İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Fənn: Müasir ədəbi proses
Kurs: 3
Qrup: 192201
Mövzu: “Bəxtiyar Vahabzadənin yaradıcılığı”
Müəllim: Baş müəlli Xəyalə Cəfərova
Tələbə: Aytən Məmmədzadə
Bakı-2022
BƏXTIYAR VAHABZADƏ (1925-2009)
HƏYATI, YARADICILIQ YOLU Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi ilə irlikdə Bakıya köçmüş, orta məktəbdə təhsilini davam etdirmişdir. Orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1942-1947-ci illərdə burada təhsil almışdır. Təhsilini universitetin aspiranturasında davam etdirərək 11951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-90-cı illərdə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Xain qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları meydana çıxanda Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatının öncüllərindən biri kimi B.Vahabzadə xalqımızın haqq səsinə səs vermiş, sovet rəhbərliyinin ermənipərəst, ikiüzlü siyasətinə etiraz səsini ucaltmışdır.
. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. Azərbaycanm görkəmli xalq şairi Bəxtiyar Vahabzadə, yaradıcılığınm bütün mərhələlərində zəngin ənənələrə malik olan Azərbaycan lirikasını orijinal lirik şeirlərlə zənginləşdirmişdir. Hələ 1962-ci ildə yazılmış «Bəxtiyaram mən» şeiri aradan təxminən yarım əsr keçməsinə baxmayaraq, bu gün də Azərbaycan şeirinin təkrarsız nümunələrindən biri kimi səslənir.
İctimai-fəlsəfi lirikasının böyük üstünlük qazandığı illərdə də B,Vahabzadə həm də incə ruhlu şeirlər yazmaq ənənəsinə sadiq qalmışdır. XX əsrin altmışıncı illərində yazılmış «Dodaqda gəz», «Biri sənsən, biri mən», «Bəhanəm» şeirləri, yetmişinci-səksəninci illərdə qələmə alınmış «Kəpənək», «İnsan göydə ay kimi- dir», «Küsəndə» kimi poetik nümunələr təkcə yarandığı dövrün deyil, ümumiyyətlə, Azərbaycan lirik poeziyasınm hadisəsidir. Yaxud, keçən yüzilliyin sonu, yeni əsrin başlanğıcında Bəxtiyar Vahabzadənin meydanlarda və yürüşlərdə öndə getdiyi vaxtlarda, müstəqilliyin möhkəmləndirilməsi yollarında mübarizə apardığr məqamlarda meydana çıxmış «Ömür qatarı», «Mən aldanmaq istəyirəm», «Sənsizliyin içində», «Borcludur» və sair lirik şeirləri xalq şairinin qəlbinin dərinliklərindəki lirikanın intəhasızlığını, tükənməzliyini nümayiş etdirir. Bu şeirlərin bir çoxuna Azərbaycanın tanınmış bəstəkarlarınm yaddaqalan mahnılar bəstələməsi həmin bədii nümunələrdəki qeyri-adi lirizmin, ahəngdarlığın, səmi- miyyətin asanlıqla musiqiyə çevrilə bilməsi ilə əlaqədardır.
Lirik şeirlərində ictimai-fəlsəfi düşüncələri ifadə etmək bacarığı tədricən şairi XX əsr Azərbaycan vətəndaşlıq lirikasının əsas yaradıcılarından birinə çevirmişdir. Xalq şairinin vətəndaşlıq lirikası onun milli istiqlal düşüncələrindən yoğrulmuş ictimai-fəlsəfi şeirlərinin mükəmməl bir toplusundan ibarətdir. B.Vahabzadə ən yeni dövr Azərbaycan milli istiqlal ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır.
B.Vahabzadənin sovet dövrü istiqlal düşüncəsi beynəlxalq mövzularda yazılmış əsərlərində də öz əksini tapmışdır. Bu mənada onun «Latın dili», «Hayd park» qəbilindən olan şeirləri, xüsusilə 1967-ci ildə tamamladığı «Təzadlar» poemasının mövzusu xarici ölkələrin həyatmdan alınmış, lakin əslində Azərbaycan həqiqətlərinə həsr olunmuş qiymətli bədii əsərlərdir. «Latın dili» şeiri XX əsrdə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovetlər İttifaqı miqyasında milli istiqlalın vacib şərtlərindən olan ana dili uğrunda mübarizədən söz açan ən cəsarətli əsər hesab olunmağa layiqdir. Sovet dövrü Azərbaycan ədəbiyyatında ana dili uğrunda mübarizənin bundan uca zirvəsi yoxdur. Doğma ana dilinin təhlükədə olduğu çətin illərdə, 1967-ci ildə Bəxtiyar Vahabzadə həyatını təhlükə qarşısmda qoymaqdan çəkinməyərək «Latın dili» şeiri ilə Azərbaycan dilinin müdafıəsinə qalxmışdır. «Latın dili» şeiri bu mövzuda bütün həyatı boyu düşünüb-daşınmış, ən müxtəlif səviyyələrdə fikirlərini bəyan etmiş şairin həmin istiqamətdə meydana çıxmış əsərlərinin də ən uca nöqtəsini təşkil edir. Ədibin ana dili mücadiləsi Azərbaycan ictimai fikrində böyük əks-səda doğurmuş, nəticə olaraq Azərbaycan dilinin nüfuzunun və mövqeyinin qorunub saxlanmasına ciddi təsir göstərmişdir. Əsəri oxuyan hər oxucu «Latın dili» şeirini Azərbaycan dili şeiri kimi qəbul etmişdir:
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! -
Millət ölüb, dil yaşayır.
«Ana» deyən, «torpaq» deyən,
«Vətən» deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə… bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb
Millət ölüb, dil yaşayır.
«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?..
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin.
Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim?..
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə… onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?
İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
Keçən əsrin altmışıncı illərində Vyetnam xalqının azadlıq uğrunda apardığı mübarizə o vaxtlar Amerika ilə qarşı-qarşıya dayanan Sovetlər İttifaqının mənafeyinə və maraqlarına uyğun gəlirdi. Ona görə də Vyetnam mövzusunda əsərlər yazmaq ədəbi- ictimai mühitdə aparıcı məsələlərdən birinə çevrilmişdi. B. Vahabzadə də yaranmış fursətdən faydalanaraq, «Təzadlar» poemasında Vyetnam mübarizəsinin fonunda özünün azadlıq, istiqlal düşüncələrini əks etdirməyə nail olmuşdur. «Təzadlar» poemasında hər hansı ölkəyə, o cümlədən Vyetnama da dəxli olmayan, ümumiyyətlə, azadlıq anlayışının mahiyyətini açan, milli istiqlalın fəlsələsini aydınlaşdıran ayrı-ayrı misralar və bəndlərlə şair öz xalqımna azadlığın mənasım çatdırmış, ölkəsini gələcək nıübarizələrə hazırlamaq məqsədini izləmişdir:
Düşünən beyinlər çökər zülmətə,
Yalanla həqiqət üzbəüz olar,
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar.
Buna görədir ki, «TəzadIar» poeması təkcə Vyetnamdakı deyil, şairin öz ölkəsindəki təzadları da əks etdirən bədii əsər kimi mühüm əhəmiyyət kəsb edir. «Təzadlar» poeması özünü azad ölkə kimi dünyada bəyan edən Sovetlər İttifa- qının təzadlı həyat tərzini müəyyən vasitələrlə nəzərə çarpdırırdı. Beləliklə, şair hələ keçən əsrin altmışmcı illərində zor şərtlər altında olsa da, özünün milli azadlıq arzularını xalqına çatdırmağı bacarmışdır.
Ölkənin bütövlüyü və xalqın birliyi məsələsi xalq şairi B. Vahabzadənin yaradıcılığında geniş yer tutur. Heç şübhəsiz, Bəxtiyar Vahabzadənin xalqın milli birliyi mövzusunda yazdığı əsərlər sırasında millətin tarixi müqəddəratını əks etdirən bədii əsərlər xüsusi əhəmiyyət kəsb edir. Bu cəhətdən 1999-cu ildə yazılmış «İstiqlal» poeması mühüm yer tutur. Bu poema milli-mənəvi bütövlük və xalqın birliyi haqqında poetik monoloqdur. Bu əsər, eyni zamanda, XX əsrin doxsa- nıncı illərində Azərbaycanın müstəqillik qazanmasının doğurduğu emosional düşüncələri, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi məsələlərini də geniş planda əks etdirən poema kimi də böyük əhəmiyyət kəsb edir. Bütövlükdə isə bu əsərdə şair üçün müqəddəs olan hər şeyin məhz Azərbaycanın timsalında əbədiləşib qorunub saxlanmasına, daha da möhkəmləndirilməsinə xidmət etməlidir. “İstiqlal” poeması Azərbaycanın milli istiqlalının poetik konsepsiyasıdır.
XX əsrin doxsanıncı illərində yazılmış şeirlərinin böyük əksəriyyətində o, xalqın gözünü açmağa, kütlə psixologiyasından yaxa qurtarılmasına, oxucuların cəmiyyətdə gedən proseslərdən baş çıxarmasına çalışmışdır. Vətəndaş şairin hə- min mövzuda yazılmış şeirlərində ana xətt milli istiqlalın müdafıə edilib daha da möhkəmlənməsinə istiqamətlən mişdir. Belə şeirlərdə poetik mənalandırmadan çox ittiham, tənqid, çağırış notları vardır:
Bu xalqı sökənbr müdam xalq dedi,
Nə özü ucaldı, nə endi xalqa.
Ömründə bir dəfə xalq deməyənlər,
Kürsü məramiylə söykəndi xalqa.
Özgənin fıkrini bəyənməyənlər,
Özünü öyməkçün xalqı öyənlər,
Gah ona, gah buna düşmən deyənlər,
Əslində özləri düşməndi xalqa.
Yüz yollu yüz nəfər kütlədir, ancaq,
Biryollu beş nəfər qüvvədir ancaq.
Yüz sözlü məmləkət ölkədir ancaq,
Bir sözlü məmləkət vətəndi xalqa.
Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsində xalq şairi B.Vahabzadə müstəqillik dövrü Azərbaycan parlamentinin üzvü və görkəmli ədəbiyyat xadimi kimi ölkədə aparılan ınilli dövlətçilik siyasətinin həyata kcçirilməsində fəal rol oynamışdır.
Şairin «Azərbaycan-Türkiyə» şeiri istiqlal qazandıqdan sonra Azərbaycana bütün sahələrdo təmənnasız dəstək verən qardaş Türkiyə cümhuriyyəti ilə tarixi bağlılığı və çağdaş münasibətləri mənalandıran təsirli poetik nümunədir. Bu şeirə yazılmış mahnı hər iki ölkədə geniş yayılmış qardaşlıq və birlik marşı kimi səslənir:
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət,
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bıı da ulu,
Azərbaycan- Türkiyə.
...Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Azərbaycan ədəbi tənqidi xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığındakı mövzu və ideya baxımmdan mövcud olan ge nişliyi daim qeyd etmişdir. Xüsusən, türk dünyası mövzusu şairin əsərlərində daha böyük yer tutur. Bu mənada haqlı olaraq deyildiyi kimi, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan türklərinin deyil, bü- tün türk dünyasının bütövlüyü, ideya-mənəvi birliyi uğrunda mübarizə aparan qəhrəman şairdir.
«Özümüzü kəsən qılınc» dramında ədib ortaq soykökə malik olan türklərin ulu keçmişinin tarixi məqamlarmı diqqət mərkəzinə çəkmişdir. «Özümüzü kəsən qılmc» türk dünyası üçün ibrət kitabıdır. Azərbaycanda və Türkiyə səhnəsində böyük uğurla tamaşaya qoyulan bu əsər türklüyün birliyə olan ehtiyacının ədəbiyyatdakı böyük əks-sədasıdır. Son əsərlərindən biri olmaq etibarilə «Özü- müzü kəsən qılınc» B. Vahabzadənin türk dünyasına vəsiyyətnaməsi kimi də səslənir. Görkəmli gövlət xadimi Heydər Əliyev «Özümüzü kəsən qılınc» pyesinə «millətimizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb ictimaiyyətə göstərən» əsər kimi yüksək qiymət vermişdir.
Bir çox şeirlərində və «Şəhidlər» poemasında Bəxtiyar Vahabzadə türk dünyası üçün aktual olan problemlərdən bəhs etməyi vacib sayır. Artıq bu məqamda o, geniş mənada türk dünyasının tarixi müqəddəratından söz açır. Azərbaycan ədəbiyyatında türk dünyasının mənəvi birliyi məsələsini B.Vahabzadə qədər açıq deyən ikinci şair göstərmək çətindir:
Tarix bizi imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən,
Türkün türkə ədavətə haqqı yoxl
Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən,
Düşmənimiz dostumuzdan çox ikən,
Türkün türkə ədavətə haqqı yox!
Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin,
Bir-birilə ədavətə haqqı yox!
Göründüyü kimi, xalq şairi B.Vahabzadənin yaradıcılığında istiqlal mövzusu milli-mənəvi özünüdərk proseslərinin təqdimindən başlayaraq, azadlıq uğrunda mübarizə və istiqlalın keşiyindo dayanmaq ideyalarının təcəssümünə qədər böyük bir yol keçmişdir. Nəticədə B. Vahabzadənin simasında Azərbaycan və geniş mənada türk dünyası istiqlal ədəbiyyatının görkəmli bir simasını qazanmışdır. Vətəndaş şairin adı istiqlal ədəbiyyatına böyük töhfələr vermiş qüdrətli sənətrkarların sırasında iftixarla çəkilir.
Ümumiyyətlə, B. Vahabzadə Azərbaycan ədəbiyyatının milli-poetik istiqlalnaməsinin qüdrətli yaradıcılarından biridir. Xalq şairinin Azərbaycanın ən yüksək dövlət təltiflərindən olan «İstiqlal» ordeninə layiq görülməsi, həm də onun milli istiqlala şərəflə xidmət etməsinə verilən yüksək qiyməti əyani şəkifdə əks etdirir. Milli istiqlalın böyük carçısı B.Vahabzadənin parlaq adı və böyük sənəti Azərbaycanın və ümumən türk dünyasının əbədi milli sərvətidir. Dünya ədəbiyyatı üçün də B.Vahabzadənin poeziyası fərqli və qiymətli bir səhifədir.
“ŞƏHIDLƏR” POEMASI B.Vahabzadə azad, müstəqil Azərbaycanın milli istiqlal ədəbiyyatının dəyərli nümunələrini yaratmışdır. Bu baxımdan «Şəhidlər» poeması Azərbaycan milli istiqlal ədəbiyyatınm kamil nümunəsidir. Əsərdə Azərbaycan şəhidlərinin simasında milli istiqlal ədəbiyyatının qəhrəmanlarının bədii obrazı canlandırılımışdır. B.Vahabzadə Vətən uğrunda həlak olmuş Azərbaycan şəhid- lərindən ana torpağın bağrına azadlıq toxumları əkən milli qəhrəmanlar kimi söz açmışdır:
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə,
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər!
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyir-şəriylə,
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər!
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə,
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər!
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyir-şəriylə,
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər!
“Şəhidlər” poeması təkcə Azərbaycan xalqının deyil, keçmiş Sovet imperiyasının 70 illik tarixində misli görünməmiş bir faciənin lirik-epik təsvirindən ibarətdir. Kommunist rejiminə xalqımızın itaətsizliyindən hiddətə gəlmiş imperiya özünün dağılması ərəfəsində bütün gücünü Azərbaycanın üstünə göndərmişdi. Bakı küçələri qeyrətli vətən övladlarının al qanına qəltan olmuşdu. Poemada 20 Yanvar soyqırımının, gözlərimiz önündə tarixə çevrilən bu dəhşətli hadisənin obyektiv tarixi-bədii qiyməti verilmişdir. Qara yanvar haqqında ədəbiyyatımızın ilk sanballı nümunəsi olan bu əsərdə azadlıq mücahidlərinin qəhrəmanlığı şairin öz şəxsi müşahidələri və yaşantıları əsasında ümumiləşdirilmişdir:
... Onlar sübut etdi: hər qara zülmün'
Əli uzansa da, ömrü gödəkdir.
Xalqın azadlığı sabah, biri gün
Şəhid yarasından göyərəcəkdir!
Şairin dediyi kimi də oldu. Şəhidlərin qanı yerdə qalmadı. Bu gün müstəqil, suveren dövlətini qurmuş xalqımız şəhidlərin ruhunu yaşadır, dərin minnətdarlıq duyğusu ilə əzizləyirəbədiləşdirir.”
“Şəhidlər” bu mövzuda ilk iri həcmli poemadır. Şair poemada qanlı yanvar gecəsində Bakıya hücum etmiş işğalçı ordunun cinayətlərini göstərir, şəhidlərin qəhrəmanlığını mənalandırır.