Baş redaktor:
K.M.Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Məsul katib:
N.Alışova
Redaksiya heyəti:
M.Hacıyeva
A.Abdullayeva
M.Vəliyeva
M.Cəfərova
Redaktor:
G.Səfərəliyeva
Əlamətdar və tarixi günlər təqvimi
- 2013 /baş red. K.Tahirov; red.
G.Səfərəliyeva; məsul katib
N.Alışova; M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası.-
Bakı, 2012.- 440 s.
© M.F.Axundov adına Milli
Kitabxana
2013
ƏZİZ OXUCULAR!
Milli Kitabxana kitabxanaçılara kömək məqsədilə
1961-ci ildən “Əlamətdar və tarixi günlər təqvimi”ni
nəşr edir. Əvvəllər 3 aydan bir- ildə 4 dəfə nəşr edilən
təqvim, 1970-ci ilin oktyabr ayından etibarən “Ki-
tabxana işçisinə kömək“, 2004-cü ildən isə yenidən
“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olu-
nur.
Bütün bu illər ərzində təqvim özünün “ənənə və
yeniliklər” şüarına sadiq qalaraq daha da təkmilləşmiş,
həcmi genişlənmiş, mövzu üzrə bölmələrin sayı art-
mış, geniş məlumat mənbəyi kimi formalaşmışdır.
Mədəniyyət işçiləri, müəllimlər, ziyalılar, kütləvi
informasiya vasitələri və ən çox da kitabxana işçiləri
üçün nəzərdə tutulan bu vəsaitin hər buraxılışının
müqəddiməsində nəşrin məzmunu, forması daha
geniş açılır. Təqvimin əsas məqsədi geniş oxucu
kütləsi və mütəxəssislərə respublikanın ictimai-
siyasi, iqtisadi, mədəni, elmi həyatında baş verən ən
mühüm hadisələri, kitabxana işi haqqında və başqa
dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır.
Təqvimin bu sayı Azərbaycanın xalqının ümum-
milli lideri, görkəmli siyasətçi və dövlət xadimi Əliyev