Maddə 21. Karantin və məhdudiyyət tədbirləri
21.1. Karantin və məhdudiyyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən heyvan və
insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq
edilir.
21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, xəstəlik bir rayonun
ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda,
bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin
təqdimatı əsasında
müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri
tətbiq edilir. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
21.3. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə görülməsi zəruri
olan kompleks baytarlıq tədbirləri bu Qanunun, baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın
sənədlərinə uyğun aparılır.
21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin,
həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edən yüklərin daşınması
ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti qanunla müəyyən edilmiş qaydada müvəqqəti
dayandırıla bilər.
21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və
baytarlıq nəzarəti postları qoyula bilər. Onların sayını və yerləşdirilməsini
müvafiq icra hakimiyyəti
orqanı
müəyyən edir.
21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata
keçirildikdən sonra bu ərazidə
müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə karantin və ya məhdudiyyət
tədbirlərinin tətbiqi dayandırılır. Baytarlıq fəaliyyəti üçün qanunvericilikdə nəzərdə tutulan hallarda
müvafiq icra hakimiyyəti orqanının
karantinin götürülməsi barədə qərarında müəyyən məhdudiyyət
tədbirlərinin davam etdirilməsi göstərilə bilər.
|