2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ovçu uğunub getmişdi, artıq heç nə eşitmirdi. Elə bu
vaxt gördü, erkək qaz anac qazı da yanına salıb deyinə-
deyinə gəlir. Gəlib çəp-çəp Ovçu Əhmədə baxdı:
-Arvadına deynən, aramıza qalmaqal salmasın.
Hardan alım mən buna, təzə yeri, örüşü. Hər yan quru
qalıb, bir qarış yerin yüz yiyəsi çıxıb...
-Arvadına lazım olanda tükümüzü belə yolur baa-ax.-
Anac qaz qanadlarını açıb yığdı, gözlərini süzdürə-süzdürə
dedi.
-Əvəzində də heç nə vermir. Arvadın deyilmi? Başa
sal, bizə pis baxır, ac saxlayır. Mən boyda qaz, yarı yaşımı
keçmişəm, acınnan toyuğa oxşayıram. Arvadın bilsin ki,
bunnarın hamısı borcdu üstünüzdə...Mən neynirdim bu
qədər balanı, yetim onlardan yaxşı yaşayır. -Erkək qaz
boynunu döndərib burdan ora palçıqlı, bulaşıq suda qum
yeyən balalarını göstərdi. -Odu bax, acından başlarını
sudan çıxartmırlar, qum yeyirlər. Arvadın elədi hamısını,
yumurtaları yığıb qoydu bu ayağısürüşkənin altına...
Anac qaz:
-Neynim, heç özüm istəyirdim ki,-dedi,-üstümə xəlbir
keçirdib güclə yatırtdı. Bala saxlamaq vaxtıdımı indi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
aclıqdı, odu eey, hamısı qum yeyir. - O da dönüb
balalarına baxdı. -Çoxu da heç mənim yumurtamnan
deyil.
Qazların səsi həyəti başına götürmüşdü. Arvad
birdən süpürgəni götürüb qazların ikisini də döyəclədi:
-Bunnar da vaxt tapdı, gör nə hay-küy salıblar.
Erkək qaz yenə nəsə demək istəyirdi, süpürgə düz
başından dəydi:
-Tüpürüm belə yaşamağa, - balalarına sarı getdi,
boynunu döndərib yenə Ovçu Əhmədə baxdı. -Aparın
hamımızı satın, sizdən qaz saxlayan olmaz. Ya da kəsin,
yeyin. Belə yaşamaqdan ölmək yaxşıdı.
Ovçu Əhməd tut ağacının dibində oturub mat-
məətəl gah arvadına baxırdı, gah qazlara.
-Bu ağacı da qurudacam, -dedi, arvad. -Sabunnu su
töküb dibinə, qurudacam. Elə eləyəcəm ki, oturmağa bir
kölgəlik tapmayasan.
Ovçu Əhmədin doğrudan da ağac indi yadına düşdü.
İri, qollu-budaqlı tut ağacı idi. Budaqlarında xeyli quş
vardı, susub dinləyirdilər. Arvad belə deyəndə ağac
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
tərpəndi, susuzluqdan bərkimiş dibi bir neçə yerdən
çatdadı, nəfəs dərib nəsə demək istəyirdi ki, Ovçu Əhməd
səhəngi götürüb suyunu ağacın dibinə boşaltdı, ağac
dərindən:
-Oxqay... -dedi.
VII hekayət...
Hər yan ağappaq işıq içindəydi, amma birdən birə
hava qaraldı...
Çobanəppəyi bayaq günə dikəlib havanı içirdi. Çən-
çiskin gəlib havanı qaraldan kimi bürüşüb ləçəklərini
üstünə çəkdi...
Azca aralı dağbənövşəsi qayanın güneyində fikirli-
fikirli dayanmışdı, üstündən çiskin addadıqca nəmlənirdi.
Ovçu da atını həmin qayanın tuşunda saxladı. Dörd
yanına boylanıb atın yalmanını sığalladı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Çoban Aykəmin arxacını kimnən soruşaq? Belə tapa
bilməyəcəyik...
At yedəyində dartınıb oxrandı:
-Mən də bilmirəm, bircə yol getmiş olsaydım
tapardım.
Qayanın dibindən səs gəldi:
-Sağa get, Ovçu Əhməd, bax, o bələni aş...
Ovçu qayaya sarı əyilib gülümsədi. Bayaqkı
çobanəppəyi qayaya söykənib saçaqlarını sallamışdı:
-Ovçu... -Çobanəppəyi yenə nəsə demək istəyirdi.
-Sən ayaq altda bitdiyinə görə kobudsan, -
dağbənövşəsi bir az aralıda özü-öz şehini çırpıb
qoxulanırdı, bu sözləri çobanəppəyinə dedi.
-Ağıllı danış, mən Ovçudan min yaş böyüyəm,-dedi,
çobanəppəyi.
Bir kökdən çıxıb beş özəyə ayrılmışdı, beşi də dönüb
bənövşəyə baxdı. Bu sözü də hansı özək dedi, nə
dağbənövşəsi bildi, nə də Ovçu Əhməd.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bu il gələnsən, hamı bilir bunu.
-Sən gəldin ki, mən varam, sən gedəcəksən, mən
yenə qalacam. Sağa get, Ovçu Əhməd, çoban Aykəmin
arxacı sağdadı...
Sağ bələni aşanda Aykəmin arxacı göründü...Ovçu
Əhməd dayanıb tamaşa eləyirdi; həyat öz nizamıyla
davam etməkdəydi. Bir az aralıdan çay axırdı, çayın
qırağında bir madyan otlayırdı, Ovçunun kəhər atını
görüb kəsik-kəsik kişnədi:
-Gəl məni dişlə...Gəə-əl!
Dələmə tutmaq vaxtı olduğundan bir-birinin ardınca
arxaca çoxlu sərçə uçuşdu. Balası olan da olmayan da
balasını səsləyirdi.
-Yem tapmışam, dən tapmışam, gəə-əl!...
Sonra arxacdakı göy it bir-iki ağız hürdü.
-Ovçu dostumuz gəldi.
Çoban Aykəm də itin səsindən bildi ki, dosta hürür...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
VIII hekayət...
Göy it başını qollarının üstə qoyub sözlü-sözlü Ovçu
Əhmədə baxırdı. Gün batmışdı. Günün batdığına görə səs-
küy də yer üzündən işıq kimi çəkilib getməkdə,
azalmaqdaydı. Yüngül, çevik yaylaq quşları deyinə-deyinə
diblərə çəkilirdilər...
Hava qaraldıqca yan-yörədən ətrafa gizli-gizli
narahatçılıq yayılmaqdaydı.
Yaylağa zil qaranlıq çökdü. Hava buludlu olduğundan
ay-ulduz görünmürdü.
Kəlin toğlu (yəni buynuzlu, qonur üzlü) başını qoçun
buynuzlarına sürtdü:
-Dərədən canavar iyi gəlir...!
Arxac ocağının qırağındaydılar. Ovçu patavasını
qurudurdu. Qoç sürüdən aralanıb mələdi, o da:
-Havadan canavar iyi gəlir, -dedi.
Çoban Aykəm qonağın narahatçılığını görüb:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sürü canavar duyub, ona görə mələşir, -dedi, üzünü
uzaqdan mağara ağzı kimi görünən dərəyə tutub qışqırdı.
-Hey, ağzıyanmış!
Sürünün üstünə elə bil su səpdilər. Dincəlib təzədən
yatışdı. Səssizlik çökən kimi burma bynuz qoçun tükləri
biz-biz oldu. Ovçu Əhməd nəzərlərini qaranlığa dikib
gülümsəyirdi. Ona elə gəlirdi ki, çoban Aykəm də bütün
canlıların dilini bilir. Elə bu vaxt yuxarı qayalıqlarda
canavar uladı.
-Auu-u! Tufan qopacaq, ildırım çaxacaq, auu-uuu!
Baxtım oyanacaq, sürü bölünəcək, mənim olacaq, au-
uuu!
Arxacın ətəyindən də göy it hürdü, canavara cavab
verirdi:
-Yiyəm qara dəmgilli, axsaq qoyunu kəssin, versin
mənə, mən yeyim, sən gəl, görüm mənə neyniyə
bilərsən?!
Canavar yerini dəyişmişdi, başqa yöndən uladı:
-Ələ baxan, nökər, sənin özünü də parçalayacam.
Mənnən olub, məni tanımayan satqın!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Çoban Aykəm üzünü qaranlığa tutub yenə qışqırdı:
-hey, ağzıyanmış!
Ovçu Əhməd gördu çoban Aykəm bundan o yana bir
şey anlamayıb:
-hürən hansı itdi?-soruşdu.
-Göy itdi, başqa itim yoxdu.
-Bəs, sürüdəki dəmgilli, axsaq qoyun hansıdı?
-Onu neynirsən qonaq?
-Kəs onu!
-Sən mənim sayılan-sanlı qonağımsan, bu nə sözdü
danışırsan. Sənə burmabuynuzlu...
-Yox, axsaq qoyunu kəs, ver göy itə.
Çoban axsaq qoyunu kəsib göy itə verdi.
-Bunu başa düşmədim,-dedi.
-Sabah başa düşərsən...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə bil Ovçu Əhmədin bu sözünə bənd idi; ildırım
çaxdı, şimşək oynadı, sürü ayrılıb iki yerə bölündü.
Iyirminci əsrin şairləri demiş, dərələr gələcəyin şəhərləri
kimi uğuldayırdı.
-Sürü bölünəcək, ruzum gələcək, au-uuu!...
Canavar zil qaranlıqda sürünü körpə quzusunacan
görüb ağzını yalayırdı...
-Sürümüz bölündü qonaq qardaş, sən bu bölüyün
yanında ol, mən o birisinin ardınca gedim.
Ovçu sakitcə soruşdu:
-Gör it arxacdadımı?
İt yox idi, sürüylə getmişdi. Çoban sürünün bölüyünü
çox axtardı, tapa bilmədi, qayıtdı. Ovçu Əhməd yenə
ocağın qırağında əyləşmişdi.
-Gəl otur, gəl, isin, -dedi. -Sürüyə heç nə olan deyil.
Olsa itiyini mənnən alarsan.
Çoban ocağın qırağında əyləşib təəccüblə Ovçu
Əhmədə baxırdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yoxsa qurd ağzı bağlamısan, qonaq?!
-Yox, qurd ağzı bağlamağı bilmirəm, amma bir
quzunun da burnu qanamayacaq, arxayın ol.
Sürü dərənin lap dərinliyində bir qayanın altında
özünə yer elədi. Göy it sürünün başına dolanırdı. Canavar
qayanın üstündən baxıb uladı.
-Kökünü danan köpək, mənnən olub, mənə
oxşamayan, səni parça-parça edəcəm!
-Sus, yiyəsiz yalquzaq, sən yiyəmin bir axsaq
toğlusucan da deyilsən.
Canavar yuxarıdan aşağı bir qaya beli də atdandı:
-Mənim tayımı sənin yiyən öldürdü, yalqız qaldım,
yalquzaq oldum, gəl mənim tayım ol, birgə yaşayaq.
İt hürdü, itin bu dəfəki hürməyi yiyəsini köməyə
çağırmaq üçün idi...
-Yiyəm gələcək indi!
-Birini yeyəcəm, qırxını parçalayacam, a-uu-uu!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Canavar qayadan yerə atdandı, göy it elə göydəcə
onun qarnından yapışdı. Dərə aşağı yumarlandılar. Göy it
səhərəcən ağzını açıb canavarı buraxmadı. Səhər tezdən
iti elə bu şəkildə də tapdılar. Canavar ölmüşdü, göy it də
yiyəsini görəndən sonra öldü, elə həmin yamacda da
basdırdılar...
-Bu yaxşılığın əvəzində sürüdən seç, qırx qoyun
apar,-dedi çoban.
Elə bu vaxt qara gözlü şişək toğlu mələdi:
-Ovçu Əhməd məni götür, tək mən yüz qoyun anası
olacam.
Bu yandan da burma buynuzlu qoç mələdi:
-Məni də götür, mən də yüz qoyun atası olacam.
-Elə bu ikisinə bərəkət, bu ikisi bəsimdi,-dedi Ovçu
Əhməd, toğluları alıb yola düşdü.
IX hekayət...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dünyanı su basmışdı, hara baxırdın su...Ailəsiylə
gəmidəydi, bütün heyvanlardan da özüylə götürmüşdü,
dünyanı su basandan üzürdülər, quruya rast gəlmirdilər.
azuqə tükənmişdi, üç-dörd günlük su qalmışdı. Ona görə
də fikirləşirdi ki, neyləsin...
Qarğa dor ağacına qonmuşdu, kömək eləmək
istəyirdi, amma ağlına yeməkdən başqa bir şey gəlmirdi.
“Yeməsəm fikirləşə bilmərəm”.
Göyərçin başlarının üstündə dövrə vurub yenə
qayıdırdı gəmiyə. Yiyəsini belə görüb dinclik tapmırdı.
İt için-için zingildəyirdi.
Pişik gəmini qoyub qaçmaq istəyirdi, amma hara
qaçasan, hər yan sudu, beləcə, pusquda dayanıb fürsət
gözləyirdi.
İlan da neçə gündü fikirləşirdi, qıvrılmışdı, başını
qıvrımından çıxartmırdı...
Sərçə Onun dizinin üstə qonub tələsə-tələsə nəsə
deyirdi, heç nə anlaşılmırdı.
Gəmidə nə qədər canlı vardı, narahatçılıq içindəydi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İlan qəflətən başını qıvrımından çıxardıb:
-Torpağı gördüm,-dedi, dor ağacına dırmaşdı ki
uzaqlara baxsın.-Torpaq gözümə göründü, axtarmalıyıq.
Leylək dedi:
-Axtarmağa mən gedim...
O:
-Yox,-dedi,- sən yaz quşusan, dözə bilməzsən.
Bayquş dedi:
-Mən gedim.
-Yox, sənin qanadın ağırdı, gedib gəlməyin uzun
çəkər.
Sərçə dedi:
-Mən gedim.
Sərçəyə fikir verən olmadı. O, sərçəni ovcuna alıb
sığalladı:
-Qarğa getsin, -dedi. - Qarğanın üzü bərkdi. Getsin
qurudan xəbər gətirsin.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarğa uçmağa hazır idi, amma bilmirdi, hansı yönə
uçsun.
-Hansı səmtə uçum?
-Bütün səmtlərə uç. Qanadın kəsənəcən get. Bəlkə
qohumlarına da rast gəldin.
İlan quyruğu üstə qalxmışdı.
-Uğur olsun, get tapacaqsan!
Qarğa gündoğana doğru uçdu.
Aradan nə qədər keçmişdi bilən yox idi. Hər yan su,
göz işlətdikcə su...
Qarğa yorulub əldən düşsə də gecə-gündüz qanad
çırpırdı. “Bəlkə qohumlarını da tapdın” Onun bir bu sözü
yadındaydı, ona görə də var gücüylə uçmaqdaydı...
Dan yeri sökülürdü... Birdən birə dənizin havası
dəyişdi. Yorğunluqdan qarğanın halı özündə olmasa da
dəniz havasının dəyişməsini hiss etdi, ayılan kimi oldu.
Uzaqdan bir dağın zirvəsini gördü. Qışqırmaq istədi səsi
çıxmadı. Qanadlarına güc verdi, bir dağla üz-üzə gəldi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
uçub dağın zirvəsinə qondu. Bir yarısı çəmənlikdi, bir
yarısı qayalıqlar...
Dincini alıb qayıtmalıydı. Qayadan qayaya qona-qona
yamaca gəldi. Gəldi, bir öküz leşinin üstünə çıxdı. Başladı
yeməyə...
Aradan nə qədər keçmişdi yenə heç kəs bilmirdi.
Qarğa leşdən o qədər yemişdi, toxluqdan artıq yadında
heç nə qalmamışdı. Yenə yeməkdəydi, ona görə də
qayıtmadı.
Gəmidə narahatçılıq böyümüşdü. Bayquş Ona dedi:
-Qarğanı göndərməkdə səhv etdin. Gərək üzübərk
olanı göndərməyəydik.
-Bəlkə başına bir iş gəlib... -Dovşan dedi, titrəyə-
titrəyə.
İlan neçə gündü yenə qıvrımından başını çıxartmırdı.
Günlərin birində ayılıb başını çıxartdı:
-Yenə torpağı gördüm, qarğanı da üstündə.
Göyərçini göndərdilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Göyərçin qarğa uçan səmtə uçub gözdən itdi.
Yorulmadan qanad çaldı, günlərin birində torpağı gördü.
Qarğa yenə leş yeyirdi. Özü də o qədər kökəlmişdi ki,
qanadları özünə dar gəlirdi.
Heç nə demədən qanadı üstə geri döndü... Beləcə,
Onun gəmisini quruya gətirib çıxartdı...
Ona görə də göyərçin bütün zamanların sınaqlı,
sayalı quşudu...
***
X hekayət...
Vasvası
(nağıl-film)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Şeytan balasıyla gizlənpaç oynayırdı. Dünyanın nə
vaxtıydısa yuxarıda Tanrıdan, aşağıda Adam Atadan başqa
heç kəs yox idi.
Tanrıyla Adam Atanın arasında ana-bala oyun çıxar-
dırdılar. Anası gözlərini yumurdu, balası gizlənirdi, balası
yumurdu anası gizlənirdi. Amma gizlənməyə yer tapa
bilmirdilər. Şeytanın əlindən harda, nece gizlənmək olar?
Şeytanın anası gözlərini bir də yumdu. Balası ora
baxdı, bura baxdı,gördü dağın ətəyiylə çay axır, suyu
köpüklənib, üstü qabarcıqlarla doludu; “hopp” eləyib
suyun köpüyünə qarışdı, qabarcıqların birinə girib
gizləndi.
Anası gözlərini açan kımi balasını gördü:
-Görünürsən, -dedi, - hər yerin görünür.
Şeytanın balası sürüşüb su köpüyünün lap qatı
yerinə girdi. Çay şeytanın qorxusundan dartınıb, gərilib
başını daşlara vurdu. Suyun köpükləri bir yerə yığışmışdı,
elə bil güclü külək əsirdi. Əslində külək yox idi.
Şeytanın havası hər yeri bürümüşdü. Anası dedi:
-Görükürsən...dalın görükür.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Çayın suyu qorxudan damar-damar olmuşdu, hava
qabarcıqları bir-birinin ardınca səs eləyə-eləyə çatdayıb
açılırdı.
Şeytanın balası üzə çıxıb anasına baxdı:
-Kimsə xəbər verir. Yerimi sənə göstərən var.
Şeytanın anası güldü:
-Yerlə Göyün arası bir bizik. Tanrıdan başqa bizi
görən olmaz.
Tanrının adını eşidən kimi şeytanın balası dik atıldı,
başı buludlara dəydi. ağ-ağ, topa-topa buludlardı,
çaxnaşma düşdü, qapqara qaralıb iki ayrıldı, ildırım
çaxdı...
-Bulud da suymuş,-dedi, şeytanın balası.
Şeytanın anası onu izləyirdi:
-Hə, sudu, -dedi, -su bizi götürmür...
Elə yağış başladı ki, yerlə göy bir oldu.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bu da Tanrının işidi, -dedi, şeytanın balası. - Mənim
yerimi də sənə O göstərir. Ona de, bizim oyunumuza
qarışmasın.
Tanrı doğrudan da hər şeyi görürdü...
Aralıda çiçəkli bir yamac vardı, şeytanın anası yağışı,
seli o yamaca göndərmişdi. Amma mələklər qanadlarını
gərmişdi yamacın üstünə, çiçəkləri qoruyurdu. Hər şey
nizam-düzən altındaydı, hər şeyin üzərində Yaradanın
nəzəri vardı.
Tanrı yuxarıdan aşağı baxıb gülümsədi. Yer üzü
köynək-köynək işıqlandı. Yağış damcıları Tanrının
gülümsəməyindən nura qərq oldu. Çayın da elə bil suyuna
sığal çəkdilər. Çöl-çəmən yenidən öz əbədi mahnısını
oxumağa başladı.
Şeytan balasına:
-Bir də gizlən, -dedi. -Elə yer tap, heç Tanrının da
xəbəri olmasın.
Şeytanın balası hər yeri ələk-vələk elədi, Aladağdan
Qaradağa qarış-qarış gəzdi, gizlənməyə yer tapmadı. Hər
yer Tanrının ovcunun içindəydi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Şeytanın balası bir dağın yamacında oturub özü öz
quyruğuyla oynayırdı. Elə bu vaxt qarşı yamacda Adam
Ata göründü. Əlində əsası, çiynində xurcunu, çayın
addamacından keçirdi. Şeytanın balası ora baxdı, bura
baxdı, “hopp” eləyib Adam Atanın ürəyinə girdi...
“Tıp-tıp, tıp-tıp...”
Şeytanın anası balasını arayırdı, gördü tapa bilmir
adıyla çağırmağa başladı:
-Vasvası, Vasvası...
Vasvası heç yanda yox idi. Anası onu axtarmaqdan
yorulub əldən düşmüşdü. Yamacda Adam Atanı gördü, nə
fikirləşdisə yenə balasını çağırdı.
-Vasvası, Vasvası...
Vasvasının səsi Adam Atanın içindən gəldi:
-Burdyam, tıp-tıp, burdyam...!
Şeytanın anası çox sevindi, çünki balasının yeri
istiydi, Tanrının da baş açmadığı bir yer tapıb gizlənə
bilmişdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
XI hekayət...
Yağış uşaqlar
(1970-ci
illərin
ortalarında
“Azərbaycanfilm”
kinostudiyasında işimlə bağlı silsilə nağıl-filmlər yazdım.
Mövzuları yenə də xalq düşüncəsindən götürmüşdüm.
Bilirəm,indinin özündə də ölkəmizdə olan, olmayan
kinostudiyalar,-kinostudiyaların nəinki rəhbərliyi hətta
yaradıcı adamları belə bu yazdıqlarımı görəcək səviyyədə
deyillər. Amma əminəm ki, vaxt gələr, görərlər. Ona görə
də işləyib həmin Vaxt-Zaman üçün hazırladım...
Göy üzünə topa bulud gəldi. Aşağılarda dərələr
ağızlarını açıb nəfəs dərirdi. Bir yandan da külək
əsməkdəydi. Buna görə də bulud özünə yer tapa bilmirdi;
dartına-dartına, əyilə-əyilə özünü güclə saxlayırdı. Yerə
baxdı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |