bütün sağlam düşüncəsini səfərbər etməsi və özünün
sağlamlığına, yaxınlarının isə rahatlığına ziyan olan
acıma hissi doğurmamaqdan ötrü onların duyğulanna hər
cür zəruri diqqət yetirməsi lazım gəlirdi.
— Lizzi, indi sən Ceynin başına gələn qüssəli hekayət
üçün nə deyirsən? — bir dəfə missis Binnet soruşdu. —
Mənə qalsa, qəti qərara gəlmişəm ki, bir daha heç vaxt bu
barədə danışmayım. Bu günlərdə missis Filipsə də dedim.
Hələ də başa düşmürəm ki, Ceyn Londonda onunla
downloaded from KitabYurdu.org
308
görüşüb, ya yox? O, necə dəyərsiz adam imiş! Məncə,
Ceynin daha ona ümid etməsinə lüzum yoxdur. Onun bu
yay Nezerfildə qayıtması barədə hətta danışmırlar da. Bu
barədə məlumatı ola biləcək hər bir şəxsdən soruşmuşam.
— Düşünmürəm ki, o, ümumiyyətlə, Nezerfilddə
görünəcək.
— Lap yaxşı! Ona belə lazımdır. Çətin ki, o, burada
kiməsə gərəkdir. Hərçənd mən həmişə danışacağam ki, o,
qızıma qarşı necə alçaqcasma davrandı. Ceynin yerində
mən olsaydım, belə məyusluğa tab gətirə bilməzdim.
Özümə bu fikirlə təsəlli verirəm ki, Ceyn xiffətdən ölsə,
hər halda mister Binqli törətdiyi əməldən peşman olacaq.
Elizabet bu cür ehtimalla təsəlli tapmağa qadir
olmadığını hiss edərək susdu.
— Yaxşı, Lizzi, — qısa pauzadan sonra missis Bennet
davam etdi, — səncə, Kollinzlər doğrudan yaxşı
yaşayırlar? İstərdim ki, bu daha da uzunmüddətli olsun!
Bəs masaları necədir? Düşünürəm ki, Şarlottadan yaxşı ev
sahibəsi çıxıb. Əgər o, anasının yansı qədər zirək olsa,
onlar hətta qara gün üçün pul da yığa bilərlər. Onlar axı
təsərrüfata o qədər də çox pul xərcləmirlər.
—
Hə, əlbəttə, elədir.
— Bu, ev saxlamaq üçün çox vacibdir. Bəli, bəli. O ki
qazancla yaşamağa çalışır. Onlan ehtiyac təhdid etməsə
də, Allah köməkləri olsun. Təsəvvür edirəm, onlar necə
tez-tez xatırlayırlar ki, mister Bennetin ölümündən sonra
Lonqborn onların əmlakı olacaq. Yəqin ki, ona artıq
indidən özlərinə aidmiş kimi baxırlar.
downloaded from KitabYurdu.org
309
— Mənim yanımda onlar bu sayaq mövzulara toxuna
bilmirdilər.
— Bəs necə! Onlar bunu özlərinə rəva görsəydilər, çox
qəribə olardı. Ancaq şübhə etmirəm ki, onlar öz aralarında
bunu hey müzakirə edirlər. Ancaq nə olsun, əgər
başqasının malikanəsini qəsb etmək onlar üçün heç
nədirsə, daha pis. Mən nəyisə kişi xətti ilə miras almağa
utanardım!
XVIII FƏSİL
Ceyn və Elizabetin qayıdışından sonrakı birinci həftə tez
ötüb keçdi. İkinci başladı. Bu, alayın Meritonda qaldığı
sonuncu həftə idi və bütün rayonun xanımları çox kefsiz
ovqatda idi. Qanqaraçılıq, demək olar, ümumi şəkildəydi.
Yalnız iki böyük miss Bennetlər hələ də yeyib-içə, yata,
öz adi həyatlarını yaşaya bilirdilər. Belə hissiyyatsızlığı
hədsiz dərəcədə bədbəxt Kitti və Lidiya tez-tez qınayırdı.
