Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   37   38   39   40   41   42   43   44   45
C-f-rova-G-lbahar

Nəticə və təkliflər 
“Metal ərintilərindən istehsal olunmuş yeməkxana təyinatlı malların istehlak 
xassələri və keyfiyyətinin ekspertizası”na həsr olunmuş dissertasıya işini 
yekunlaşdıraraq aşağıdakı nəticə və təklifləri vermək olar. 
Metal və metal ərintilərindən istehsal olunan yeməkxana təyinatlı qabların istifadəsi 
dünya ölkələrində insanların istifadə etdikləri məmulatlar arasında əsas yer tutur. 
Əsasəndə özlərinin spesifik xassələri ilə zəngin olan qara metallardan polad, çuqun və 
əlvan metallardan mis, alüminium və ərintiləri daha geniş tətbiq olunur. Sadalanan 
metalların yüksən mexaniki, fiziki, kimyəvi və s. xassələri onlardan istifadəni daha 
əlverişli edir. Xalq istehlakı mallarının istehsalında məhsulun keyfiyyətinin 
yüksəldilməsi, texnoloji avadanlıqların təkminləşdirilməsi, tələbə uğun təklifin 
yüksəldilməsi işlərinin aparılması və s. proseslər sosial-iqtisadi inkişafa gətirib 
çıxarır.Dissertasiya işində metal və ərintilərindən istehsal olunan məmulatların 
keyfiyyət göstəriciləri, onların analiz etdirilməsi üsulları, təyinatına uyğun 
xarakteristikaları, istifadə və qulluq qaydaları, gigyenik -insan sağlamlığı üçün 
təhlükəsizliyi, hazırlandığı materialın standartların tələbinə uğunluğu və s. bu kimi 
məlumatlar araşdırılmışdır. Yeməkxana qabları qida ilə birbaşa təmasda olduğunu 
nəzərə alsaq, onun keyfiyyətli-müxtəlif təsirlərə davamlı, örtük təbəqəsinin qalınlığı, 
şirələnməsi(minalanmasi), istehsal üsulunun standartların tələbinə müvafiq olması, 
istismar qaydalarına əməl olunması vacibdir.
1. 
Respublikamızın günü-gündən inkişaf edir və metal məmulatların istehsalı 
üçün əlverişli şərait yaranır.Bu baxımdan metal yeməkxana qablarının istehsal 
prosesininölkəmizdə təşkiliməqsədəuyğundur.Bu faktor idxalın azaldılmasına gətirib 
çıxardır və nəticədə iqtisadi xərclər azalır. Bunun hesabına ölkə vətəndaşlarımızın 
maddi rifahını nəzərə alaraq daha keyfiyyətli məmulatlarla təmin etmiş 
olarıq.Aparılan tədqiqat nəticəsində paslanmaz polad qabların istehsalının ölkəmizdə 
olması məqsədəuyğundur; 


75 
2. 
Hazırki dövrdə bir çox ölkələrdə istehsal olunan keyfiyyətsiz məhsulların 
içərisində yeməkxana məmulatları da vardır. Tədqiqat zamanı bir çox keyfiiyətsiz 
məhsullara rast gəlinmişdir.Bunun qarşısının alınması, məmulatların gömrük 
nəzarətinin gücləndirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədəuyğundur; 
3. 
Tədqiqat nəticəsində aydın oldu ki, paslanmayan polad qabların, çuqun 
qabların istehsalının artırılması və istifadəsinin genişləndirilməsi lazımdır. Çünki, bu 
materialdan hazırlanan qablar sağlamlıq üçün daha əlverişlidir; 
4. 
Qida ilə mütəmadi təmasda olmayan yeməkxana məmulatlarının istehsalında 
alüminiumdan istifadə daha əlverişli və iqtisadi cəhətdən ucuz başa gəlir. Həmçinin 
metalın çəkisi az olduğundan daşınması rahatdır; 
5. 
Aparılmış tədqiqat zamanı metal yeməkxana qablarının şirə qatı ilə 
örtülməsinin onların keyfiyyətinə təsir etdiyi üçün, yeməkxana qablarının örtük 
təbəqəsinin daha davamlı şirə qatı ilə örtülməsi və sağlamlıq üçün daha etibarlı 
xammaldan istifadə edilməsini məqsədəuyğundur. 


76 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin