399) Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə nə ola bilər?
A) Doğum fəaliyyətinin zəifliyi
B) Ciftin ayrılması
C) Başın açılması
D) Göbək ciyəsinin düşməsi
E) Əllərin açılması
Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə doğum zəifliyinə abortlar və cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, mioma,piylənmə ,dölyanı mayenn vaxtından qabaq axması səbəb ola bilər.Bu sonradan ikinci dövrun də zəifliyinə səbəb olur
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 240
400) Uşaqlığın həddən artıq ləngböyüməsinin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Hamilə qadının A/T –nin yüksək olması
B) Dölün inkişafının dayanması
C) Sadalananların hamısı
D) Hamilə qadının qidalanmasının pis olması
E) Dölyanı mayenin miqdarının az olması
Xarici müayinə üsulundan istifadə edərək uşaqlığın əllənməsi bətn daxilindəki dölün diri yaxud ölu ölması haqqında məlumat əldə etmıyə imkan verir
Sadalananların hamısı buna səbəb ola bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 27
401) Mama hamilə qadının müayinəsi zamanı hansı əlamət mövcud olarsa onu xəstəxanaya göndərməlidir?
A) Sadalananların hamısı
B) Qarnında daimi ağrılar varsa
C) Qanaxması varsa
D) A/T-i yüksək olarsa
E) Anemiya əlamətləri olarsa
Mama hamilə qadınla söhbət edərkən hazırkı vəziyyətini qiymətləndirməli qarnında daimi ağrılar olduqda, qanaxma olduqda,A/T-i yüksək olduqda,anemiya əlamətləri olarsa onu mütləq xəstəxanaya göndərməlidir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 36
402) Doğuşdan sonra uşaqlığın yığılma qabiliyyətinə təsir göstərən səbəbə nə aid deyil?
A) Anemiya
B) Çoxdöllü hamiləlik (əkizlər)
C) Əvvəllər uşaqlıqda aparılmış cərrahi əməliyyat
D) Dölyanı mayenin cox olması
E) Qanın laxtalanmasının pozulması
Uşaqlığın yığılma qabiliyyətinin pozulması nəticəsində,ciftin ayrıldığı yerdən baş verən qanaxma atonik qanaxma adlanır.Uşaqlıq üzərində köhnə çapıq olduqda hamilə qadın doğuşa buraxılmır ,mütləq əməliyyat olunur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər səh 38
Dostları ilə paylaş: |