Onlar heç cür öz ailələrinin hər hansı üzvünün bu cür
biganəliyinə yol verə bilmirdilər.
— İlahi, biz necə olacağıq! Nə edəcəyik? — onlar
addımbaşı yaşadıqları çarəsizlik tüğyanında səslənirdilər.
— Sən isə, Lizzi, hələ bir gülə də bilirsən?
Vəfalı ana qızlarının çarəsizliyini bölüşür, özünün
iyirmi beş il əvvəl bənzər durumdakı yaşantılarını
xatırlayırdı.
— And içə bilərəm ki, polkovnik Millerin alayı bizi
tərk etdiyi vaxt iki gün dayanmadan ağlamışdım. O zaman
mən əmin idim ki, ürəyim ömürlük yaralanıb.
— Söz verirəm ki, mənim ürəyim gerçəkdən də
downloaded from KitabYurdu.org
310
parçalanacaq! — Lidiya dedi.
—
Keşkə bircə Braytona köçmək mümkün olsaydı!
— missis Bennet qeyd etdi.
— Bəli, əgər təkcə Braytona yetişsək! Ancaq atamla
razılığa gəlmək mümkündürmü ki!
—
Dənizdə çimmək məni ayağa qaldırardı.
— Filips xala əmin edir ki, onlar, sadəcə olaraq, mənə
gərəklidirlər, — Kitti söhbətə qarışdı.
— Bu sayaq mükalimələr Bennetlərin evində tez-tez
təkrarlanırdı. Elizabet onlara yumorla yanaşmaq istəyirdi.
Ancaq bütün bu gülməli şeylər onun üçün doğmalarına
görə çəkdiyi xəcalət hissi ilə zəhərə dönürdü. O, mister
Darsinin qınaqlarının ədalətliliyinə təkrar-təkrar əmin
olurdu. Onun dostunun şəxsi işlərinə qarışması Elizabetə
heç vaxt bu qədər haqlı görünməmişdi.
Ancaq polkovnik Forsterin arvadından onu Braytona
müşayiət etmək təklifi alanda Lidiyanın təlx ovqatı bir
andaca duruldu. Onun qiymətli rəfiqəsi hələ çox gənc
qadın idi və
yalnız bu yaxınlarda ərə getmişdi. Hər ikisinin vecsizliyi
və xasiyyətlərinin yüngüllüyü onlarda bir-birinə rəğbət
yaratmışdı və üç aylıq tanışlıqdan sonra onlar ayrılmaz
rəfiqəyə çevrilmişdilər.
Bu münasibətlə Lidiyanın şadyanalığı, missis Forsterə
yanaşmasındakı heyranlıq Bennetin riqqəti və Kittinin
əlacsızlığı çətin ki, təsvir edilə bilər. Bacısının
duyğularına heç bir fikir verməyən Lidiya arasıkəsilməz
şəkildə evdə vəcdə gəlmiş kimi dolaşır, hər kəsdən təbrik
downloaded from KitabYurdu.org
311
qəbul edir, əvvəllər heç vaxt olmadığı qədər çox qəhqəhə
çəkir və çərənləyirdi.
HəminvaxtuğursuzKittiqonaqotağındaanlaşılmazbirz
əhlət ökənliklə bəxtindən gileylənirdi.
— Heç cür başa düşmürəm ki, nəyə görə missis
Forster eyni uğurla məni də dəvət etmədi? — Kitti
donquldanırdı.
— Düzdür, biz onunla o qədər də yaxın deyilik. Ancaq
mənim dəvət almaq haqqım Lidiyanmkmdan az deyil.
Hətta çoxdur! Mən ondan iki yaş böyüyəm!
Elizabet əbəs yerə onu inandırmağa, Ceyn isə
sakitləşdirməyə cəhd göstərirdi. Elizabet özü bu dəvətə
heç də
missis Bennet və Lidiya kimi yanaşmırdı. O qorxurdu ki,
bu səfərin nəticəsində Lidiya sağlam düşüncəsinin
axırıncı qismindən məhrum ola bilər. Evdəkilərin xəbər
tutacağı halda bu addım ona nə qədər baha başa gələrdisə
də, Elizabet gizli şəkildə mister Bennetə Lidiyanı
Braytona buraxmamağı tövsiyə etdi. O, atasına Lidiyanın
ağılsız davranışının bütün olaylarını xatırlatdı, onun
diqqətini qızının missis Forster kimi bir xanımla
dostluğundan əldə edə biləcəyi şübhəli faydaya yönəltdi.
Elizabetə elə gəlirdi ki, Braytonda yoldan çıxma imkanlan
evdəkindən xeyli çox olduğu bir mühitdə Lidiya bu sayaq
kampaniyada olaraq daha yüngülməcaz hərəkətlərə yol
verə bilər. Mister Bennet onu diqqətlə dinləyərək cavab
verdi:
— Lidiya özünü haradasa, bir adam içində
downloaded from KitabYurdu.org
312
göstərməyincə, heç cür yorulub-usanan deyil. Çətin ki,
onun əlinə bunu ailəmiz üçün daha az narahatlıqla həyata
keçirmək imkanı bir dəfə də düşsün.
— Əgər bilsəydiniz ki, — Elizabet dedi, — Lidiyanın
hər kəsin nəzərinə çarpan ehtiyatsız və ədəbsiz davranışı
ailəmizə
necə zərbə vura bilər! Artıq dəymiş zərərdən də ötə! O
zaman siz, əminəm ki, başqa cür mühakimə yürüdərdiniz.
— Artıq dəymiş zərər? — mister Bennet təkrarlayaraq
soruşdu.
—
Yaxşı,
onun
davranışı
sənin
pərəstişkarlanndan kimisə səndən ürküdüb? Yazıq Lizzi!
Ancaq sən ruhdan düşməməlisən. Sənin doğmalarının
axmaqlıqlarının yüngül əlamətini ötürə bilməyən elə
vasvası gənclərdən ötrü təəssüflənməyə dəyməz. Hə,
danış görək, Lidiyanın yüngülməcazlığı hansı yazıq
insancığazları səndən uzaqlaşdırıb.
— Siz yanılırsınız. Mən bu cür məyusluqlara görə
şikayətlənəsi deyiləm. Mən hər hansı bir ayrıca hadisəni
nəzərdə tutmuram, onun maneralarının bizə vurduğu
ümumi
zərərdən
danışıram. Bizim cəmiyyətdəki
reputasiyamız, tanışlarımızın bizə ehtiramı onun
xasiyyətindən irəli gələn sərsəmliyi və ifrat təmkinsizliyi
ilə dağılıb gedir. Bağışlayın, mən öz qənaətimi sona qədər
deməliyəm. Əgər siz, əziz ata, onun ramolunmaz təbiətini
cilovlamaq zəhmətini öz üzərinizə götürməsəniz və
Lidiyaya, bugünkü səylərinin onun həyat məsələsi
olmadığını izah etməsəniz, o zaman tezliklə onun
tərbiyəsi ilə məşğul olmaq artıq gec olacaq. Onun
downloaded from KitabYurdu.org
313
xasiyyəti tamam formalaşacaq və on altı yaşma çatanda o
artıq yüngül nazəninə çevrilərək bizim hamımızın
rüsvayçılığına səbəb olacaq. Özü də ən betərinə, ən aşağı
ədəbdə olanına, əlində gənclikdən və müəyyən zahiri
cazibədarlıqdan başqa heç bir məziyyəti olmayan
nazəninə çevriləcək. Cahilliyi və puçluğu onu uğur
dalınca düşməsinə görə yaranan ümumi ikrah qarşısında
tamamilə köməksiz edəcək. Eyni təhlükəyə Lidiyanın
ardınca gedən Kitti — səfeh, qürrəli, bekar və tamamilə
qudurğan qızcığaz da məruz qalacaq. Ata, əzizim, siz
doğrudanmı güman edirsiniz ki, onlar bütün
tanışlarımızın mühakiməsinə və ikrahına səbəb olaraq öz
bacılarının reputasiyasına kölgə salmırlar?
