979. Üçlü sinirin nevralgiyası zamanı ağrı tutması nə qədər davam edir?
A) 1 saat
B) Saniyə-dəqiqə
C) 2 saat
D) 3 saat
E)24 saat
Üçlü sinirin periferik hissəsinin zədələnməsi qıcıqlanma əlamətləri əzabverici ağrı sindromu ilə təzahür edir .Üzün bir yarısında tutmalar şəklində başlayan şiddətli ağrılardan ibarət olub, bir neçə saniyədən-1-2 dəqiqəyə qədər davam edir.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh., 237 980. Epilepsiya üçün xarakter əlamət nədir?
A) Nitqin tormozlanması
B) Başgicəllənmə
C) Ürəkbulanma
D) Qıcolma
E) Özünə qapanma
Epilepsiya yunanca“Epilambano” sözündən götürülüb, “tuturam”, “yaxalayıram” deməkdir. Xəstəlik qıcolma tutması ilə müşahudə olunur.
Ədəbiyyat: N.İsmayılov: “Psixiatriya”. Səh., 211 981. Adi epileptik tutma nə qədər davam edir?
A) 12 saat
B) 5-6 dəqiqəyə kimi
C) 1 saat
D) 1 saatdan artıq
E) 1 sutka
Epilepsiya beyinin tədricən şiddətlənən xəstəliyidir və şəxsiyyətin dəyişkənlikləri ilə əksər hallarda güclü qıcolma tutması ilə müşaiyət olunur və bu vəziyyət bir neçə dəqiqə-5-6 qədiqəyə kimi davam edir.
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 213