Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Daxili potensialın reallaşdırılması



Yüklə 247,59 Kb.
səhifə20/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Daxili potensialın reallaşdırılması:

Yaşlı insanlar təhsil, mədəniyyət, mənəvi həyat və istirahət sahəsində cəmiyyətin bütün təkliflərindən istifadə etmək imkanına malik olmalıdırlar.



Ləyaqət:

  1. Yaşlı insanlar layiqli və təhlükəsiz həyat sürmək imkanına malik olmalı, istismara , fiziki və ya psixoloji zorakılığa məruz qalmamalıdırlar.

  2. Yaşlı insanlar yaşından, cinsindən, irqi və ya etnik mənsubiyyətindən, əlilliyindən və ya digər statusundan asılı olmayaraq ədalətli münasibət görmək hüququna malikdirlər.

Yaşlıların problemlərini əhəmiyyətli qəbul edərək, BMT-nin Baş Assambleyası 1990-cı il 1 oktyabr tarixini Beynəlxalq Ahıllar Günü elan etmişdir və 1991-ci ildən başlayaraq bütün dünyada, həmçinin bizim ölkəmizdə bu gün hər il qeyd edilir.

Bununla da BMT nəinki yaşlı insanların inkişafa öz töhfəsini vermiş, eləcə də yeni demoqrafik hadisəyə - əhalinin yaşlanmasına, “yaşlanma əsrinə” diqqət yetirmişdir.

BMT-nin Katibliyi həmin gün qəbul edilən qərarlarla yanaşı, aşağıdakı təklifləri də tövsiyə etmişdir:


  1. dövlət başçılarının, icra orqanları və təşkilat rəhbərlərinin bəyanatları;

  2. 1 oktyabr tarixində keçiriləcək konfranslarda bəyanatlar;

  3. radio, televiziya ilə xəbərlərdə və mətbuatda elan;

  4. ictimai yerlərdə fotoekspozisiyalar və plakatların nümayişi;

  5. məktəblərdə və kütləvi informasiya vasitələrində inşa və foto müsabiqələri;

  6. məktəblərdə və idarələrdə gənclər və ahılların iştirakı ilə

müzakirələr;

  1. ətraf mühitin qorunması sahəsində nəsillərin əməkdaşlığı;

  2. müxtəlif ölkələrin ahılları arasında təcrübə mübadiləsi;

  3. universitet və kitabxanalarda seminar və mühazirələr.

  4. ayrı-ayrı insanların həyatları böyük hadisələrin kontekstində;

  5. yaşlı qadınların tarixə və ailəyə töhfəsi;

  6. 2020-ci və 2040-cı illərdə yaşlıların rolu;

  7. ailəyə bağlılıq və qulluğun təmin edilməsi;

  8. icmada üç-dörd nəsildən ailələr;

  9. yaşlanma problemləri üzrə tədqiqatlar və kadrların hazırlığı sahəsində ölkələr arasında əməkdaşlıq.

Bütün tədbirlər üçün verilən mövzular cəmiyyətdə yaşlı insanların vəziyyətinin yaxşılaşdırılması üçün çox aktual görünür. Beynəlxalq əməkdaşlıq məsələlərinin və məktəblərdə və icma mərkəzlərində yaşlılar probleminin müzakirə edilməsi məsələlərini xüsusi olaraq qeyd etmək istərdik. Axı yaşlı insanlara hörmətlə yanaşmağın tərbiyə edilməsi ailədə və məktəblərdə başlayır.

BMT-nin qərarına əsasən 1999-cu il Beynəlxalq ahıllar ili elan edilmişdir.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin