D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə82/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   78   79   80   81   82   83   84   85   ...   290
Folklor, Mifologiya, Etnoqrafiya
yetkin insan kimi doğumu mümkün olmadığından o, uşaq kimi do-
ğulur və tezliklə yetkin insan olur. Məsələn, “Qaraqaşın nağlı”nda 
illərcə övlad həsrətində olan qadın dərvişin ağız suyundan hamilə 
olandan sonra bir cüt qaş doğur. Qaraqaş bir neçə gündən sonra 
yükün üstündən yerə atılaraq böyük adamlar kimi yemək yeməyə 
başlayır və tezliklə böyüyür. ”Kal Həsənin nağlı”nda uşaq iki ay-
lığından ayaq tutub yeriməyə başlayır, bir yaşına çatanda, artıq 
böyük insanlar kimi hərəkətlər etməyə başlayır və.s.
Möcüzəli doğuş motivi şamanizmdə, islam və xristian dinində 
də özünü göstərir. Cəbrayılın üfürməsiylə bakirə Məryəm İsaya 
hamilə olur.Oxşar motiv şamanizmdə özünü aşağıdakı mətndəki 
kimi göstərir
”Həyatı  sona  yetən,  ruhlar  tərəfindən  aparılma  məqamında 
olan şaman (qam) öz arvadını yanına çağırır və onun alnını iyləyir. 
Arvadına bildirir ki, sən artıq hamilə oldun və səndən doğulacaq 
uşaq şaman (qam) olacaq. Bu minvalla bir neçə uşaq doğulacaq 
onlarda şaman (qam) olacaq və doqquzuncu nəsildə doğulan uşaq 
mən özüm olacağam” (4,15). Göründüyü kimi burada da möcüzəli 
doğuşla bağlı yuxarıda qeyd olunan keyfiyyətlər ( ölmüş insanın  
möcüzəli doğuşla yenidən qayıdışı) öz əksini tapmışdır.
Ədəbiyyat
1. Azərbaycan dastanları. Beş cilddə. İkinci cild, Bakı ,”Lider 
nəşriyyatı”, 2005.
2.  Azərbaycan  folkloru  küliyyatı  (Nağıllar).  Bakı,  ”Səda” 
nəşriyyatı, 2006.
3. Bayat Füzuli. Türk təsəvvüf (təkkə) ədəbiyyatı. Bakı, ”Elm 
və Təhsil”, 2011.
4. Əlifoğlu Şakir. Butanın məqamı, məkanı, ünvanı. ”Azər-
baycan müəllimi”qəzeti, 2012.


86

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin