|
Что же нам делать для того, чтобы наш ребенок не стал наркоманом
1
ÖN SÖZ
Əslində bu kitabı çoxdan yazmaq istəyirdim. Yaxın dostlarım , hüquq-mühafizə
orqanlarında uzun illər mənimlə xidmət etmiş həmkarlarım və hazırda bir yerdə
çalışdığım media mütəxəssisləri də xeyli vaxt idi məni bu işə təhrik edirdilər. Çünki
biz hamımız valideynik və narkomaniyanın insanlara hansı bəlalar gətirdiyini, neçə-
neçə ailəni dağıtdığını, toplumu əyri, cinayətkar yollara sürüklədiyini dərindən anlayır
və başa düşürük.
İlk öncə bu ideyaya özüm də şübhə ilə yanaşdım. lakin sonradan belə bir materiala
hər kəsin (siyasi və sosial mövqeyindən, mənəvi baxış və əqidəsindən, cəmiyyətdəki
durumundan asılı olmayaraq) ehtiyacı ola biləcəyini dərk edərək özlüyümdə bu barədə
yazmaq qərarına gəldim. Çünki nə qədər axtarışlar etməyimə baxmayaraq doğma
dilimizdə sadə və hamının başa düşəcəyi şəkildə belə bir materialın olmadığını
aşkarladım. Dünyada bu problemlərlə bağlı çap edilən mənbələrə müraciət etdim və
Dostları ilə paylaş: |
|
|