922. Əsgərin fərdi əczaxanasına aşağıdakı hansı preparat daxil deyil?
A) Atropin
B) Sulfadimekotsin
C) Sistamin
D) Promеdol
E) Etapirazin
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir.
Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94 923.İlk tibbi yardım harada göstərilir?
A) Hərbi hissədə
B) Tibb məntəqəsində
C) Xəstəxanada
D) Zədələnmə ocağında
E) Çeşidləmə meydançasında
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım öz – özünə və digərinə olmaqla qarşılıqlı şəkildə yerinə yetirilir.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76