Dəri örtüyünün yardımçı mühafizə vasitələri
Yardımçı vasitələr. Bədənin səthini radioaktiv, kimyəvi və bakterial
maddələrlə zəhərlənmədən qorumaq üçün adamların öz adi paltar və
ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması kütləvi
qırğın silahlarının, habelə radiasiya və kimya təhlükəli obyektlərdə baş verən
qəzaların törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir.
Adamın bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl,
xüsusi iş paltarlarından – kombinezonlardan, gödəkcə və şalvarlardan, başlıqlı
xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentdən,
odadavamlı və rezinləşdirilmiş parçadan, qalın mahuddan və digər möhkəm
parçalardan tikilir. Bu cür paltarlar nəinki bədənin səthinə radioaktiv və
bakterial maddələrin düşməsinin qarşısını alır, həm də maye damcıları
halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Məsələn,
brezent geyimlər (örtüklər) maye-damcı halındakı zəhərləyici maddələrdən
qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş
parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və
bürüncəklər də mühafizə üçün yararlıdır. Qış paltarları – qalın mahuddan və
ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye-damcı halındakı
zəhərləyici maddədən 1 saata qədər, yayda isə 20 dəqiqəyə qədər, pambıq
ködəkçə və şalvar 2 saata qədər qoruyur. Üst paltarların digər növləri də –
kostyumlar, gödəkçələr, şalvarlar, köynəklər və s. onları müvafiq surətdə
uyğunlaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər. Bu məqsədlə
müxtəlif idman kostyumlarından istifadə etmək daha yaxşıdır.
43
Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin
çəkmələrdən, botinkalardan, qaloşlardan istifadə etmək lazımdır. Rezin
ayaqqabılar maye-damcı halındakı zəhərli maddələri 3-6 saat ərzində keçirmir.
Gön və gönü əvəz edən materiallardan tikilmiş ayaqqabılardan istifadə oluna
bilər. Qeyri-rezin ayaqqabıların altında qalın kağız sarımaq, kağız cırılmasın
deyə, onun üstündən hər hansı parça dolamaq lazımdır.
Əlləri radioaktiv və bakterial maddələrdən mühafizə üçün rezin və ya
dəri əlcəklərdən istifadə etmək olar.
Adi paltarlar, adətən, hermetik olmur. Buna görə də belə
paltarlardan bədənin səthini qoruyan vasitələr kimi istifadə edərkən onların
hava keçə bilən yerlərini – yaxası, gödəkçənin ətəkləri, qolların əlcəklə
birləşən və şalvarların balaqlarının ayaqqabılarla birləşən yerlərini diqqətlə
kipləşdirmək lazımdır ki, bədənin səthi kənar mühitdən təcrid olunsun.
Paltarların bütün düymələri bağlanmalıdır, yaxalığı qaldırıb üstündən
boyunu şərf və ya yaylıqla kip bağlamaq, paltarların qollarını biləklərdən
bağlarla, şalvarların balaqlarını çəkmələrin üstündən qaytanla çəkib,
bərkitmək lazımdır.
Dostları ilə paylaş: |