Kompensasiyalı sirrozu olan pasiyentlərin müalicəsi
Qeyd olunan qrupa aid xəstələr üçün interferon (standart/pegilə
olunmuş) və ribavirinin dozası fərdi qaydada təyin edilir.
Kompensasiya edilmiş sirrozlu və neytrofillərin mütləq sayı
1,5×109/l, trombositlərin miqdarı 70×109/l-dən çox olan
pasiyentlərin müalicəsi üçün alfa-peqinterferon və ribavirin standart
dozalarda təyin edilə bilər, bir şərtlə ki, qanın ümumi analizinə ilkin
mərhələdə hər həftə (4-8 həftə), daha sonra ayda 2 dəfədən az
olmayaraq nəzarət olunsun.
VƏT nəticəsində virus replikasiyası tam və sabit formada
dayandırılmayan pasiyentlərə, fibrozun reduksiyası
və
hepatosellyulyar karsinomanın inkişafının profilaktikası məqsədilə
kiçik dozalarda uzunmüddətli saxlayıcı alfa-peqinterferon terapiyası
məsləhət görülür.
Dostları ilə paylaş: |