24
Kalkulyasiya obyektlərində istehsal edilən ayrı-ayrı növ
məhsullar, yerinə yetirilən iş və xidmət növləri və yaxud
onların eynicinsli qrupları daxildir. Məsrəflərin uçotunun tələb
olunan səviyyədə təşkilinin əsas şərtlərindən biri də material,
əmək və maliyyə resurslarının düzgün normalaşdırılması və
onlardan səmərəli istifadə olunmasıdır. İstehsal prosesində sərf
edilən faktiki məsrəflərlə müəyyən edilmiş normalar, nor-
mativlər, smetalar və tapşırıqlarla müqayisə edilmək kənarlaş-
malar aşkara çıxarılır.
Qarşıya qoyulan tələblərə yalnız mütərəqqi, texniki cə-
hətdən əsaslandırılmış, daha doğrusu elmin, texnikanın, isteh-
salın və əməyin təşkilinin müasir inkişaf səviyyəsini özündə
əks etdirən normalar cavab verə bilər. Ən mühüm əhəmiyyətə
malik olan material resurslarının şərti və əmək məsrəfləri nor-
maları və qeyri-müstəqim xərclərin smetasıdır. Material resurs-
ları normaları dedikdə konkret növ məhsul buraxılışı üçün la-
zım olan xammalın, materialın, yarımfabrikatın və digər əmək
əşyalarının miqdarı başa düşülür.
Dostları ilə paylaş: