X
Ədəbi tələffüz normaları. Nitqin üslubları. Nitqin etik məsələləri.
Ədəbi tələffüz əhatə dairəsinə görə geniş bir anlayışdır. Bu anlayışa söz, qrammatik forma
və sintaktik quruluşların dildə işlənən sabit və vahid qaydaları daxildir.
Orfoepiya yunanca “düzgün” mənasında olan
orpos
sözü ilə “nitq” mənasında olan
epos
sözünün birləşməsindən düzəlmiş bir termindir. Bu anlayışa tələffüz xüsusiyyətlərini
tənzimləyən qaydalar daxildir.
Azərbaycan dili orfoepiyasının tədqiqinə keçən əsrin ortalarından başlanmışdır.
Ə.Dəmirçizadə, M.Şirəliyev, Ə.Əfəndizadə bu sahədə əhəmiyyətli araşdırmalar aparmışlar.
Ədəbi dilin sabit və vahid normalarının müəyyənləşdirilməsi nitq mədəniyyətinin inkişafı
baxımından olduqca vacibdir. Şifahi dilin fəaliyyət dairəsinin genişləndiyi indiki zamanda ədəbi
tələffüz normalarını gözləmək daha böyük əhəmiyyət kəsb edir.
Danışan şəxs dilin başqa normaları ilə yanaşı, tələffüz normalarına da düzgün əməl
etməlidir.
Ədəbi tələffüz normalarına uyğun qurulan nitq dinləyicilər tərəfindən asan qavranılır.
Danışanların nitqində ədəbi tələffüzlə bağlı bir sıra qüsurlar özünü göstərir.
Bunlardan birincisi, yerli şivə və adi danışıq dilinə məxsus qüsurlardır. Nitqdə bəzən söz və
qrammatik formalar yerli şivədə və ya adi danışıqda olduğu şəkildə tələffüz edilir. Məs: Hasan,
genə, cuma, olseydi, doğurdan və s. sözlərdə vurğunun düzgün deyilməməsi nəticəsində də
tələffüz qüsurları baş verir. Məs: kafe
,
l, da
,
ha, o
,
xu, kafe
,
dra, alle
,
rgiya və s.
Ədəbi tələffüzün pozulmasının ikinci halı orfoepiyası orfoqrafiyasından fərqli olan sözlərin
yazıldığı kimi deyilməsi və oxunmasıdır. Məs: Moskva (Maskva əvəzinə), intonasiya
(intanasiya əvəzinə), orfoqrafiya ( arfaqrafiya əvəzinə) və s.
Orfoepik qaydaların müəyyənləşməsində aşağıdakı prinsiplər əsas götürülür.
1.
Fonetik prinsip. Bu prinsipə görə orfoepik qaydalar geniş xalq kütləsinin dilinə uyğun
olmalı, onun tələblərinə cavab verməlidir. Məs: Söyləyir-söylüyür, yaşayır-yaşıyır, arabaya-
arabıya və s.
2.
Morfoloji prinsip. Bu prinsipə görə dialektdə bir neçə formada işlədilən tələffüz
variantlarından biri orfoepik norma baxımından uyğun sayılır. Məs: ev, əv, öy, dəyil, döyül,
deyil, degil kimi tələffüz şəkillərindən ev, deyil norma kimi qəbul olunur.
3.
Qrafik prinsip. Bu prinsipə görə dildə sözün iki tələffüz şəkilindən daha tipik olanı əsas
götürülür. Məs: darvaza-dərvaza, xalça-xəlçə, pencək-pəncək və s. kimi sözlərin birinci
tələffüz şəkli orfoepiyada düzgün sayılır.
Nitqin məqsəd və şəraitinə uyğun gələn fonetik vasitə və imkanlarından istifadə olunmaqla
bağlı tələffüzün də üslubları yaranır.
Nitqin üç üslubu müəyyənləşmişdir. Normativ üslub, kitab üslubu, adi danışıq üslubu.
Normativ üslub. Bu üslub ədəbi tələffüz normaları əsasında yaranır, orfoepiyanın əsasını
təşkil edir. Məs: adamdan, uşaqlar, konsert kimi sözlər adamnan, uşaxlar, kansert şəklində
tələffüz olunmalıdır.
Kitab üslubu. Bu üslubda danışanlar elə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də
tələffüz olunmalıdır. Belə danışıq qüsurlu sayılır. Məs: atamdan, vətəndən, ailə, dovğa və s.
sözlər ədəbi tələffüz qaydasında söylənməlidir.
Adi danışıq üslubu. Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. Adi danışıq
üslubunun özünəməxsus xüsusiyyətləri vardır. Məs: normativ üslubda mənimçün, stəkan,
bacarmaq kimi tələffüz olunan sözlər adi danışıq üslubunda-məmçün, istəkan, başarmaq kimi
tələffüz olunur.
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun tələffüz
qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır.
Nitqin etik məsələləri. Həzrəti Əli: “İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı
və ağılsız olduğu bilinmir”.
Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Etika latın sözü olub,
mədəni, nəzakətli danışıq, davranış deməkdir. Etik normalar xalqın qədimdən yaratdığı adət-
ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərdən formalaşdırmışdır. Ta qədimdən zəka sahibləri,
maarifçilər danışıq etikası, nəzakətli nitq barədə dəyərli fikirlər söyləmiş, bu normaların
insanların mədəniyyətinin inkişaf səviyyəsinin yüksəldilməsinə müsbət təsirini vurğulamışlar.
İnsan böyüklərlə danışarkən kinayə işlətməməli, mülayim səslə sözünü deməlidir. Danışdığı
məsələni aydın izah etməli, qısa, yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, ehtiyac
olmadan sözü təkrar etməməlidir.
Danışıq etikası məsələləri zəngin və rəngarəngdir. Bura aşağıdakılar daxildir: müraciət
qaydaları, nitqi dinləmə mədəniyyəti, sualvermə, söhbətəqoşulma qaydaları, danışıqda
təvazökarlıq, mənalı hərəkətlərdən istifadə qaydaları və s.
|