Mister Bennet hiss etdi ki, Elizabet bu sözlərə bütün
qəlbini qoyub. O, mehribancasına qızın əlindən tutdu və
dedi:
— Sən əbəs yerə həyəcanlanırsan, qızım. Səni və
Ceyni tanıyanların hamısı sizə kifayət qədər hörmət edir
və qiymətləndirirlər. Bu rəy sizin iki, hətta mən deyə
bilərəm ki, üç nadir təsadüf olunan səfeh bacınızın
olmasından sarsıla bilməz.
Əgər Lidiya Braytona getməsə, Lonqbornda dinclik
olmayacaq. Qoy o, ora getsin. Polkovnik Forster ağıllı
adamdır. O yol verməz ki, Lidiya gerçək xoşagəlməzliyə
düşsün. Xoşbəxtlikdən o, cehiz ovçularını özünə cəlb
etməməsi üçün kifayət qədər kasıbdır. Orada onun
macəraya uyması da burdakına nisbətən çətin olacaq,
çünki zabitlər Braytonda daha diqqətəlayiq qızlar
downloaded from KitabYurdu.org
314
tapacaqlar. Ümid
edək ki,
bu səfər onu öz
əhəmiyyətsizliyini anlamağa vadar edəcək. Hər halda,
onun davranışı bunsuz nəzərəçarpacaq dərəcədə korlana
bilməz ki, biz onu ömrünün sonuna qədər bağlı qıfıl
altında saxlamaq haqqına sahib olaq.
Elizabet bu cavabla kifayətlənəsi oldu. Ancaq öz rəyi
dəyişməz qaldığı üçün atasından məyus və qüssəli şəkildə
aynidı. Fəqət, pərtliyini gizlətmək və bunu ürəyinə salaraq
fikir çəkmək xasiyyətində yox idi. Başa düşürdü ki,
borcunu yerinə yetirib, gözlənilən bədbəxtlik üçün
əvvəlcədən kədərlənmək, üstəlik, bunu öz əndişəsi ilə
gücləndirmək ona xas deyildi.
Lidiya və anası onun atası ilə nə danışdığını
bilsəydilər, çətin ki, narazılıqlarından çıxış yolu
tapardılar. Brayton səfəri Lidiyaya dünyəvi səadətin
zirvəsi kimi görünürdü. Alovlu
təxəyyülü kurort şəhərciyinin ona hələlik tanış olmayan
zabitlərlə dolu küçələrini təsəvvür edir, özünü onlarla
gəncin pərəstiş predmeti kimi görürdü. Onun xəyali
görüşü önündə öz parlaqlığı ilə hərbi düşərgə canlanırdı -
eyni cür çadırların düzgün cərgəsi və onların arasında
qırmızı mundirdəki modabaz yaraşıqlı şən gənclərin
bölükləri. Üstəlik, Lidiya təsəvvür edirdi ki, bu
çadırlardan birində oturacaq və ən azı altı zabitlə eyni
zamanda kor-koranə nazqəmzə macərası yaşayacaq.
O bilsəydi ki, bacısı artıq onu bu qədər yaxın və belə
cəzbedici aləmdən qoparmağa çalışır, nə hiss edərdi. Bu
duyğuları təkcə bir zamanlar təxminən eyni yaşantıları
downloaded from KitabYurdu.org
315
keçirmiş missis Bennet anlamağa qadir idi. Yalnız
Lidiyanm səfəri sayəsində o, ərinin bütün ailəni Braytona
buraxmamasma dair qara qətiyyəti ilə banşa bildi. Ancaq
baş vermiş söhbətdən tamamilə xəbərsiz olduqları üçün
onların ikisi də Lidiyanm Lonqbornu tərk etməli olduğu
günə qədər, demək olar, fasiləsiz olaraq vəcdə gəlirdilər.
Elizabet Uikhemlə sonuncu dəfə görüşməli olacaqdı.
Bu görüş artıq onu heç bir şəkildə ciddi
həyəcanlandırmırdı, çünki qayıtdığı vaxtdan bəri dəfələrlə
görüşmüşdülər. Onların əvvəlki yaxınlığı yoxa çıxmışdı.
O, hətta Uikhemin əvvəllər onu ovsunlayan həlimliyində
zəhlətökən və qıcıq doğuran yeknəsəq tədbirlik görürdü.
Bundan başqa, o, Uikhemin ona yanaşmasında narazılıq
üçün yeni səbəblər tapırdı. Doğrudan da o, yenidən qıza,
tanışlıqlarının əvvəlində müşahidə olunduğu kimi
diqqətcilliklə yanaşırdı və bu, bütün olub- bitənlərdən
sonra yalnız Elizabeti təhqir edə bilərdi. O, Uikhemdə boş
şorgözlük əlamətlərini sezincə, ona olan sonuncu
hörmətini də itirdi. Onun lütfkarlıqlarmı qətiyyətlə rədd
edən Elizabet onlarda öz əvvəlki davranışına dair qınaqlar
görürdü. Yalnız Uikhem öncəki münasibəti xatırlayaraq
hesab edə bilərdi ki, qıza yenidən ilk diqqət işarəsi verən
kimi Elizabet şərəf duyacaq və onun hansı səbəbdən və
hansı müddətə ona pərəstiş etməyi dayandırmasından asılı
olmayaraq, qarşılıq göstərəcək.
Alayın Meritonda olduğu ən sonuncu gün Uikhem
Lonqbornda başqa zabitlərlə birlikdə nahar edirdi.
Elizabet
onunla
dostcasına
ayrılmaq
istəməyə
downloaded from KitabYurdu.org
316
çalışmayaraq, Hansforddakı həyatının necə keçdiyinə dair
suallarına cavab verərkən ona polkovnik Fitsuilyamın və
mister Darsinin üç həftəlik Rozinqsə gəlişindən danışdı və
soruşdu ki, o, polkovniki tanıyırım.
Uikhem ona qayğılı, pərt, ehtiyatlı göründü. Fəqət
qısa müddətli qarışıqlıqdan sonra gülümsəyərək cavab
verdi ki, nə vaxtsa bu adamla tez-tez görüşüb. Onu əsl
centlmen kimi səciyyələndirdikdən sonra soruşdu ki,
polkovnik Elizabetə necə təsir bağışlayıb. Qız onun
barəsində hərarətlə danışdı. Uikhem tezliklə guya ki,
sözarası maraqlandı:
—
Siz dediniz ki, o, Rozinqsdə nə qədər vaxt keçirib?
—
Üç həftəyə yaxm.
—
Siz onunla tez-tez görüşürdünüz?
—
Bəli, demək olar, hər gün.
— Onun maneraları xalası oğlunun maneralarından
çox fərqlənir.
— Bəli, çox. Ancaq mister Darsini yaxından
tanıdıqdan sonra onun barəsində daha yaxşı fikirləşməyə
başladım.
— Demək, belə? — Uikhem qıza, onun diqqətindən
yayınmayan iti nəzər yetirərək dedi: — Bəs mən soruşa
bilərəmmi... — Ancaq o, sonradan ağlına gələn fikirlə
sözünü etinasız tərzdə davam etdirdi: — O, insanlarla
nəzakətlə danışmağa başlayıbmı? Yoxsa öz maneralarına
müəyyən ünsiyyətcillik verəcək qədər sadələşib? — O,
daha aşağı və artıq daha ciddi səslə bildirdi. — Çünki mən
çox az ümid edirəm ki, o, mahiyyətcə yaxşılığa doğru
downloaded from KitabYurdu.org
317
dəyişib.
—
Yox, — Elizabet dedi, — mahiyyətcə olduğu kimi
qalıb.
Uikhem açıq-aşkar bilmirdi ki, bu sözlərə necə yanaşsın -
sevinsinmi, yoxsa onların mənasına güvənməsin. Qızın
sifətindəki nəsə bir ifadə onu ehtiyatlı olmağa vadar etdi.
Elizabet bildirdi:
— Tanışlığımız ərzində onun mənim rəyimdə
böyüdüyünü etiraf edərkən, mən onun maneralarında və
ya baxışlarında olan dəyişiklikləri nəzərdə tutmurdum.
Sadəcə, demək
istəyirdim ki, onu yaxından tanıyaraq, təbiətindən daha
yaxşı baş çıxardım.
Uikhemin üzünün qızarması və narahat baxışları
həyəcanlandığını büruzə verirdi. O, bir neçə dəqiqə susdu.
Nəhayət, xəcalətini dəf edərək yenidən ona tərəf döndü və
xüsusilə üstüörtülü şəkildə dilləndi:
— Mister Darsiyə olan hisslərimi bildiyiniz üçün
məhz sizə aydın olmalıdır ki, onun özünü ən azı zahirən
dürüst aparmaq üçün sağlam düşüncəsinin çatdığını
eşitmək mənə necə də xoşdur. Əksərən bu onun qüruru ilə
izah olunur. Bu onun özünə olmasa da, ən azı onunla
müəyyən işi keçən adamlara az fayda gətirmir. Bunun
sayəsində o, onlarla, bir vaxtlar mənimlə olduğu kimi pis
davranmır. Qorxuram ki, onun bir qədər əvvəl qeyd
etdiyiniz, başa düşdüyüm qədər, böyük ehtiyatlılığı belə
izah oluna bilər ki, siz mister Darsi ilə rəyinə böyük
hörmət qoyduğu xalasının evində görüşmüsünüz.
downloaded from KitabYurdu.org
318
Bildiyimə görə, o, xalasının yanında həmişə çəkingən
olur. İndi isə burada onun miss de Börlə evlənmək niyyəti
də mühüm rol oynayıb və əminəm ki, o bu evliliyi həyata
keçirmək üçün tam qətiyyətlidir.
Bu sözləri eşitdikdə Elizabet özünü gülməkdən
saxlaya bilmədi və ona yalnız başını yüngülcə
tərpətməklə cavab verdi. Aydın idi ki, o, söhbəti dəymiş
zərər mövzusuna çevirmək istəyir, ancaq Elizabet bunda
ona yoldaşlıq etməyə hazırlaşmırdı. Məclisin sonuna
qədər Uikhem adi qeyri-səmimi şadlıq göstərərək, artıq
Elizabetə üstünlük verməyə cəhd göstərmədi. Nəhayət,
onlar qarşılıqlı olaraq heç vaxt bir daha görüşməmək
arzusu ilə mehribancasına vidalaşdılar.
Qonaqlar dağılışandan sonra Lidiya missis Forsterlə
birlikdə
Meritona yollandı. Onlar sübh tezdən
şəhərcikdən getməliydilər. Lidiyanm doğmaları ilə
vidalaşması təsirli olmaqdan çox, hay-küylüydü. Yalnız
bircə Kitti bu zaman gözyaşı axıdırdı, o da həsəd və
inciklikdən doğurdu. Missis Bennet dəqiqəbaşı qızma hər
cür məmnunluq arzulayırdı, ondan şənlənmək üçün heç
bir imkanı əldən buraxmamağı tələb edirdi və belə
görünürdü ki, Lidiya onun bu məsləhətinə, sözsüz ki,
əməl edəcək. Lidiyanm sevinc dolu vida çığırtıları ona
bacılarının daha yavaşdan səsləndirdikləri yaxşı yol
arzularını eşitməsinə imkan vermədi.
Ona görə də o, yatmağa hazırlaşarkən xidmətçi
qadında Pemberlinin doğrudan da gözəl malikanə olub-
olmaması, kimə məxsus olması və bir az da həyəcanla
downloaded from KitabYurdu.org
319
onun sahibinin yayda ora gəlib-gəlməməsi barədə
soruşdu. Axırıncı suala çox arzulanan mənfi cavab alan və
həyəcanını boğan Elizabet malikanəyə ziyarəti maraqla
gözləməyə başladı. Ertəsi gün səhər Pemberliyə səfər
yenidən müzakirəyə çıxarılanda və onun bu barədə bir
daha rəyini bildirməsi lazım gələndə o, tərəddüdsüz və
tamamilə laqeyd bir görkəmdə deyə bildi ki, təklif olunan
plana xüsusi etirazı yoxdur.
Beləcə, onlar Pemberliyə getdilər.
ÜÇÜNCÜ KİTAB
I
FƏSİL
Pemberli meşəsinin görünməsini gözləyən Elizabet yola
böyük həyəcanla baxırdı. Keşikçi evini keçdikdən sonra,
nəhayət, malikanəyə döndükdə onun həyəcanı son həddə
çatdı.
downloaded from KitabYurdu.org
320
Geniş parkın ayn-ayrı hissələrində müxtəlif
mənzərələr görünürdü. Ən aşağıda isə gözəl meşə
uzanırdı.
Elizabet söhbətdə iştiraka çətinlik çəkəcək qədər
həyəcanlansa da, o, hər xoşagələn guşəyə və hər bir gözəl
mənzərəyə heyranlıqla tamaşa edirdi. Yanm mil boyunca
tədricən qalxdıqdan sonra axırda qəflətən başlanan
meşəsiz, çılpaq təpəliyə çıxdılar. Buradan dərəyə geniş
mənzərə açılırdı, onun qarşı yamacında möhtəşəm bir ev
dururdu. Bu, əzəmətli daş ev idi, meşəli təpələrin yamacı
üzərində yerləşmişdi. Dərədən axan gur sulu kiçik çay hər
hansı bir texnogen qurğularsız evin qarşısında daha geniş
axma çevrilirdi. Çayın sahili ifrat ciddi və ya həddən artıq
qulluq edilmiş kimi görünmürdü. Elizabet heyran
qalmışdı. O, heç vaxt təbiətin bu
qədər səxavət göstərdiyi və insan zövqü ilə az korlanmış
təbii gözəllik görməmişdi. Hamının heyranlığı eyni və
yekdil idi. Bu anlarda o, Pemberlinin sahibəsi olmağın
əhəmiyyətini tam dəyərləndirdi!
Onlar dərəyə endilər, körpüdən keçdilər və evə
yaxınlaşdılar. Evin divarlan önündə dayanaraq ona
baxanda yenidən qorxu hiss etdi ki, birdən evin sahibi ilə
görüşmək lazım gələr. Mehmanxanadakı xidmətçinin
səhv edə biləcəyi fikri ona rahatlıq vermirdi. Evə baxmaq
üçün icazə istədikdən sonra onlan vestibülə dəvət etdilər.
Qonaqlar evi idarə edən xanımı gözlədikləri vaxt Elizabet
tamam heyrətləndi: gör, tale onu haraya gətirib.
Evi idarə edən qadın gəlib çıxdı. Bu, yaşlı qadın idi,
downloaded from KitabYurdu.org
321
ilk təəssüratla mühakimə yürüdülərdisə, daha az
rəsmiyyətçi, daha çox mehriban görünürdü. Qonaqlar
onun ardınca yeməkxanaya - zərif səliqə-sahmanı olan
geniş otağa girdilər. Elizabet otağa göz gəzdirərək,
görünən mənzərəyə tamaşa etmək üçün pəncərəyə
yaxınlaşdı. Onlann bayaq enib gəldiyi meşəli təpə
uzaqdan daha sərt yoxuşlu görünürdü. Ətrafda hər
şey göz oxşayırdı. Elizabet zövqlə, sevə-sevə peyzaja -
ətrafında ağaclar səpələnmiş və qıvrılmış məcrası vadinin
üfüqündə gözdən itən çaya baxırdı. Onlar başqa otaqları
Dostları ilə paylaş: |