edirdi.
İndi bütün Meriton hələ üç ay əvvəl hamının az qala
mələk saydığı insanı hər vəchlə qaralamağa çalışırdı.
Məlum olmuşdu ki, o, tam olaraq bütün dükanlardan borc
alıb. Bütün rayonda şərəfsiz tovlayıcı elan edilmiş
Uikhem dillərdə dastan olmuşdu. Hamı onu dünyanın ən
pozğun adamı sayırdı və kirimədən and içirdilər ki, zahiri
cazibədarlığı heç vaxt onlan yanıltmayıb. Elizabet bütün
bu söhbətlərin yansına belə inanmasa da, danışılanlar
sübut edirdi ki, bacısının yaxşı adı üçün onun narahatlığı
nə qədər haqlı imiş. Hətta şayiələrə daha az inanan Ceyn
də məsələnin əlverişli həllinə inamını, demək olar,
itirmişdi. Üstəlik, onun inanmaq istədiyi kimi, onlar
Şotlandiyaya qaçmış olsaydılar belə, artıq nəsə bir xəbər
gəlməliydi.
Mister Qardiner Lonqbornu bazar günü tərk etdi.
Həftənin ikinci günü arvadı ondan məktub aldı. Məktubda
deyilirdi ki, o, çatan kimi yeznəsini axtarıb tapıb və onu
Qreysçerçə gəlməyə razı salıb. Bəli, onun gəlişinə qədər
downloaded from KitabYurdu.org
388
mister Bennet Epsomda və Klephemdə olub, ancaq
əhəmiyyətli heç nə öyrənə bilməyib. İndi o, qərara alıb ki,
şəhərin bütün iri mehmanxanalarından soruşsun,
tamamilə mümkün sayır ki, qaçaqlar Londona gələrkən
dərhal xüsusi evdə yerləşməyiblər. Mister Qardinerin özü
bu cür axtarışların uğurlu nəticələnəcəyinə ümid etməyib,
ancaq mister Bennet bu fikrə bütünlüklə qərq olduğundan,
ona gücü çatdığı qədər hər cür yardım göstərməyə çalışıb.
Daha sonra xəbər verirdi ki, mister Bennet hazırkı halda
qətiyyən Londonu tərk etməyə meyilli deyil. O, tezliklə
yenə yazacağını vəd edirdi. Məktubun sonunda növbəti
postskriptum vardı:
“Mən polkovnik Forsterdən xahiş etdim ki, o, imkan
daxilində
Uikhemin alaydakı dostlarından onun
Londonun
hmısı hissəsində gizləndiyini biləıı qohumları və ya
tanışları olduğunu aydınlaşdırsın. Kimisə tapmağa nail
olsaq, bu bizə sonrakı axtarışlar üçün mühüm ipucu
verəcək. Hələlik bizim əldə rəhbər tutmaq üçün heç
nəyimiz yoxdur. Əminəm ki, polkovnik Forster
xahişimizi yerinə yetirmək üçün ondan asılı olan hər şeyi
edəcək. Ancaq sonradan ağlıma gəldi ki, bəlkə Lizzi onun
qala biləcəyi qohumlarının aduıı bir başqasından daha
yaxşı bilir”.
Elizabet belə bir ehtimalın necə yarandığını asanlıqla
anlayırdı. Ancaq onun bu tipli məlumatları yox idi və
komplimentə layiq olmadığını düşünürdü. O, Uikhemin
uzun illər öncə vəfat etmiş ata və anasından başqa
downloaded from KitabYurdu.org
389
qohumlan olduğunu eşitməmişdi. Fəqət ehtimal etmək
olardı ki, onun Derbişir alayında dostlarından kimsə daha
çox bilir. O buna az inansa da, polkovnik Forsterə
müraciət nəyəsə ümid bəsləməyə imkan verirdi.
İndi bütün günlər müxtəlif narahatlıqlarla dolu
keçirdi. Ancaq ən əndişəlisi poçtun gəlişinin gözlənildiyi
dəqiqələr idi.
Məktub gəlməsi hər günün ən vacib hadisəsi olurdu. Hər
yeni gün, nəhayət, mühüm xəbərlər gətirə bilərdi.
Fəqət mister Qardinerdən gələn növbəti xəbərin
onlara çatmasından öncə mister Bennetə ünvanlanmış
tamam başqa cinsdən olan ismarış alındı. Bu, mister
Kollinzin yazdığı məktub idi. Mister Bennet onun
ünvanına gələn bütün yazışmalann açılması barədə
tapşırıq vermişdi və məktubu Ceyn oxudu. Onunla
birlikdə Elizabet də əminəvəsinin məktubunu oxuyurdu
və ona Kollinzin üslubunun xüsusiyyətləri yaxşı tanış idi.
Məktubda deyilirdi:
“Əziz ser, Sizinlə qohumluğumuzu və cəmiyyətdə
tutduğum mövqeyi nəzərə alcu'aq, baş vermiş kədərli
hadisə ilə bağlı təəssüfümü ifadə etməyi özümə borc
bildim. Biz bu barədə yalnız dünən, Hartfördşirdən
məktub aldıqdan sonra bildik. İnanın, əziz ser, missis
Kollinzlə biz tamamilə səmimi qəlbdən Sizə və Sizin
bütün möhtərəm ailənizə üz vermiş, yəqin ki, xüsusilə
dərin, səbəbinin zamanla sağalmasının mümkün olmadığı
dərdinizə görə acıyınq. Öz tərəfimdən mən Sizin bu qədər
ciddi bədbəxtliyinizi xəfiflədəcək və ya bu kimi, Sizin
downloaded from KitabYurdu.org
390
valideyn qəlbiniz üçün ağır vəziyyətlərdə təsəlli ola
biləcək dəlilləri əsirgəmirəm. Qızınızın ölümü bununla
müqayisədə daha faydalı görünə bilərdi. Daha kədərlisi,
baş vermiş hadisə barədə qüssə hazırkı halda onunla daha
da dərinləşir ki, mənim əziz Şarlottamdan öyrəndiyimə
görə, Qızınızın mənəviyyatsızlığı müəyyən dərəcədə
onun tərbiyəsində yol verilən ifrat dözümlülüklə izah
olunur. Valideynlərinin təskinliyinə rəğmən, mən yenə də
ondakı pis meyillərin anadangəlmə olduğunu güman
edirəm, bunsuz o bu qədər gənc yaşda belə ağır hərəkətə
qol qoymazdı. Fəqət oi'ada nə olsa da, Siz, dərdinizə şərik
çıxılmağa layiqsiniz. Missis Kollinzdən başqa, baş vermiş
uğursuz hadisə barədə xəbər verdiyim ledi Ketrin və miss
de Bör də dərdinizi mənimlə bölüşür. Onlar mənim
əndişəmə qoşulurlar ki, Sizin qızlarınızdan birinin yanlış
addınu onun bacılarının rifahına düzəlməz zərər yetirə
bilər. Çünki ledi Ketrinin dediyi kimi, çətin ki, indi kimsə
Sizin ailənizlə qohum olmaq istəyər. Bu məni ötən ilin
noyabrında olan bəzi hadisələr barədə xüsusi
məmnuniyyətlə düşünməyə sövq edir. Əgər o vaxt məsələ
başqa cür yön alsaydı, indi mən Sizinlə bərabər dərdinizi
və rüsvayçılığuıızı bölüşməli olardım. Əziz ser, icazə
verin Sizə mümkün olduğu qədər təsəlli arzulayım və
məsləhət görüm ki, ləyaqətsiz qızı ömürlük özünüzdən
uzaqlaşdıi'ai'aq, ona özünün qüsurlu hərəkətinin bəhrəsini
dadmaq imkanı verəsiniz.
Sizin və s. və i.”
Mister Qardiner polkovnik Forsterdən hələ cavab
downloaded from KitabYurdu.org
391
almadığı üçün heç nə yazmamışdı. Onun cavabı əlverişsiz
olmuşdu. Məlum olmuşdu ki, Uikhemin münasibət
saxladığı bir qohumu belə yoxdur, ümumiyyətlə, onun
yaxın qohumu qalmayıb. Əvvəllər çox tanışları olub,
ancaq alaya daxil olandan sonra, görünür, onlarla dostluq
əlaqələri saxlamayıb. Ona görə də Uikhem haqda yeni bir
şey deyə biləcək bir adam belə tapmaq mümkün deyildi.
Lidiyanın qohumlarından gizlənməsindən başqa, onun
başqa bir səbəbdən də gizləndiyi məlum olmuşdu. Böyük
qumar borcları, nəhayət, onun pul-para işlərini pozmuşdu.
Polkovnik
Forsterin
qənaətinə
görə,
Bratondakı
borclarının ödənməsi üçün min funtdan artıq pul tələb
olunurdu. Bu məbləğin xeyli hissəsini o, şəhərdəki
ticarətçilərə borclu idi, ancaq şərəf borcu daha böyük pay
təşkil edirdi. Mister bu təfərrüatları özünün Lonqborndakı
qohumlarından gizlətməyə çalışmırdı. Bu xəbərə dəhşət
içində qulaq asan Ceyn səsləndi:
— Qumarbaz! Bax, bunu heç cür gözləməzdim. Hətta
ağlıma belə gəlməzdi!
Mister Qardiner əlavə edirdi ki, onlar artıq ertəsi gün,
yəni şənbə günü mister Bennetin qayıdışını gözləyə
bilərlər.
Göstərdiyi
cəhdlərin
uğursuzluqla
nəticələnməsindən kefi pozulmuş mister Bennet qaynının
israrlı dilətutmaları qarşısında güzəştə gedərək evə
qayıtmağa razılaşmış, vəziyyətə uyğun olaraq lazımi
tədbirlər görməyi ona tapşırmışdı. Missis Bennet bu
barədə xəbər tutanda, ərinin həyatı üçün onun
narahatlığını bilən qızlarının gümanlarının əksinə olaraq,
downloaded from KitabYurdu.org
392
heç də gözlənilən məmnuniyyət ifadə etmədi.
— Necə! — o səsləndi. — Yazıq Lidiyanı orada
buraxıb gəlmək? O, onları tapmayınca Londonu tərk edə
bilməz! Bəs Uikhemlə kim atışacaq və onu qızla
evlənməyə vadar edəcək?
Missis Qardiner artıq uşaqları ilə birlikdə evinə
dönmək istəyirdi və ertəsi gün mister Bennetin gəlişini
gözlədiyi üçün daha gedə bilərdi. Ona görə də o,
Lonqborndan göndərilmiş ekipajdan yararlandı və
sonradan onun sahibi həmin ekipajla geriyə, Lonqborna
qayıtdı.
O, Lonqbornu Elizabetlə onun derbişirli dostunun
arasındakı tapmacanı, Lemtondan qayıtdığı vaxtdan bəri
üzərində baş sındırsa da, çözmədən tərk etdi. Elizabet heç
vaxt onun adını birinci çəkmirdi. Missis Qardinerin
gördüyü qədər, onun qızın ardınca göndərə biləcəyi bir
məktub-zad da yox idi. Onlann qayıtmasından sonra
Elizabetin adma Pemberlidən göndərilə biləcək heç nə
gəlməmişdi.
Qanqaraldıcı
ailə
vəziyyəti
Elizabetin
ruh
düşkünlüyünə tamamən haqq verirdi - bunu izah etmək
üçün hansısa başqa bir səbəb axtarmağa lüzum yox idi. Bu
arada öz hisslərini kifayət qədər müəyyən etmiş Elizabet
yaxşı başa düşürdü ki, mister Darsi ilə tanış olmasa,
Lidiyanm rüsvayçılığını daha yüngül ötüşdürə bilərdi.
Onun fikrincə, bu halda yuxusuz gecələrin sayı onun üçün
ən azı yanbayan azalardı.
Lonqborna qayıdan vaxt mister Bennet özünəməxsus
downloaded from KitabYurdu.org
393
mütəfəkkir sakitliyi ilə doluydu. O, adi vaxtlarda
olduğundan artıq və heç də Londona getməsinə səbəb
olmuş durumdan danışmırdı. Odur ki, qızlar uzun müddət
onunla bu mövzuda danışmağa qərar verə bilmədilər.
Susqunluğu, nəhayət, Elizabet pozdu, nahardan sonrakı
çay dəstgahı zamanı yasaq mövzuya toxunmağa cürət
etdi. Atasının yaşamış olduğu bütün həyəcanlara görə
qızın bildirdiyi rəğbət dolu ifadəni mister Bennet bu
sözlərlə qarşıladı:
— Bu barədə xatırlamayaq. Buna görə mən də əvəz
ödəməyim, kim ödəsin? Baş verənlərin hamısı mənim əl
işimdir və hər şeyə mən cavabdehəm.
— Siz özünüzü həddən artıq sərt mühakimə
etməməlisiniz, — Elizabet dedi.
— Sənin məsləhətin çox yerinə düşür. Öz şəxsiyyətinə
güzəştli yanaşmaq insan təbiətinə xas cəhətdir. Yox, Iizzi,
mənə ömrümdə heç olmasa bir dəfə öz günahımın
dərinliyini hiss etmək imkanı ver. Qorxma, bu məni
sındırmaz. Belə hiss sürətlə ötüb keçir.
—
Siz düşünürsünüz ki, onlar Londondadırlar?
— Əlbəttə. Onlar başqa harada bu qədər yaxşı gizlənə
bilərlər?
— Axı Lidiya həmişə Londonda olmaq istəyirdi! —
Kitti sözə qarışdı.
— Demək, o, istədiyinə çatıb, — atası quru-quru
cavab verdi. — Ola bilər, onun orada olması çox uzun
çəkəcək.
Qısa pauzadan sonra o, əlavə etdi:
downloaded from KitabYurdu.org
394
— Lizzi, mən səndən mayda etdiyin bəraət qazanmış
xəbərdarlığa görə incik deyiləm, axı vəziyyəti nəzərə
alanda bu, sağlam məntiqin xeyrinə dəlalət edir.
Söhbət missis Bennet üçün çay hazırlamağa gələn
Ceynin görünməsi ilə kəsildi.
—
Necə möhtəşəm səhnədir! — mister Bennet
səsləndi.
— O sizin ananızın dərdinə çox nəcib çalar verir.
Sabahdan mən də onun örnəyi ilə hərəkət edəcəyəm:
kitabxanada gecə başlığında və xalatda oturacağam və
sizə bacardıqca çox narahatlıq yaratmağa çalışacağam. Ya
da, ola bilər, mən Kittinin bizdən qaçmasını gözləməli
olacağam.
— Mən heç yerə qaçmağa hazırlaşmıram, — Kitti
əsəbi halda cavab verdi. — Nə vaxtsa Braytona düşsəm,
mənimlə belə bir şey baş verməyəcək.
— Sən Braytona düşəcəksən? Mən səni heç İst-Bernin
əlli funt yaxınına da buraxmaram. Yox, Kitti, nəhayət,
mən ehtiyatlı olmağı öyrəndim. Sənin də bunu hiss
etməyin lazım gələcək. Heç bir zabit mənim evimin
kandanndan içəri ayaq basa bilməyəcək, burnunu
kəndimizə soxmayacaq. Daha heç bir rəqs-filan da
olmayacaq — yalnız bacılarından biri ilə rəqs etmək
istəməsən. Sutkada heç olmasa on dəqiqə nəsə bir ağıllı
işlə məşğul olmağa qadir olduğunu sübut etməyənə qədər
sənə evdən çıxmaq imkanı verməyəcəyəm.
Kitti bu sözləri ciddi qəbul edərək acı-acı hönkürüb
ağladı.
downloaded from KitabYurdu.org
395
— Belə də olmalıdır, — mister Bennet dedi, — məyus
olmaya bilərsən. On il ərzində yaxşı qız olsan, bu
müddətin axınna yaxın səni mütləq hansısa qızgördüyə
çıxaracağam.
VII
FƏSİL
Mister Bennetin qayıtmasından iki gün sonra Ceyn və
Elizabet evin arxasındakı kolluqların arasında gəzərkən
yaxınlaşan ev xadiməsini gördülər. Onun onları missis
Bennetin yanma çağırmaq üçün arxalarınca gəldiyini
düşünən qızlar qadının qarşısına getdilər. Ancaq anasının
hansısa bir tapşırığını çatdırmaq yerinə o, üzünü Ceynə
tutaraq dedi:
— Üzr istəyirəm, xanım, söhbətinə mane oldum.
Düşündüm ki, bəlkə Londondan yaxşı xəbərlər gəlib və
öyrənmək istədim ki, onlar nədən ibarətdir.
— Siz nəyi nəzərdə tutursunuz, Hili? Londondan heç
bir məktub gəlməyib.
— Necə gəlməyib, xanım, — missis Hili böyük
heyrətlə səsləndi, — siz bilmirsiniz ki, mister
Qardinerdən sahibə çapar gəldi? Onun mister Bennetə
zərf verməsindən azı yanm saat keçib.
Yeniliklərdən tezliklə xəbər tutmaq üçün bacılar artıq
bir söz demədən evə cumdular. Zaldan qaçaraq keçən
qızlar əvvəlcə yemək otağına, sonra kitabxanaya baxdılar
və atalarını orada tapmayaraq, artıq onu yuxarıda,
analarının otağında axtarmağa hazırlaşırdılar ki,
qarşılarına çıxan eşikağası dedi:
— Xanımlar,
sahibi
axtarırsınızsa,
ağaclığın
downloaded from KitabYurdu.org
396
yaxınlığında ona çatmağa cəhd edin — o, indicə o səmtə
getdi.
— Bu göstərişdən yararlanan qızlar yenidən zaldan
ötərək, malikanənin kənanndakı ağaclığa doğru qəti
addımlarla irəliləyən atalarma çatmaq üçün birbaşa
çəmənliyin üstü ilə qaçıb keçdilər.
Daha dolu bədənli və qaçmağa daha az alışqan böyük
bacı tezliklə geri qaldı, kiçik bacı isə təngnəfəs halda
atasına çataraq səbirsizliklə onu sual yağışına tutdu:
— Ah, ata, nə olub orda? Xəbər var? Qardiner dayıdan
nəsə gəlib?
— Bəli, o, çaparla məktub göndərib.
— O, nə yazır? Yaxşı, ya pis?
— Məgər biz yaxşı xəbər gözləyə bilərik? — atası
məktubu cibindən çıxararaq dedi. — Yeri gəlmişkən, ola
bilər, onu oxumaq sənə maraqlı olacaq.
Ceynin
onlara
yetişdiyi
məqamda
Elizabet
səbirsizliklə məktubu aldı.
— Bərkdən oxu, — mister Bennet xahiş etdi, — mən
özüm ondan çətinliklə baş açdım.
“Qreysçerç-strit, bazar ertəsi, 2 avqust.
Əziz qardaşım!
Nəhayət, bacım qızı barədə Sizi bir qədər
sakitləşdirəcək müəyyən məlumatlar verə bilərəm. Şənbə
günü Sizin gedişinizdən tezliklə sonra mənə onların
Londonun
hansı
hissəsində
gizləndiklərini
aydınlaşdırmaq müyəssər oldu. Təfərrüat barədə
görüşdüyümüz zaman Sizə danışaram. Bilməyiniz
downloaded from KitabYurdu.org
397
kifayətdir ki, onlar aşkar edilib və mən hər ikisini
görmüşəm...”
— Bax, gördünüz, indi biz əmin olduq ki, hər şey
mənim güman etdiyim kimi alınıb, — Ceyn onun sözünü
kəsdi, — onlar evləniblər!
Elizabet məktubu oxumağa davam etdi:
“Mən hər ikisini gördüm. Onlar evlənməyiblər və mən
toya heç bir hazırlıq görmədim. Fəqət mənim Sizin
adınızda irəli sürməyə cəsarət etdiyim təkliflərlə
razılaşsanız, ümidvaram ki, toy kifayət qədər tez olacaq.
Sizdən tələb olunan valideynlərinin ölümündən sonra
övladlarınıza qalan beş min funtdan ona çatan
beşdəbirpayı yazılı şəkildə təsdiq etmək, həmçinin sağ
olduğunuz müddətdə ona hər ay yüz funt ödəməkdir.
Bütün bu baş verənlərdən sonra mən Sizin etibarlı
təmsilçiniz olmaq imtiyazından istifadə edərək, bu
şərtlərlə tərəddüdsüz razılaşdım. Bu məktubu çaparla
göndərirəm, çünki Sizin cavab mümkün qədər tez
alınmalıdır. Yuxarıda deyilənlər Sizə anlamağa kömək
edəcək ki, mister Uikhemin vəziyyəti, bir çoxlarına
göründüyü kimi, heç də o qədər ümidsiz deyil. Bu mənada
biz hamımız yanlışlığa yuvarlanmışıq və mən xəbər
verməyə şadam ki, hətta bütün borclarını ödəyəndən sonra
onun əlində müəyyən məbləğdə pul qalıb və o bu pulu
bacını qızının öz vəsaitlərinə əlavə olai'aq onun adma
keçirə bilər. Ümid etdiyim kimi, əgər
mənim hər bir işdə Sizin adınızdan hərəkət etmək
səlahiyyətimi təsdiq etsəniz, mən ləngimədən Haqerstona
downloaded from KitabYurdu.org
398
tapşıraram ki, o, müvafiq saziş hazırlasın. Sizin yenidən
Londona gəlməyinizə ehtiyac yoxdur, ona görə də mənim
səylərimə
və
qayğıma güvənərək sakit şəkildə
Lonqbornda qaluı. Mümkün olduğu qədər tez cavab
göndərin və lütfən, kifayət qədər ayduı ifa edin. Biz
bui'ada qərara almışıq - və mən Sizin bəyənmənizə ümid
edirəm - bacını qızı kilsəyə mənim evinidən yollanacaq.
O bizə bu gün köçəcək. Müəyyən təfərrüatlar dəqiqləşən
kimi Sizə bir daha məktub yazacağam.
Sizin və s. və i. Edv. Qardiner”.
— Bu, ola bilərmi? — Elizabet məktubu qatlayaraq
dedi.
— Doğrudanmı o onunla evlənəcək?
— Demək, Uikhem heç də bizim təsəvvür etdiyimiz
qədər yaramaz biri deyil! — Ceyn səsləndi. — Ata,
əzizim, Sizi təbrik edirəm!
— Siz artıq məktuba cavab yollamısınız? — Elizabet
soruşdu.
— Hələ yox. Ancaq bunu tezliklə etmək lazım
gələcək.
Elizabet atasını hərarətlə dilə tutmağa başladı ki, bu
işi bir dəqiqə belə təxirə salmasın.
— Ata, lütfən, — o yalvardı, — geri qayıdın və dayıya
dərhal cavab yazm. Yalnız onu düşünün ki, belə hallarda
azacıq gecikmək necə təhlükəlidir!
