889.Görmə itiliyi aşağıdakılardan hansının köməyi ilə müayinə olunur?
A) Perimetr
B) Y.B.Rabkinin cədvəli
C) S.S.Qolovinin cədvəli
D) Refraktometr
E) Tonometr
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur. Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19 890.Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?
A) Görmə itiliyi
B) İşıq duyumu
C) Rəng duyumu
D) Görmə sahəsi
E) Gözün refraksiyası
Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu olan insanlardan fərqli olaraq müxtəlif fiqurlar görürlər.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 22 891. Gözün dəlib keçən yaralanmalarında parenteral olaraq xəstəyə hansı preparatın yeridilməsi vacibdir?
A) 25%-li maqnium-sitrat
B) 40%-li qlükoza
C) Geniş spektrə malik antibiotik
D) 1%-li nikotin turşusu
E) 0,1%-li adrenalin
Dəlib keçən yaralanmalar zamanı ilkin tibbi yardım məqsədi ilə əzələ daxilinə geniş spekterinə malik antibiotiklərdən bir dəfəlik dozası yeridilir.Sonra isə xəstənin gözünə sarğı qoyularaq xəstəxanaya çatdırılır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189