Азярбайъан Енсиклопедийасы



Yüklə 3,99 Mb.
səhifə270/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   266   267   268   269   270   271   272   273   ...   809
İNTERFEYS (interface) – Kompüter sisteminin qurğuları arasında informasiya mübadiləsini həyata keçirmək üçün vahid siqnal və cihazlar şəklinə salınmış (unifikasiya olunmuş) rabitə sistemi. Məs., məlumatları maşına verən qurğu ilə yaddaş qurğusu arasında əlaqəni İ. yaradır. Sadə dildə desək, İ. qurğular arasında mübadilə üsulunun qayda və qərarlar toplusunu təşkil edir. Bura həm avadanlıq elementləri, həm də proqram təminatının fraqmentləri (drayverləri) daxildir.

İNTERKÜY (internoise) – Bax: T ə b i i s ə s l ə r.

İNTERMEDİA (interlude) – Dramaturji tamaşanın iki hissəsi arasında ifa edilən kiçik pyes, komik məzmunlu səhnəcik.

İNTERNET (Internet) – Məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirən qlobal kompüter şəbəkəsi. Ümumdünya kompüter-peyk kommunikativ-informasiya xidmətlərinin şəbəkəsi. Növündən asılı olmayaraq bütün məlumat rəqəmli formada verilir. Bu o deməkdir ki, şəbəkə üçün nəyin – nitq, yaxud musiqinin, foto, yaxud videorolikin, məktub, yaxud kompüter proqramı verilməsinin heç bir fərqi yoxdur. Necə deyərlər, bu şəbəkə istənilən informasiya üçün "şəffafdır". Bunları inteqral xidmət şəbəkəsi də adlandırırlar. Müxtəlif ölkələrdə yaşayan və müvafiq texniki, maddi şəraiti olan milyonlarla istifadəçi bu şəbəkəyə qoşula bilər. İlk dövrlərdə şəbəkədən ABŞ hərbçiləri, inzibati və elmi mərkəzləri istifadə edirdilər, amma tədricən İ. daha geniş auditoriyaya açılaraq onu elektron-poçt və bank əməliyyatları, videokonfranslar, telemağazalar, teletəbabət, sifarişli proqramlar və s. kimi xidmət növləri ilə təmin edir. İstifadəçilərin arzusu ilə informasiyanı kompüterin yaddaşında saxlamaq və multimedia şəklinə salmaq olar.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin