Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   28   29   30   31   32   33   34   35   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


342 

downloaded from KitabYurdu.org



qlükozaya çevirir. 

Şad və bəd xəbərlərdən sonra, futbola baxan zaman qanda 

şəkərin  artması  beyin  yarımkürələrin  karbohidrat  mübadiləsində 

rolunu  göstərir.  Karbohidrat  mübadiləsinin  hu-  moral 

tənzimlənməsində böyrəküstü vəzilərin hormonu olan adrenalindən 

başqa  qalxanvarı  vəzinin  (tiroksin),  hipofızin,  böyrəküstü  vəzi 

qabığının  və  xüsusilə  də  mədəaltı  vəzinin  hormonları  (insulin  və 

qlükoqon) iştirak edirlər. 

İnsulin  ifrazı  azaldıqda  şəkər  xəstəliyi  əmələ  gəlir,  yəni, 

qanda  şəkərin  səviyyəsi  yüksəlir  və  sidiklə  çoxlu  şəkər  ifraz 

olunmağa başlayır. 

15.6.  Yağlar 

Neytral  yağlar  (üç  atomlu  qliserin  spirti),  fosfolipidlər  və 

xolosterin  lipidlərə  aid  edilir.  Lipidlərin  çox  hissəsinin  kimyəvi 

əsasını  -  yağ  turşuları  -  hidrokarbonlu  üzvi  turşuların  uzun 

zəncirləri təşkil edir. Yağ turşularından üçü (sterinlər, palmitin və 

olein)  triqliseridlərin  tərkibinə  daxildir.  Üç  atomlu  qliserin  spirti 

orqanizmdə  müxtəlif  metabolizm  proseslərini  təmin  etmək  üçün 

istifadə olunur. Bir sıra lipidlər (xüsusilə xo- lesterin, fosfolipidlər 

və  onların  çöküntü  məhsulları)  müxtəlif  hüceyrədaxili 

funksiyaların həyata keçirilməsində iştirak edir. 



Lipidlərin  daşınması.  Praktiki  olaraq  qida  ilə  həzm  bo-

rusuna  daxil  olan  bütün  yağlar  bağırsağın  xovlarmdan  xilo- 

mikronlar (yağ damcısı) formasında limfaya sorulur. Əvvəlcə döş 

axarına, sonra isə venoz qana daxil olur. Xlomikronlar piy toxuması 

və qaraciyərdən keçəndə plazmadan azad olur. He- patositlərin və 

yağ  hüceyrələrinin  membranı  lipoprotein  li-  pazası  saxlayır.  Bu 

ferment xilomikronların triqliseridlərini yağ turşularına və qliserinə 

parçalayırlar.  Yağ  turşuları  yenidən  hüceyrəyə  diffuziya  edir  və 

orda yenidən triqliseridlərə re- sinez olunurlar. 

Yağ  hüceyrələrində  ehtiyat  halında  olan  yağ  orqanizmdə 

istifadə olunmaq üçün, o digər toxumalara sərbəst yağ turşula 

343 

downloaded from KitabYurdu.org



rı şəklində daxil olmalıdır. Yağ hüceyrəsini tərk edən yağ turşuları 

qanın  plazmasında  ionizasiya  olur  və  albubinlə  birləşmə  əmələ 

gətirir. Bu üsulla zülala birləşmiş yağ turşuları sərbəst yağ turşuları 

adlanır. 



Lipoproteinlər.  Qaraciyərdə  lipoproteinlər  əmələ  gəlir. 

Lipoproteinlər  triqliseridlər,  fosfolipidlər,  xolisterin  və  zülalların 

qarışığından  ibarətdir.  Lipoproteinlərin  əsas  funksiyası  li-  pidləri 

orqanizmin  müxtəlif  toxumalarına  daşımaqdır.  Triqliseridlər  əsas 

etibarilə karbohidratlardan sintez olunur, yağ və digər toxumalara 

isə  aşağı  sıxlıqlı  lipoproteinlər  şəklində  sorulurlar.  Yağların  çox 

hissəsi  yağ  toxumasında  toplanır.  Yağ  toxumasının  birinci 

funksiyası  orqanizmin  enerji  ehtiyatı  üçün  triqliseridləri 

toplamaqdır.  İkinci  vəzifəsi  isə  bədən  üçün  istilik  izolyasiyası 

funksiyasıdır.  Hüceyrədə  yağ  turşularını  mi-  toxondriyə  daşıyan 

karnitin  maddəsidir.  Mitoxondiriyə  daxil  olan  yağ  turşusu 

daşıyıcıdan ayrılır, parçalanır, oksidləşir və enerjisini verir. 



Fosfolipidlər. Üç tip fosfolipidlər ayırd (lesitin, kefalin və 

sfinqomienlər) 

edilir. 

Fosfolipidlər 

membranın 

struktur 

elementlərinin  əmələ  gəlməsində  və  qanın  lipoproteinlərinin 

tərkibinə  daxildir.  Qanın  laxtalanması  üçün  əsas  maddə  rolunu 

tromboplastinin kefalini yerinə yetirir. Sinir lifini əhatə edən mielin 

qişasında sfinqomielin izoliyator kimi fəaliyyət göstərir. Xolisterin 

qida maddələrinin tərkibinə daxil olur və mədə-bağırsaq traktında 

nazik  bağırsaqda olan xovlar vasitəsilə o sorulur və limfaya daxil 

olur. 

Qanın  plazmasında  lipoproteinlər  formasında  sirkulyasiya 



edən  lidogen  xolisterin  isə  qaraciyərdə  sintez  olunur.  Xolisterin 

hüceyrə  membranmm  tərkibinə  daxil  olur.  Xolisterinin  80%-i 

qaraciyərdə xoli turşusuna çevrilir. Xoli turşusu başqa maddələrlə 

birləşərək  sorulmaya  və  həzmə  səbəb  olan  öd  duzlarını  əmələ 

gətirir. 

Xolisterin  böyrəküstü  vəzinin  qabıq  maddəsinin  (mine- 

ralokortikoidlər  və  qlükokartikoidlər),  yumurtalığın  (estrogen  və 

progesteron),  toxumluğun  (testosteron)  hormonlarının  sintezində 

istifadə olunur. 

344 

downloaded from KitabYurdu.org



Yağlar orqanizmin güclü enerji mənbəyi olmaqla, istiliyin 

bədəndən  verilməsində,  mexaniki  təsirlərdən  qorumaqda  iştirak 

edir  və  həm  də  yeni  hüceyrələrin  qurulmasında  plastik  material 

sayılır. Yəni lipoidlər energetik əhəmiyyətə malikdir. Orqanizmdə 

yağlar olein, palmitin və stearin turşusu şəklində müşahidə olunur. 

Yağın yüksək kalorili dəyəri onun orqanizmdə əsas enerji 

mənbəyi  kimi  çıxış  etməsinə  haqq  qazandırır.  Yağların  əsas 

xüsusiyyəti onlarda qeyd etdiyimiz müxtəlif yağ turşularının varlığı 

ilə  əlaqədardır.  Yağ  turşuları  doymuş  və  doymamış  turşulara 

bölünürlər. Doymuş turşuların molekulunda bütün C atomları bir-

biri  ilə  möhkəm  şəkildə  birləşirlər,  doymamış  turşuların 

molekulunda  bir-birinə  yaxın  yerləşmiş  C  atomları  qeyri-sabit 

asanlıqla dağılan kifayət qədər əlaqəyə malikdirlər. Yağların bioloji 

dəyəri  həyat  fəaliyyəti  üçün  zəruri  olan  bəzi  doymamış  yağ 

turşularının  əvəz  edilməz  olmaları  və  heyvan  ilə  insan 

orqanizmində digər yağ turşularından əmələ gəlmələri ilə müəyyən 

olunur. 

Yağların  insan  həyatında  əhəmiyyəti  bəzi  vitaminlərin 

orqanizmə  yağlarda  həll  olunmuş  şəkildə  daxil  olmaları  ilə 

müəyyən edilir. 

Lipidlər  3  atomlu  qliserin  spirtinin  üçmolekullu  yağ 

turşuları ilə birləşməsindən əmələ gəlirlər. Lipoidlərə fosfatid- lər, 

sterinlər və digər yağabənzər maddələr aid edilir. 

Orqanizmin  həyat  fəaliyyətində  böyük  əhəmiyyətə  sinir 

toxumasının tərkibinə daxil olan fosfatidlər, öd turşularının əmələ 

gəlməsinin  mənbəyi  olan  xolesterin  kimi  sterinlərə,  həm  də 

böyrəküstü qabıq və cinsiyyət vəzilərinin hormonları malikdirlər. 

Qida vasitəsilə yaşlı insamn orqanizminə gündəlik bitki və 

heyvan  aləminə  məxsus  yağların  50-70  qramı  daxil  olur.  Yağlar 

orqanizmdə hüceyrələrin kütləsinin 3-4%-ni təşkil edirlər. 

