Selegilin (selegiline). Sin.: Yumeks
5-10 mq dozalarda tablet şəklində buraxılır.
Selegilin monoaminooksidaza (MAO) fermentinin seçici olaraq blokadaya alır. Məlum olduğu kimi B tipi MAO-nun təsirindən dofamin oksidləşərək parçalanır.
Ona görə də selegilinin MAO-nu blokadaya alması beyində dofaminin miqdarının artmasına səbəb olur.
ANALGEZİYAEDİCİ (AĞRIKƏSİCİ) DƏRMAN MADDƏLƏRİ
Ağrı orqanizmin mürəkkəb müdafiə reaksiyasıdır. Ağrı hissi xüsusi ağrı reseptorlarının - nosiseptorların qıcıqlanması nəticəsində yaranır (lat. Noceo — zədələyirəm). Nosiseptorlar dəridə, əzələlərdə, oynaqlarda, daxili orqanlarda, sümüküstlüyündə yerləşir. Onlar müxtəlif mənşəli ekzogen (mexaniki, termiki, kimyəvi) və endogen (iltihab mediatorları — bradikinin, histamin, serotonin, prostaqlandinlor) qucidlandircilarin tasirlərinə qarşı həssasdır.
Ağrı hissini zəiflətmək, yaxud aradan qaldırmaq üçün istifadə edilən dərman maddələri analgeziyaedici (ağrıkəsici) və ya analgetik maddələr adlanır (yunanca an - olmamaq, algos - ağrı deməkdir). Təsir xüsusiyyətlərinə görə analgetiklər 2 qrupa bölünür:
Mərkəzi təsiri üstünlük təşkil edən analgetiklər;
Periferik təsiri üstünlük təşkil edən analgetiklər;
Dostları ilə paylaş: |