874. Göz daxili təzyiqin artması hansı xəstəlik zamanı müşahidə olunur?
A) Katarakta
B) Blefarit
C) Konyuktivit
D) Qlaukoma
E) Traxoma
Göz daxili təzyiqin daim artması gözdə (torlu qişa və görmə siniri diskində)atrofik dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.
Ədəbiyyat И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 151 875.Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
A) Qonioskopiya
B) Oftalmoskopiya
C) Tonometriya
D) Kampimetriya
E) Perimetriya
Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 35-36