Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə146/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   166
2015-332

 
Ekran nitqi 
Buna  telenitq  də  deyilir.  Ekran  nitqi  kütləvi  informasiya 
vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi 
nitqin  xüsusiyyətlərini  özündə  birləşdirir.Telenitq  monoloji  və 
dialoji  formada  olur,  məzmun  hərəkət  təsvir  və  səs  ifadəsi  ilə 
dinləyiciyə  çatdırılır.  Televiziya  verilişləri  zamanı  bəzən  təsvir, 
bəzən də sözün rolu ön plana çəkilir.  Şübhəsiz ki,  hər bir  halda 
sözün, nitqin publisistik funksiyası daha geniş olur. 
Çoxmilyonlu  auditoriya  üçün  səsləndirilən  bir  nitqdə  ədəbi 
dilin normalarına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çat-
dırmaq üçün münasib formalar tapmağa, dilin sinonimik vasitələ-
rindən  yerli-yerində  istifadə  etməyə,  cümlələri  düzgün  qurmağa 
çalışır.  Burada  orfoepik  normaları  –  ədəbi  tələffüz  qaydalarını 
gözləmək  daha  vacib  sayılır.  Teleekran  ədəbi  dilin,  xüsusilə  or-
foepik  tələffüzün  təbliğatçısı,  yayıcısı,  tənzimləyicisi  olduğundan 


 
205 
bu  verilişlərdə  həmin  qaydalara  xüsusi  qayğı  və  tələbkarlıqla 
yanaşılır. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, 
aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin. 
Ədəbi  tələffüz  təkcə  səs  və  sözlərin  düzgün  deyiliş  qayda-
larından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik 
ünsürlər  də  anlayışa  daxildir,  Bu  mənalı  səslənmə  vasitələrində 
düzgün  istifadə  telenitqin  gözəlliyi,  təsir  effekti  baxımından 
olduqca əhəmiyyətlidir. 
Tamaşaçılar  televiziya  verilişlərindən  etalon  səviyyəli  nitqi 
eşidir  və  əxz  edirlər.  Məktəblərimizdə  telekranda  səsləndirilən 
nitqdən,  aktyor  və  ya  diktor  oxusundan  xarakterik  parçalar  nü-
munəvi  lentə  köçürülərək  nitq  inkişafı  məqsədi  ilə  aparılan 
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin