Азярбайъан Енсиклопедийасы


İCTİMAİ RƏY SORĞUSU (public opinion poll)



Yüklə 3,99 Mb.
səhifə247/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   243   244   245   246   247   248   249   250   ...   809
İCTİMAİ RƏY SORĞUSU (public opinion poll) – Əhatə dairəsinin əsas statistik öyrənilmə forması, radio və TV-nin auditoriyaya təsirinin məzmunu və nəticələri. Sorğuların köməyi ilə kontent-təhlillər aparılır, seçki kompaniyalarında və digər ictimai məqsədlərə görə KİV-dən istifadə etməklə elektron-informasiya biznesinin səmərəsinin artırılması taktikası və strategiyası işlənib-hazırlanır.

İCTİMAİ TELEVİZİYA (pubic television) – Yayımı ölkənin bütün ərazisinə yayılan, verilişlərində bütün cəmiyyətin və onun ayrı-ayrı sosial təbəqələrinin mənafeyini, eləcə də mövcud fikir və əqidə plüralizmini əks etdirən, universallıq, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan, heç kəsdən, heç bir siyasi qüvvədən və heç bir maliyyə qurumundan asılı olmayan müstəqil TV. Demokratik (kollegial) idarəetmə üsuluna malik İ.t. tamaşaçılardan yığılan abonent pulu hesabına maliyyələşir. Lakin dövlət büdcəsi, yaxud qarışıq maliyyə sistemi ilə işləyən İ.t.-lar da mövcuddur. Əmlak maliyyələşmə və idarəçilik formalarına görə bir-birindən fərqlənən Amerika, Bi-Bi-Si və Skandinaviya modelləri mövcuddur. İ.t. xalqı maarifləndirən, cəmiyyətdə demokratiya və fikir plüralizmini inkişaf etdirən, milli və bəşəri dəyərləri yaşadan mühüm təsisat hesab olunur.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin