742.Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
A) Briliant yaşılında
B) Süleymani məhlulunda
C) 70°-li etil spirtində
D) Yodonatda
E) Pervomurda
Ketqut və ipək tikiş sapları sterilizasiyadan sonra xüsusi şüşələrdə 70°-li etil spirtində saxlanılır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
743.Dezinfeksiya nədir?
A) Yarad olan mikrobların məhvi
B) Bütün mikrobların,virusların,məhvi
C) Patogen mikrobların zərərsizləşdirilərək məhv edilməsi
D) Mikrobların yaraya düşməsinin qarşısının alınması
E) Bütün mikrobların hətta spor əmələ gətirənlərin məhvi
Dezinfeksiya infeksiyanın yayılmasının qarşısının almaq üçün dezinfeksiyaedici maddələrin köməyi ilə patogen mikrobların zərərsizləşdirilməsinə və məhv edilməsinə deyilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182
Dostları ilə paylaş: |