Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


III fəsil. Dövlət baytarlıq nəzarəti



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
III fəsil. Dövlət baytarlıq nəzarəti 

Maddə 11. Dövlət baytarlıq nəzarətinin əhatə dairəsi  

11.1. Dövlət baytarlıq nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq 

qanunvericiliyinin icra edilməsinə dair 

müvafiq icra hakimiyyəti orqanının

 həyata 

keçirdiyi hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur. 

11.2. Dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 



11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin tələblərinə 

əməl olunmasını; 

11.2.2. baytarlıq tədbirlərinin təşkili və onların yerinə yetirilməsini; 

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və 

ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq 

üçün baytarlıq tədbirlərinin öz səlahiyyətləri daxilində təşkilini və həyata 

keçirilməsini; 

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, 

emalı və satışı müəssisələrində, həmçinin daşınması zamanı baytarlıq (baytarlıq-

sanitariya) qaydalarına və normativlərinə əməl edilməsini; 

11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq- sanitariya) 

vəziyyətinin təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə 

və yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının 

alınmasını və ləğvi üçün icrası məcburi olan baytarlıq tədbirlərinin müəyyən 

edilməsini və həyata keçirilməsini; 

11.2.6. büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən 

onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və 

istifadəsini; 

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və 

onların təqdim edilməsini; 

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə 

Azərbaycan 

Respublikasının İnzibati Xətalar Məcəlləsində

 nəzərdə tutulmuş hallarda və 

qaydada inzibati xətalara dair işlərə baxılmasını, təqsirkarların cinayət 

məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara 

göndərilməsini. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin