837. Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?
A) Boşluğa borunun yeridilməsi
B) Sidik kanalına borunun yeridilməsi
C) Sidik kisəsinə borunun yeridilməsi
D) Sidik kanalı ilə sidik kisəsinə borunun yeridilməsi
E) Sistostomaya borunun yeridilməsi
Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin kateterizasiyasıdır. Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
Dostları ilə paylaş: |