Maddə 7. Dövlət baytarlıq xidməti
7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar
Respublikasının baytarlıq sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti
orqanları və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata
keçirən təşkilatlar təşkil edir.
7.2. Dövlət baytarlıq xidmətinin
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilmiş səlahiyyətli vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq
müfəttişlərinin müavinləri, dövlət baytarlıq müfəttişləri hesab edilirlər.
7.3.
Müvafiq icra hakimiyyəti orqanının
işçiləri
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər.
7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı
üzrə istifadə edilən möhürləri ola bilər.
Dostları ilə paylaş: |