çox mümkündür ki, o, gələcəkdə orada çox vaxt keçirə
bilməyəcək. Onun xeyli dostları var, hazırda isə o
həyatının elə bir mərhələsinə qədəm qoyub ki, dostlarının
sayı və məşğulluğu gündən-günə artır.
— Bir halda ki, Nezerfilddə yaşamaq niyyətində deyil,
onun qonşuları üçün Binqlinin bizim diyarla,
ümumiyyətlə, vidalaşması daha yaxşı olardı. O zaman bu
malikanəni başqa bir ailə icarəyə götürərdi. Bəlkə mister
Binqli qonşularının rahatlığındansa, daha çox şəxsi
rahatlığı üçün Nezerfildi icarəyə götürüb? Gözləmək olar
ki, o, Nezerfildi özündə saxlayacaq, yoxsa eyni
niyyətlərdən çıxış edərək ondan imtina edəcək?
— Binqlinin əlinə başqa bir yerdə ev əldə etmək üçün
münasib imkan düşəcəyi təqdirdə o, doğrudan da,
Nezerfildi həmişəlik tərk etsəydi, — Darsi dedi, — bu,
məni təəccübləndirməzdi.
Elizabet susdu. Onun dostunun barəsində söhbəti
davam etdirərkən başqa heç nə deyə bilməməkdən
çəkinən Elizabet qərara gəldi ki, söhbəti davam etdirmək
qayğısını mister Darsinin üzərinə keçirsin.
Darsi eyhamı başa düşdü və tezcənə dedi:
— Bu ev çox rahat görünür. Güman edirəm ki, ledi
Ketrin mister Kollinzin burada məskunlaşdığı vaxt çox
əmək sərf edib.
— Düşünürəm ki, siz haqlısınız. Ancaq əminəm ki, o,
downloaded from KitabYurdu.org
243
bundan artıq qədirbilən insana qayğı göstərə bilməzdi.
—
Deyəsən, mister Kollinz uğurlu evlilik həyata
keçirib.
— Bəs necə. Onun dostları sevinə bilərlər ki, o, ona
ərə gəlməyə razılaşan azsaylı ağıllı qadınlardan biri ilə
rastlaşıb və onun xoşbəxt həyatını təmin edib. Rəfiqəm
çox ağıllıdır. Hərçənd düşünmürəm ki, ərə getməsi onun
ən ağıllı hərəkətlərindəndir. Fəqət o, olduqca xoşbəxt
görünür, sağlam düşüncə baxımından isə, onun üçün
nikah çox uğurlu sayıla bilər.
— Xüsusilə də onun valideynlərindən, dostlanndan bu
qədər yaxın məsafədə olmasını əlverişli durum saymaq
olar.
— Siz hesab edirsiniz ki, buradan Meritona “bu qədər
yaxın”dır? Ancaq burada az qala 50 mil məsafə var axı.
— Yaxşı yolda 50 mil nədir ki? Yarım gündən bir az
artıq yoldur. Mənə elə gəlir ki, bu, çox qısa məsafədir.
— Ağlıma gəlməzdi ki, nikahın üstünlüyünü millə
dəyərləndirmək olar, — Elizabet dedi. — Heç də elə
hesab etmirəm ki, missis Kollinz valideynlərinin
yaxınlığında yerləşib.
— Bu, sizin Hartfördşirə bağlılığınızdan xəbər verir.
Lonqbornla tamam yanaşı olmayan hər şey sizə uzaq
gəlir.
O bu sözləri həmsöhbətinə anlaşıqlı görünən
təbəssümlə dedi. Görünür, hesab edirdi ki, qızın sözləri
Nezerfildə və Ceynə aiddir. Elizabet qızararaq cavab
verdi:
downloaded from KitabYurdu.org
244
— Mən heç də demək istəmədim ki, qadın ərə
gedərkən öz valideynlərinin evindən aralıdakı istənilən
məkanı böyük məsafə kimi qəbul etməlidir. Yaxınlıq və
uzaqlıq vəziyyətdən asılı olan nisbi məfhumlardır. Var-
dövlətin yol xərclərini əhəmiyyətsiz etdiyi yerlərdə uzaq
məsafə pis şey olmaqdan çıxır. Ancaq indiki halda bu,
qətiyyən elə deyil. Kollinzlərin gəliri yetərincə olsa da,
ancaq bu, onlara tez-tez gedib-gəlmək imkanı vermir.
Əminəm ki, Kentdən Hartfördşirə məsafə bundan iki dəfə
az olsaydı da, rəfiqəm hesab etməzdi ki, o, ata evinin
yaxınlığında yaşayır.
Mister Darsi stulunu bir qədər yaxma çəkdi və dedi:
— Doğma yurda bu qədər bağlanmağa gərək yoxdur.
Bütün həyatınızı Lonqbornda keçirə bilməzsiniz axı!
— Elizabet onun sözlərindən təəccübləndi. Ancaq
Darsinin ovqatı dəyişdi, o, aralandı və masanın üstündən
qəzeti götürdü, onun üstündən baxa-baxa, daha soyuq
tonda dedi:
— Kent xoşunuza gəlirmi?
Bundan sonra yerli məkan barədə hər iki tərəfdən
kifayət qədər qısa və təmkinli fikir mübadiləsi oldu.
Söhbət Şariotta və onun bacısının qayıtmasıyla kəsildi.
Onlar bu cür gözlənilməz tet-a-tet söhbətə görə xeyli
təəccübləndilər. Mister Darsi onlara miss Bennetin öz
məşğuliyyətini
yarımçıq kəsməyə səbəb olduğu
səhvindən danışdı və bir neçə dəqiqə tam qaradinməz
şəkildə oturduqdan sonra çıxıb getdi.
— Bu nə demək ola bilər? — O, gedən kimi Şariotta
downloaded from KitabYurdu.org
245
soruşdu. — Eliza, əzizim, o, deyəsən, sənə vurulub —
yoxsa o, heç vəchlə birdən-birə durub bizə gəlməzdi.
Ancaq o, Elizabetdən Darsinin ona nə qədər az şey
dediyini öyrəndikdə belə bir güman artıq hətta
maraqlanmış Şariottaya da inandırıcı görünmədi. Darsinin
ziyarətinə dair bir sıra ehtimallardan sonra, nəhayət, bu,
onun boş vaxtını keçirməyə daha yaxşı variantının
olmaması ilə izah olundu. Gerçəkdən də
ov mövsümü artıq ötüb keçmişdi. Rozinqsdə ledi Ketrin,
kitablar və bilyard vardı. Ancaq kişilər bütün günü bağlı
qapı arxasında otura bilməzlər axı! Keşiş evinin yaxınlığı,
yaxud ona aparan yolun gözəlliyi, nəhayət, evin sakinləri
ilə görüşdən məmnunluğun cəlb etməsi səbəbindən hər iki
dayıoğlu-bibioğlu bu vaxtdan etibarən az qala hər gün
onlara gəlməyə başladılar. Onlar səhər çağı, bəzən ayn-
ayrı, hərdən də xalalarının müşayiəti ilə gəlirdilər.
Xanımlar üçün aydın idi ki, polkovnik Fitsuilyamm
burada görünməsi onlarla bir arada olmasının ona xoş
gəlməsi ilə izah olunur. Onunla bir arada olmaqdan
Elizabetin aldığı zövq və polkovnikin onda yaratdığı
təəssürat qızın yadına əvvəlki sevimlisini, Corc Uikhemi
salırdı. Onların hər ikisini müqayisə edərkən o,
polkovnikin maneralarında onun Meritondakı dostunu
sevdirən səmimiyyətin çatışmadığını görürdüsə də, ona
elə gəlirdi ki, əvəzində polkovnik daha savadlıdır.
Ancaq mister Darsinin nəyə görə Hansfordda bu qədər
tez- tez peyda olmasının səbəbləri aydın deyildi. Onun
açıq-aşkar həmsöhbətə ehtiyacı yox idi, çünki çox vaxt bir
downloaded from KitabYurdu.org
246
kəlmə söz dilə
gətirmirdi və bu, tez-tez olurdu. Hətta o, nəhayət,
danışmağa başlayanda da adama elə gəlirdi ki, bunu ruhi
tələbatdan yox, zərurət üzündən, öz zövqü üçün yox,
nəzakət naminə edir. O, nadir hallarda həqiqətən şux
görünürdü. Missis Kollinz, sadəcə, nə düşünəcəyini
bilmirdi.
Polkovnik
Fitsuilyamm
zaman-
zaman
dalğınlığına görə ona sataşmasmdan güman etmək olardı
ki, o, adi halda özünü başqa cür aparır. Şarlottanm özünün
Darsi ilə tanışlığı bu barədə ona əminliklə mühakimə
yürütmək imkanı vermirdi. Əlbəttə, o bu dəyişikliyi
Darsinin onun rəfiqəsinə vurulması kimi izah etməyə
qarşı deyildi və hər vasitə ilə buna əmin olmağa çalışırdı.
Onlar Rozinqsi ziyarət edərkən və ya Darsi Hansforda
gələrkən Şarlotta onu diqqətlə izləyirdi, ancaq o,
müşahidələrində hər hansı bir uğur əldə etməmişdi.
Şübhəsiz ki, Darsi Elizabetə tez-tez nəzər yetirirdi, ancaq
bu zaman onun sifətinin ifadəsini müxtəlif cür yozmaq
olardı. Bu baxışlar sürəkli və ciddi idi, ancaq Şarlotta tez-
tez şübhələnirdi ki, onlarda nəsə bir duyğu gizlənir.
Hərdən ona, sadəcə, elə gəlirdi ki, Darsi onun rəfiqəsinə
baxa-baxa, nəsə başqa bir şey haqqında düşünür.
O, bir-iki dəfə Darsinin mümkün sevgisi ilə bağlı öz
təxminlərini Elizabetlə bölüşməyə cəhd göstərdi, ancaq
qız bunu zarafata saldı. Şarlotta sonu məyusluqla bitən
əbəs ümidlər doğura biləcəyindən çəkinərək bundan artıq
israr etməyi mümkün saymadı. O, əslində zərrə qədər
şübhə etmirdi ki, rəfiqəsinin mister Darsiyə bəslədiyi
downloaded from KitabYurdu.org
247
nifrət, qızın onu öz gücünün əhatə dairəsində təsəvvür
edəcəyi halda yox olardı.
Rəfiqəsinə hər cür xeyirxahlıq arzu edən Şarlotta
hərdən onunla polkovnik Fitsuilyamm nikahı barədə
düşüncələrə qapılırdı. Bu, şəkkşübhəsiz xoş bir adam idi.
Elizabet açıq- aşkar onun xoşuna gəlirdi və o, cəmiyyətdə
əla mövqeyə sahib idi. Fəqət bu üstünlüyə tarazlıq olaraq,
Darsi bir çox kilsə camiələrinin patronu idisə, onun xalası
oğlunun sərəncamında bir kilsə belə yoxdu.
X
FƏSİL
Parkda dolaşarkən Elizabet bir neçə dəfə gözlənilmədən
mister Darsi ilə qarşılaşmışdı. Parkın, onun indiyədək
görmədiyi hissəsində baş tutan ilk görüşü o, uğursuz
təsadüflə izah edirdi. Gələcəkdə belə anlaşılmazlıqlardan
qaçmaq üçün Elizabet ona eyham etdi ki, gəzinti üçün
həmişə bu yeri seçir. Bu sayaq görüşlərin hansı şəkildə
təkrarlanması tamamilə anlaşılmaz idi. Bununla belə,
Darsi onun yolunun üstündə ikinci, hətta üçüncü dəfə də
peyda oldu. Düşünmək olardı ki, o bunu onun acığına
edir, ya da özünə iztirab verməklə məşğuldur. Çünki o,
qızı görən kimi bir neçə ümumi ifadə işlətdikdən və
naqolay pauzadan sonra uzaqlaşmaq əvəzinə öz
cığırından çıxmağı və onunla yanaşı getməyi zəruri hesab
edirdi. Darsi həmişə az danışırdı, - Elizabet də söhbət
üçün mövzu axtarışıyla özünü yormurdu. Ancaq üçüncü
görüş zamanı qız onun qəribə, rabitəsiz suallar verdiyinə
diqqət yetirdi. Darsi ondan Hansforddan xoşu gəlib-
gəlmədiyini, təklikdə gəzməyi sevib-
downloaded from KitabYurdu.org
248
sevmədiyini, mister və missis Kollinzlərin ailə səadəti
barədə nə düşündüyünü soruşurdu. O, Rozinqs və bu ev
barədə onda, yəqin ki, tamamilə yanlış təsəvvürlərin
formalaşmış olduğundan danışırdı, sanki ehtimal
yürüdürdü ki, qızın növbəti ziyarətində Kentdə qalması
lazım gələcək. Onun sözlərində sanki bu nəzərdə
tutulurdu. Doğrudanmı o, polkovnik Fitsuilyama eyham
edirdi? Elizabetə elə gəlirdi ki, o, gerçəkdən də nəyisə
nəzərdə tuturdusa, iş buna doğru əyilməkdədir. O özünü
incidilmiş hiss edərək, nəhayət, keşiş evinin
yaxınlığındakı bağ darvazasının qarşısına çatdığına
sevindi.
Bir dəfə gəzinti zamanı Elizabet Ceynin sonuncu
məktubunu oxuyaraq, bacısının kədərinin xüsusilə
gücləndiyini əks etdirən sətirlər üzərində düşünərkən,
yenidən yaxınlaşan addım səslərinə səksəndi. Ancaq
baxışlarını qaldırdıqda Darsinin əvəzinə ona doğru gələn
polkovnik Fitsuilyamı gördü. Tez-tələsik məktubu
gizlədən və özünü gülümsəməyə məcbur edən Elizabet
səsləndi:
— Düşünməzdim ki, sizi bu yerlərdə görə bilərəm!
— İldə bir dəfə mən adətən bütün parkı
dolaşıram, — polkovnik cavab verdi. — İndi isə
Hansforda baş çəkmək istəyirəm. Sizin yolunuz uzağadır?
— Yox, elə mən də artıq geri dönməyə hazırlaşırdım,
— Elizabet cavab verdi və gerçəkdən də geri dönərək
onunla birlikdə keşişin evinə doğru yönəldi.
— Siz şənbə günü doğrudan da getmək istəyirsiniz? —
downloaded from KitabYurdu.org
249
Elizabet soruşdu.
— Bəli, əgər Darsi yenə də gedişimizi təxirə salmasa.
Mən ona uyğunlaşmağa məcburam. O isə öz kefinin
quludur.
— O, kefcil cənab olaraq, ətrafdakıları özünə tabe
etməkdən həzz alır? Mən hələ indiyədək elə bir insanla
rastlaşmamışam ki, o, mister Darsidən artıq həmişə öz
mülahizələrinə uyğun hərəkət etmək haqqını dəyərli
saysın.
— Bəli, o öz taleyini özü idarə etmək istəyir, —
polkovnik Fitsuilyam cavab verdi. — Ancaq bu, hər kəsə
xasdır. Darsinin fərqi ondadır ki, onun bu istəyi
gerçəkləşdirmək imkanı çoxdur. Bir çox başqalarının
kasıb olduğu vaxt o, kifayət qədər zəngindir. Mən bunu
həddindən artıq yaxşı bilirəm. Kiçik oğul
müstəqil olmağa və hər addımda özünü nələrdənsə
saxlamağa alışmalıdır.
— Mənə isə elə gəlirdi ki, qrafın kiçik oğluna nə bu,
nə də digəri tanış deyil. Düzünü deyin, siz çoxmu asılılıq
və məhrumiyyət çəkmisiniz? Məgər pulsuzluq üzündən
nə vaxtsa nəzərdə tutduğunuz səyahətə yollanmağınız,
yaxud əldə etmək istədiyiniz şeyi almağınız mümkün
olmayıb?
— Bütün bunlar ailə həyatına aiddir. Ola bilər, mənim
bu sayaq çətinliklər yaşadığımı iddia etmək haqqım
yoxdur. Ancaq daha mühüm işlərdə vəsait çatışmazlığı
ciddi məyusluqlar yarada bilər. Məsələn, kiçik oğullar
xoşlarına gələn qızla evlənə bilməzlər.
downloaded from KitabYurdu.org
250
— Yalnız kifayət qədər zəngin varis onların ürəyincə
olmasa, düşünürəm ki, bu iş adətən onların da başına gəlir.
— Təmtəraqlı yaşamaq vərdişi bizi puldan həddən
artıq asılı edir. Çevrəmdə olan insanlar arasında gələcəkdə
əldə edəcəyi vəsait barəsində düşünmədən nikaha girməyi
özünə rəva görən cürətlilər o qədər də çox deyil.
“Doğrudanmı bu sözlər mənə ünvanlanıb?” - Elizabet
qızararaq düşündü. Ancaq özünü ələ alaraq, gülə-gülə
dedi:
— Ancaq deyin, Allah xatirinə, indi qrafın kiçik
oğulları nə qədərdir? Əgər böyük oğul can vermirsə,
güman edirəm, kiçiyin sərvəti güc-bəla əlli mindən çox
olar?
O, eyni ruhda cavab verdi və söhbət kəsildi. İfadə
edilmiş eyhamın təsiri kimi qələmə verilə biləcək sükutu
pozmaq üçün Elizabet dedi:
— Mənə elə gəlir ki, bibiniz oğlu sizi əsasən ona görə
özüylə gətirib ki, kiməsə göstəriş verə bilsin. Ancaq başa
düşmürəm, o, nə üçün evlənmir və özünü bu kimi daimi
rahatlıqla təmin etmir. Ancaq mümkündür ki, bu
məqsəddən ötrü hələlik bacısı münasibdir. Mister Darsi
onun yeganə himayədarıdır və kefi istədiyi kimi ona əmr
etmək haqqına sahibdir.
— Xeyr, — polkovnik Fitsuilyam dedi, — o bu
imtiyazı mənimlə bölməli olur. Miss Darsinin taleyi üçün
məsuliyyət onun qədər mənim də üzərimə düşür.
— Doğrudanmı? Yaxşı, bəs siz öz vəzifənizi necə icra
edirsiniz? O, çoxmu narahatlıq yaradır? Onun yaşında
downloaded from KitabYurdu.org
251
olan
gənc qızlara böyüklük etmək hərdən çox çətin olur. Hələ
onda əsl Darsi xisləti varsa, o, tamamən öz bildiyi kimi
hərəkət etmək istəyə bilər.
Bunları ifadə edərkən Elizabet fərq etdi ki, polkovnik
ona çox diqqətlə baxır. Polkovnikin ondan nəyə görə miss
Darsinin narahatlıq törətməyə qadir olduğunu düşündüyü
barədə ciddiyyətlə soruşması təsdiqlədi ki, Elizabetin
təxminləri həqiqətdən uzaq deyil. Elizabet gecikmədən
cavab verdi:
— Narahat olmaya bilərsiniz — onun barəsində pis bir
şey eşitməmişəm. Hərçənd hər hansı qız barədə çətin ki,
miss Darsi qədər çox danışılmadığını hesab etməkdə
haqlıyam. Onu həddən artıq çox sevən iki xanım
tanıyıram — missis Hörst və missis Binqli. Deyəsən, siz
onlarla rastlaşdığınızı demişdiniz?
— Mən onlarla bir az tanışam. Onlann qardaşı
Darsinin böyük dostudur, yaxşı bir gəncdir.
— Hə, — Elizabet qaşqabaqlı halda dilləndi. — Mister
Darsi mister Binqliyə münasibətdə qeyri-adi şəkildə
lütfkardı və onun qayğısına çox qalır.
— Qayğısına çox qalır? Lap yaxşı, mən də gerçəkdən
düşünürəm ki, Binqlinin ehtiyacı olanda Darsi onun
qayğısını pis çəkməyib. Kentə gəldiyimiz vaxt yolda
Darsinin onun barəsində dediyi bir neçə sözdən belə başa
düşdüm ki, dostu onun qarşısında xeyli borcludur. Yeri
gəlmişkən, deyəsən, mən Darsidən üzr istəməli olacağam,
çünki söhbətin Binqlidən getdiyini həqiqətən bilmirəm.
downloaded from KitabYurdu.org
252
Bu, yalnız mənim ehtimallarımdır.
—
Siz nəyi nəzərdə tutursunuz?
— Darsinin cəmiyyətin bilməyini istəmədiyi bir
durum var. Bu, bir xanımın ailəsinə gedib çata bilər və
olduqca xoşagəlməz hal yaranar.
—
Arxayın olun, mən o barədə danışmaram.
— Onu da unutmayın ki, ola bilər, o, heç də Binqlini
nəzərdə tutmayıb. O, yalnız onu dedi ki, dostunu ağılsız
evliliklə bağlı xoşagəlməzlikdən qurtardığı üçün özünü
təbrik edə bilər. Ancaq nə adlar çəkdi, nə də mən ondan
hər hansı bir təfərrüat eşitdim. Bu qənaətə gəldim ki,
məsələ Binqliyə aiddir, yalnız
ona görə ki, məncə, o bu duruma düşə bilər. Üstəlik,
Darsiylə onlar ötən yayı birgə keçiriblər.
— Bəs mister Darsi onu dostunun işinə qarışmağa
vadar edən səbəblərdən danışdımı?
— Belə başa düşdüm ki, qız ciddi narazılıq yaradıb.
— Bəs dayınız oğlu onlan hansı yolla ayıra bilib?
— O bu barədə danışmadı, — Fitsuilyam
gülümsəyərək dedi. — Mənə məlum olan hər şeyi sizə
danışdım.
Elizabet heç bir cavab vermədi. Onun qəlbində hiddət
qaynayırdı. Bir qədər gözləyəndən sonra Fitsuilyam onun
fikrə dalmasınm səbəbi ilə maraqlandı.
— İndicə öyrəndiklərim barədə düşünürəm, — cavab
verdi. — Dayınız oğlunun hərəkəti mənə elə də xoş
gəlmədi. O kimdir ki, özünü hakim sayır?
— Sizcə, onun müdaxiləsi nəzakətsizlik olub?
downloaded from KitabYurdu.org
253
— Mən, sadəcə, başa düşmürəm ki, mister Darsi hansı
haqla dostunun sevdasının ağıllı və ya ağılsız olduğuna
dair qərar verir. O, necə təkbaşına mühakimə yürüdə bilər
ki, Binqli öz səadətini kiminlə tapacaq. Fəqət, — o,
ayılaraq əlavə etdi,
— bir halda ki biz təfərrüatı bilmirik, onu qınamaq
haqqımız yoxdur. Yəqin ki, hər iki tərəfdən bağlılıq o
qədər də dərin deyilmiş.
— Tamamilə ağıllı ehtimaldır! — Fitsuilyam səsləndi.
— Hərçənd onun xidmətinin qiyməti üçün o qədər də
böyük tərif deyil.
Bu sözlər zarafatla deyilmişdi. Ancaq bu zarafat onun
mister Darsi barədə təsəvvürü ilə o qədər uyğun gəlirdi ki,
Elizabet öz təmkininə güvənməyərək ona cavab
verməkdən çəkindi. O, söhbəti təsadüfi mövzuya çevirdi
və düz keşiş evinin qapısına qədər davam etdirdi.
Fitsuilyamın getməsindən sonra öz otağına qapanan
Elizabet gəzinti zamanı eşitdiklərini heç bir maneə
olmadan düşünə bildi. Güman etmək çətin idi ki, söhbət
ona yaxın adamlardan getmir. Dünyada mister Darsinin
bu qədər hüdudsuz təsiri altında olan ikinci bir şəxs
mövcud ola bilməzdi. O, Binqli və Ceynin ayrılmasına
səbəb olan hadisələrdə onun iştirakının olduğundan
əvvəllər də şübhələnmişdi. Ancaq Elizabet bu hadisələrdə
rəhbərliyi və başlıca rolu həmişə miss Binqlinin ayağına
yazırdı. Heç demə,
Darsini öz şöhrətpərəstliyi yanıltmırdısa, məhz o, onun
təkəbbürü və mənəm-mənəmliyi Ceynin bütün keçmiş və
downloaded from KitabYurdu.org
254
gələcək dərdlərinin səbəbi imiş. Bir başqası yox, məhz o,
dünyadakı ən zərif və nəcib qəlbi yaxınlığındakı səadətə
hər cür ümiddən məhrum edib. Təxmin etmək çətin idi ki,
onun aldığı qəlb yarası neçə müddətə sağalacaq.
“Qız ciddi etirazlar doğururdu!” - polkovnik demişdi.
Görünür, bu ciddi etirazlar qızın dayılarından birinin
əyalət vəkili, digərinin isə londonlu tacir olmasından
ibarət imiş.
— Ceynin özünə qarşı heç kəs nəsə bir etiraz
bildirməyə cəsarət etməzdi! — Elizabet səsləndi. — Onda
bu qədər gözəllik və füsunkarlıq var! O bu qədər ağıllıdır
və özünü təmkinli saxlamağı çox yaxşı bacarır! Atamız
barədə də heç nə demək olmazdı. Onun bütün qəribəliyi
ilə yanaşı, hətta mister Darsi də onun sağlam düşüncəsini,
yüksək dürüstlüyünü inkar edə bilmirdi. Darsinin özü,
yəqin ki, heç vaxt belə dürüst ola bilməyəcək!
Anası barədə xatırlayan Elizabet özünü daha az əmin
hiss etdi. Ancaq o, yenə də missis Bennetin qüsurlarının
Darsiyə
ciddi toxunduğuna dair fikri özünə yaxın buraxmadı.
Darsinin qüruru, görünür, dostunun uyğun olmayan
çevrədən olan insanlarla qohumluğundan daha bərk
iztirab çəkərmiş, nəinki dar düşüncəli insanlarla. O,
yavaş-yavaş özünü inandırdı ki, Darsinin bu hərəkəti onun
ifrat yekəxanalığmdan və bacısını Binqliyə ərə vermək
arzusundan doğub.
Elizabetin keçirdiyi qəlb sarsıntısı göz yaşlarına və
baş ağrısına səbəb oldu. Axşama doğru ağrı daha da
downloaded from KitabYurdu.org
255
şiddətləndi. Bu durum, eləcə də Darsi ilə görüşmək
istəməməsi onu Kollinzlərin çay içməyə dəvət
olunduqları Rozinqs ziyarətindən imtinaya məcbur etdi.
Rəfiqəsinin doğrudan da naxoş olduğunu görən missis
Kollinz israr etmədi və imkanı yetdiyi qədər onu ərinin
zəhlətökən sorğu-suallarından qorudu. Lakin mister
Kollinz deyinməkdən çəkinmədi ki, Elizabetin yoxluğu
ledi Ketrində narazılıq doğura bilər.
XI
FƏSİL
Onlar getdikdən sonra Elizabet sanki özünü mister
Darsiyə qarşı daha da qızışdırmaq istəyərək, Ceyndən
Kentdə aldığı məktubu yenidən oxudu. Məktubda birbaşa
şikayət yox idi. Bacısı yaxın keçmişin hadisələrini
xatırlamırdı və özünün indiki yaşantıları barədə heç nə Dostları ilə paylaş: |