200 mq dozada tablet şəklində buraxılır. Daxilə təyin edilir. Gündə 1-2 dəfə, yemək zamanı 1 tablet qəbul edilir. Sonra doza tədricən yüksəldilərək gündə 2-3 dəfə olmaqla 2 tabletə çatdırılır. Böyük qıcolma tutmaları və psixomotor ekvivalentlik zamanı təyin olunur.
Ürəyin atrioventrikulyar blokadası zamanı karbarmazepinin istifadə edilməsi əks göstərişdir.
Benzobarbital (Benzobarbital). Sin.: Benzonal.
Benzobarbital fenobarbitalı modifikasiya etməklə alınmışdır. Orqanizmdə tez bir zamanda metobolizmə uğrayır və bu zaman sərbəst şəkildə fenobarbital ayrılır.
50 mq (uşaqlar üçün) və 100 mq dozalarda tablet şəklində buraxılır.