—
Əgər bunu etmək sizə xoş deyilsə, — Ceyn təklif
etdi,
— bəlkə sizin adınızdan məktubu mən yazım?
downloaded from KitabYurdu.org
399
— Əlbəttə, xoş deyil, — o cavab verdi. — Ancaq
təəssüf ki, məktub yazılmalıdır.
Bu sözlərdən sonra onlar geriyə, evə qayıtdılar.
— Mən bir söz soruşmaq istərdim, — Elizabet dedi.
— Siz təklif olunan şərtləri qəbul edəcəksiniz?
— Şərtləri qəbul edəcəyəmmi? Mən, sadəcə, onun
yerinə utanıram ki, Lidiyadan ötrü bu qədər az şey tələb
edir.
— Və Lidiya, onun arvadı olmalıdır! Hətta o halda ki,
o, belə insandır.
— Bəli, bəli, onun arvadı olmalıdır. İndi artıq heç nə
etmək olmaz. Ancaq mən iki şeyi anlamaq istərdim.
Birincisi, sizin
dayınız ona nə qədər pul vəd edib, ikincisi, mən ona o pulu
hansı şəkildə qaytara biləcəyəm?
— Pul? — Ceyn səsləndi. — Dayıma? Siz nəyi
nəzərdə tutursunuz?
— Elə olmasa, ağlı başında olan heç bir adam
sağlığımda ildə yüz, mən öləndən sonra isə 50 funt puldan
ötrü Lidiya ilə evlənməzdi.
— Doğrudan da, — Elizabet dedi, — Bu mənim
ağlıma əvvəl gəlməyib. Borclar ödəniləcək, hələ bir nəsə
qalacaq da! Burada dayı olmadan, əlbəttə, iş keçməzdi.
Bizim dayımız necə də yaxşı və səxavətlidir! Ancaq kaş
ki, bu onu müflis etməsin. Kiçik məbləğ burada kömək
etməzdi.
— Heç vəchlə, — mister Bennet razılaşdı. — Uikhem
onunla on mindən az pula görə evlənsə, axmaq olardı.
downloaded from KitabYurdu.org
400
Onunla qohum olandan dərhal sonra mən onun haqqında
belə pis düşünmək istəməzdim.
— On min? İlahi! Sizcə, biz bu cür məbləğin hətta
yarısını belə qaytara bilərikmi?
Mister Bennet heç bir cavab vermədi və onlann hər
biri öz düşüncələrinə dalaraq, evə yaxınlaşana qədər heç
nə demədilər. Ata məktub yazmaq üçün birbaşa
kitabxanaya getdi, qızlar isə səhər yeməyi otağına
yönəldilər.
— Doğrudanmı onlar gerçəkdən evlənəcəklər? —
Elizabet səsləndi. — Sadəcə, inanılmazdır! Və biz buna
hələ sevinməliyik! Ailə səadətinə azacıq ümid belə
olmadan və onun gələcək ərinin bütün qüsurlarına
baxmayaraq evlənəcəklər
— indi onun xilası bundadır! Ah, Lidiya, Lidiya!
— Mən özümə onunla təsəlli verirəm ki, əgər o, qıza
qarşı gerçək hisslər bəsləməsəydi, Lidiya ilə evlənməzdi,
— Ceyn dedi.
— Bizim xeyirxah dayımız ona nəsə kömək etsə də, mən
inanmıram ki, söhbət on mindən, yaxud hətta ona yaxın
bir məbləğdən gedə bilər. Qardinerlərin uşaqları var və ola
bilər, hələ olacaq da. Məgər dayım onlardan bu cür
məbləğin hətta yansını qoparmaqda haqlıdır?
—
Əgər biz onun borclarını bilsəydik, — Elizabet
dedi,
— bir də nikah müqaviləsinə uyğun olaraq bacımın adma
nə qədər pul qoyduğunu aydınlaşdırsaydıq, biz dayımın
ona nə
downloaded from KitabYurdu.org
401
qədər pul söz verdiyini dəqiq müəyyən edərdik. Uikhemin Dostları ilə paylaş: |