Şəkil 8. Maqnit işə buraxıcısının quruluş sxemi:
1 – nüvə; 2 – makara; 3 – yay; 4 – lövbər; 5 - hərəkət edən kontakt; 6 - hərəkət etməyən kontakt.
Maqnit işə buraxıcıları reversiv və qeyri reversiv olurlar. Reversiv maqnit işə buraxıcılarının köməyi ilə elektrik mühərrikini işə salıb və açmaqla yanaşı, onun fırlanma istiqamətini də dəyişmək olur.
Qeyri - reversiv maqnit işə buraxıcısının idarə olunması üçün iki düyməli elementdən ibarət olan idarəetmə düymələri istifadə olunur: “işə salma” (qapanma) SB1 və “dayanma” (açma) SB2 (şəkil 9 ).
Reversiv maqnit işə buraxıcısının idarə olunması üçün (şəkil 10) üç düyməli elementlər – “irəli” SB1 (iki kontakt: qapanma və açma), “geri” SB2 (iki kontakt: qapanma və açma) və “dayanma” SB3 (ancaq açma).
Avtomat QF işə qoşulduqdan sonra SB1 işə salma düyməsini basdıqda işə buraxıcının makarası qida alaraq nüvəni maqnitləşdirərək ləvbəri özünə çəkir, KM əsas kontaktı qapayır və elektrik mühərriki işə düşür. Eyni zamanda işə salma düyməsini şuntlaşdıran KM blok-kontaktı qapanır. Elektrik mühərrikini dayandırmaq üçün SB2 dayanma düyməsinə basılır. KM makarasının dövrəsi qırılır, geri qayıtma yayının təsirindən ləvbər nüvədən aralanır, əsas kontaktları açır, elektrik mühərriki və blok-kontaktı qidadan kəsilir.
Şəkil 9. Üç fazalı qısa qapanmış asinxron mühərrikinin qeyri reversiv maqnit işəburaxıcısı ilə qoşulma sxemi.
Dostları ilə paylaş: |