32:) Bulud texnologiyalarında mobil qurğuların istifadə etdiyi proqram vasitələrinin təhlili haqqında umumi anlayışlar qeyd edin ( Android və İOS). Mobil istifadəçilər hesablama buludlarının xidmətlərindən istifadə edərək, istənilən məsələnin həllini həyata keçirə bilirlər. Son dövrlərdə bulud serverlərinin qiymətlərinin ucuzlaşması mobil istifadəçilərin həmin xidmətlərdən geniş istifadəsinə imkan yaradır. Hal-hazırda bir çox şirkətlər mobil avadanlıq istifadəçiləri üçün çoxsaylı proqram əlavələri (Google, Gmail, Maps and Navigation systems for Mobile, Voice Search, Mobil Me from Apple, Live Mesh from Microsoft) işləyib hazırlmışlar, Android əməliyyat sistemi digər mobil əməliyyat sistemlərindən bir sıra üstün cəhəti ilə fərqlənir.IOS - əməliyyat sistemi 2007-ci ildə istehsal olunmuşdur. IOS-un digər mobil əməliyyat sistemlərindən əsas fərqi onun yalnız Apple Şirkətinin məhsulları ilə işləməsidir. IOS əməliyyat sistemlərinin proqram əlavələri üçün xüsusi olaraq App Store proqram təminatı yaradılmışdır. İstifadəçilər lazımi proqram əlavələrini AppStore-dan yükləyə bilirlər. IOS əməliyyat sistemi XNU (X is Not Unix) platforması əsasında yaradılmışdır. XNU platforması NextSTEP, FreeBSD və Apple-ın yaratdığı xüsusi kodlarla proqramlaşdırılmışdır. IOS-un əsas çatışmayan cəhətləri kimi, standart proqram əlavələrinin silinməsi və dəyişilməsinin mümkünsüzlüyü, fayllar sisteminin qapalı olması, proqram əlavələrinin çox hissəsinin pullu olmasını göstərmək olar. IOS-un üstün cəhətlərinə isə virusa yoluxma şansının az olması, qurğuda informasiya mübadiləsinin sürətli olması və s. misal göstərilə bilər. 2017-ci ildə IOS-un 10-cu versiyası təqdim olunmuşdur.
33) Bulud texnologiyalarında mobil qurğuların istifadə etdiyi tətbiqi proqramlar haqqında məlumat verin-Mobil qurğularının hesablama və yaddaş resurslarına olan tələbatlarını ödəmək üçün çoxsaylı tətbiqi proqramlardan geniş istifadə edilir. Hal-hazırda mobil qurğular bazarında əsasən Amazon Cloud Drive, Dropbox, Microsoft OneDrive, Google drive tətbiqi proqramlarına müraciətlər üstünlük təşkil edir. Bu tətbiqi proqramlar bir-birindən müəyyən kriteriyalara görə fərqlənirlər. Amazon Drive. Amazon tərəfindən idarə olunan bulud saxlama proqramıdır . Xidmət təhlükəsiz bulud saxlama, fayl ehtiyat nüsxəsi, fayl paylaşımı və Foto çapını təklif edir. Amazon hesabından istifadə etməklə fayl və qovluqlar veb brauzerlər, masaüstü proqramlar, mobil telefonlar və planşetlər daxil olmaqla bir çox cihazdan ötürülə və idarə oluna bilər.Amazon Drive həmçinin ABŞ istifadəçilərinə Amazon Prints xidmətindən istifadə edərək foto çap və foto kitablar sifariş etməyə imkan verir. OneDrive. Microsoft OneDrive (əvvəllər SkyDrive ) Microsoft -un işlədiyi fayl hostinq xidmətidir . OneDrive həmçinin Microsoft Office veb versiyasının yaddaş arxa hissəsi kimi
işləyir . OneDrive 100 GB, 1 TB və 6 TB yaddaş seçimləri ilə ayrılıqda və ya Office 365 abunələri ilə pulsuz olaraq 5 GB yaddaş sahəsi təklif edir. OneDrive müştəri proqramı öz cihazına fayl sinxronizasiyası və bulud ehtiyat nüsxəsi funksiyalarını əlavə edir . Proqram Microsoft Windows ilə birlikdə gəlir və macOS , Android , iOS , Windows Phone , Xbox 360 , Xbox One və Xbox Series X və S üçün əlçatandır . Bundan əlavə, Microsoft Office proqramları birbaşa OneDrive ilə inteqrasiya edir. Dropbox. Dropbox , baş ofisi San Fransisko , Kaliforniya, ABŞ -da yerləşən, bulud saxlama , fayl sinxronizasiyası , şəxsi bulud və müştəri proqram təminatı təklif edən Amerika şirkəti Dropbox, Inc. tərəfindən idarə olunan fayl hostinq xidmətidir .