20
diskussiya, elmi-kütləvi, yaxud elmi-publisistik janrların şərhi.
Akademik yazı üslubunun əsas xüsusiyyətləri. Sitatların rolu,
sitatlara
istinad
etmə.
Akademik
yazı
qaydalarının
mənimsənilməsinin
əhəmiyyəti. Akademik yazı akademik
kommunikasiyanı reallaşdıran başlıca vasitədir. Akademik yazının
beynəlxalq standartlara uyğun tərtib olunması şərtləri. Akademik
yazı qaydaları yüksək yazı mədəniyyətinin göstəricisi kimi.
Beynəlxalq akademik yazı qaydaları akademik kommunikasiyanın
başlıca vasitəsi kimi beynəlxalq standartların tələblərini ödəməlidir.
Beynəlxalq standartların “ümumi dil” rolu oynaması. Beynəlxalq
yazı qaydalarının əhəmiyyəti. Akademik mətnlərin müxtəlif
janrlarına aid veriləcək mövzular: 1. Bakalavr üçün mövzular:
rezyume, rəsmi məktub, esse, publik çıxış. 2. Magistrantlar üçün
mövzular: rəsmi məktub, publik çıxış, elmi məclislərdə məruzə,
akademik - elmi esse, qrant layihələrdə iştirak etmək üçün arayış,
məqalənin tərtibi (APA Style), plagiat və antiplagiat, ingilis və ana
dilli elmi sintaksisin səciyyəvi xüsusiyyətləri. Annotasiya.
Annotasiya nə məqsədlə istifadə olunur, annotasiyaların işlənmə
tarixi. Rezyume. Rezyumenin səciyyəsi. Annotasiya və rezyumenin
fərqli cəhətləri, əhəmiyyəti. Giriş və nəticə, spesifik xüsusiyyətləri.
Dostları ilə paylaş: