerlərində qalan əmlakı ilə
əlaqədar, tanış qadın V.S.Maklaşeviçə belə yazırdı: “Bizə
8 minə qədər erməni ailəsi köçüb. İndi onların qalmış
əmlaklarına görə nə gecə, nə gündüz rahatlığım yoxdur.
Onların nəinki əmlakını, hətta gəlirlərini də qoruyuram.
Hamısı mənim nəzarətimdədir.”
Təlimat üzrə, yeni məskənlər rahat, sağlam və yaxşı
su ilə
təmin olunmuş yerlərdə seçilməlidir. Köçkünlərin yolda ərzaqla
normal təminatı məqsədi ilə axın üç qrupa: 150
-
300 ailəyə
bölünmüşdü. Qrupu, adətən erməni dilini bilən bir zabit və 2
-5
əsgər müşayiət edirdilər. Saysız hesabsız köçkün dəstələri
Rusiy
anın sərhədlərinə tökülmüşdülər. Milliyyətcə erməni olan
polkovnik Lazarev köçkünlər üçün xərclənməyə verilən pullar
qurtardıqda öz üzərinə böyük məsuliyyət götürərək, böyük
məbləğdə pul borc alıb köçkünlərə paylayırdı, bu
-nunla da
ermənilərin köçürülməsi üçün çətinlikləri aradan qaldırırdı.[7]
Türkmənçay sülh mügaviləsinə əsasən 1828
-
ci ildə Naxçıvan və
İrəvan xanlıgları Rusiyaya birləşlirildi.
1798-
ci ildə Hüseyn xan Qacarın əmri ilə tikilmiş Sərdar
sarayı şəhərə xsusi gözəllik verirdi. 7
-ci Karabiner polku-
nun zabitləri
-
teatr həvəskarları bu sarayda Qriboyed
-
ovun “Ağıldan bəla” tamaşasını oynamağı qərara aldılar.
Sərdar sarayının səhnəsində qoyulmuş bu tamaşaya
A.S.Qriboyedov öz komediyasına birinci və sonuncu dəfə
baxmışdır.[8]
Əsirlərlə bu torpaqların sahibi olan azərbaycanlıların izini
silmək məqsədi ilə Sovet hakimiyyəti illərində Sərdar sarayı
dağıdılmış və yerində yeni çoxmərtəbəli bina tikilmişdir. Yeni
binanın divarında belə bir lövhə vurulmuşdur “Burada 1827
-ci
ildə ilk dəfə olaraq müəllifin iştirakı ilə A.S.Qriboyedovun
ölməz “Ağıldan bəla” komediyası qoyulmuşdur.”[4] Qacarlar
sulaləsinin yaranması haqqında məlumata Cinqiz Qacarın
“Qədim Şuşa” kitabında rast gəlirik. 1844
-
ci ildə Yen Univer
-
12
sitetinin təbiiyyat tarixi üzrə professoru Qubada Bakixanovun
yanında olur. Abbas Qulu Bakixanovun əjdadları da türk
soylu
Qacar
nəslinə
mənsubdur.Görkəmli
tarixci
A.Q.Bakixanovun yazdıqlarina görə: “Qacarlar
– 200 min
ailədən olan Calair türk nəslidir ki Çinqiz xanın nəvəsi Hulaqu
xan onları İrana köcürtmüşdür.(31) “Muasir
-i-
sultaniyə” də
(Qacarların tar
-
ixi) deyilir: “Sərtək bu nəslin mötəbər
şəxsiyyətlərindən biri idi, Ərgün xanın mürəbbiyəsi, Xorasan
və Təbərıstanın hökmüdarı. Sərtəkin Qacar adlı oğlu v
ar idi
və bu tayfa öz adını Qacar adlandırmışdır”.
Qacarların bir hissəsi Anadoluya, o biri hissəsi isə Su
-
riyaya köcmüşdür. Əmir Teymur 50 min Qacar ailəsini Qa
-
fkaz məmləkətinə: İrəvan, Gəncə, Qarabağa yerləşdirmişdir.
Həmin o nəsildən İrəvan xanları və
Gəncə (Ziyadoğlu)
xanlarının başlanqıçı olmuşdur.Burda bir arayış kərəkdir. Ab
-
bas Mirzə 1828 ildə öz xalqının qırılmasının qarşısını almaq
ücün Russiya ilə razılaşmanı qəbul etdi.1798
-
99 ildən 1805
ilə dək Abbas Mirzə Azərbaycanın və 1805
-
1833 illərdə
Qarabağın qeneral
-
qubernatoru sayılırdı. İran şahı Fətəli şah
ordunun və ölkənin idarəciliyini istedadlı siyasi xadim və
sərkərdə, oğlu şahzadə Abbas Mirzəyə tapşırır.
Hələ birinci rus
-
fars muharibəsi zamanı Abbas Mirzə 30000
orduya başçılıq etmişdir.(13)
Rusiyanın qoşununa nisbətən
Abbas Mirzənin qoşunu zəif təhciz olunduqu ücün döyüşlərdə
böyük itkilər verir.Hərbi dəyişikliyin zərurəti qarşısında qalan
Abbas Mirzə Avropaya müasir təhcızat texnikasının döyüş
üsullarını öyrənmək ücün tələbələr göndərir. 1812 ildə Abbas
Mirzə Azərbaycan vilayətinin paytaxtı Təbrizdə hərbi iş üzrə
avropa dillərindən tərçümə olunmuş kitabların coxaldılması ücün
cap dəzgahları quraşdırır.Şahzadə Abbas Mirzə barıt və top
istehsalı ücün zavod tikdirir, ölkəyə ingilis hərbi məsləhətçilər
dəvət edir. İkinci rus
-
fars müharibəsində Abbas Mirzə
torpaqlarinin bir qismini qaytarsa da rus döyüşcülərinin sayı və
texnikası üstünlük təşkil edir.
13
1828-
ci ildə Türkmənçay müqaviləsinin
imzalanma-
sinin zərurəti yaranır və Abbas Mirzə öz torpaqlarında
yaşayan xalqların həyatını saxlamaq ücün ruslarla
müqavilə bağlamaq məcbur olur. Görkəmli vəliəhd 1833
-
cü ildə vərəm xəstəliyindən dünyasını dəyişir. Onu imam
Rza məsçidində ( Məşhətdə ) dəfn
edirlər.İmamın məzarı
ilə yanaşı, o vaxta qədər hələ heç kim dəfn olunmamışdır.
Yeri gəlmişkən, Fətəli Şah Qacarın dövründə İran və
Azərbaycan incəsənətinin çiçəklənməsini də qeyd etmək
lazımdır.Fətəli şahın təşəbbüsü ilə sarayda Avropada Qa
-car
rəssamlığı kimi tanınılan Qacarlar sulaləsinə məxsus olan
rəssamlıq məktəbi yaranmışdır,laklı boyakarlıq yüksək
zirvələrə catmışdır, Qacar memarlıq üslubu məktəbinə isə
İrəvanda ki Sərdar sarayını da aid etmək olar. Zərgərlik
inkişaf edir: qiymətli metallardan hörmə əşyalar, metal
üzərində giymətli daşlarla işlənmiş gaxmalar; mina, ağac və
sümük üzərində naxış, oyma qoymaqda yayılır. Metal
üzərində oymaçı sənəti də yüksək zirvəni fəth edir.
Qalaylanmış miş və bürünc qablar gözəlliyi ilə qızıl və gümüş
qablarla rəqabət aparır. Fətəli şahın hakimiyyətində
incəsənətin yüksək pilləsini tüfənksazlar təşkil edirdi. Onlar
metal ustaları və təcrübəli rəssamlarla birlikdə hərbi saray
silahının polad
-
dan cox bahalı tiyələrin ( kicikpaz )
hazırlanmasına nail olmuşlar. Fətəli şahın və onun
övladlarının,
qohumlarının,
saray
çalqıcılarının
və
rəqqaslarının portretləri bu gündə dünya muzeylərinin
yaraşığıdır. 1828
-
ci il Türkmənçay müqaviləsi Ermənistanın
yaranmasının, İrəvan xanlığında yaşayan azərbaycanlıların
isə
faciəsinin
başlanğıcı
oldu.
Azərbaycanlıların
Ermənistandan çıxarılması dörd mərhələdən ibarət oldu:
-
1-
ci mərhələ 1905
-
2-
ci mərhələ 1918
-1920
-
3-
cü mərhələ 1948
-1953
-
4-
cü mərhələ 1988
-1991.
14
Dostları ilə paylaş: |