Orqanizmdə  yağlar  mübadiləsi  onların  həzm  traktında 

lipolitli  fermentlərin  təsiri  altında  hidrolizli  parçalanmasından 

başlanır.  Belə  ki,  qəbul  edilmiş  yağlar  həzm  orqanlarında,  yəni 

mədə və bağırsaqlarda qliserin və yağ turşularına parçalandıq 



345 

downloaded from KitabYurdu.org



dan sonra bağırsaqların selikli qişasından xovlar vasitəsilə yağların 

çox hissəsi limfaya, az hissəsi isə qana sorulur və bundan sonra hər 

bir  orqanizmin  özünə  xas  olan  yağ  sintez  olunur.  Orqanizmin 

ehtiyacını  ödədikdən  sonra  artığı  isə  əsasən  dərialtı  toxumada, 

piylikdə, böyrəklərin ətrafında, habelə daxili orqanlarda və bədənin 

başqa nahiyələrində ehtiyat şəklində toplanır. Nəticədə orqanların 

ətrafında  toplanmaqla  bədəndə  istiliyin  saxlanılmasında  və 

zərbədən qoruyur. Dəri altında və orqanların ətrafında toplanan yağ, 

bədən çəkisinin orta hesabla 10-20%-ni təşkil edir. Piy mübadiləsi 

pozulduqda piylənmə baş verir, çəki  çox artır. Bunun nəticəsində 

qliserin  və  yağ  turşuları  əmələ  gəlirlər.  Deməli,  yağlı  qidanın 

orqanizmə iftar şəkildə daxil olması zamanı yağ dərialtı hüceyrədə 

və  qarın  laylarında  çökərək,  orqanizmdə  enerji  materiallarının 

ehtiyatını  təşkil  edir.  Bəzi  heyvanlarda  yağlı  qidaları  az  qəbul 

etmələrinə baxmayaraq, onlarda dərialtı piy çox olur. Məsələn, çol 

və ev donuzları, ayılar, qoyunların 15-20 kq quyruqlar olur və s. 



Yağ mübadiləsinin neyro-humoral tənzimlənməsi. Yağ 

mübadiləsinin onun sintezi və istifadə olunmasının tənzimlənməsi 

sinir-reflektor və sinir-endokrin və humoral mexa- nizmlərlə idarə 

olunur. Hipotalamusun bəzi nüvələrinin zədə- lənməsi zamanı yağ 

mübadiləsinin  müxtəlif  cür  pozulması  baş  verir.  Hipotalamusun 

ventromedial  (toxluq  mərkəzi)  nüvələrini  zədələdikdə  heyvan 

piylənir,  əksinə  lateral  (aclıq  mərkəzi)  nüvələri  zədələdikdə  isə 

kəskin arıqlayır. İnsanın ağır patoloji piylənməsi hipotalamusun boz 

maddəsinin pozğunluqları ilə müşayiət olunur. Sinir sisteminin yağ 

mübadiləsinə  təsiri  simpatik  sinir  sisteminin  trofik  təsiri  ilə 

əlaqədardır. 

Simpatik  liflərlə  gələn  impulslar  yağ  depolarından  yağın 

çıxmasını  tənzim  edir.  Hipofız  vəzin  hipofunksiyası  orqanizmdə 

çoxlu  piyin  toplanmasına  (hipofızar  piylənmə  xəstəliyinə)  səbəb 

olur. 

Beləliklə,  yağ  mübadiləsinin  hormonal  tənzimində  ad- 



renalin, noradrenalin, kartikotropin (AKTH), boy hormonu, insulin, 

trioksin və s. hormonlar iştirak edir. Adrenalin və no- 



346 

downloaded from KitabYurdu.org



radrenalin intensiv əzələ işi zamanı yağın ütilizatsiyasım artırır. Bu 

hormonlar lipozanı fəallaşdırır. 

Hipofızin ön payından stresə cavab olaraq oyanan simpatik 

sinir  sisteminin  təsirindən  ifraz  olunan  kortikotropin  (AKTH), 

böyrəküstü  vəzinin  qabıq  maddəsinin  qlukokortikoid  hormonu 

kartizolun  sekresiyasını  stimulə  edir.  Kartizol  və  karti-  kotropin 

triqliserid lipazasına həssas olan və yağ toxumasından yağın xaric 

olmasını artıran hormonu fəallaşdırır. 

Boy  hormonu  da  AKTH  və  kortizol  kimi  təsirə malikdir. 

İnsulinin  qatılığının  azalması  lipazaya  həssas  olan  hormonu 

fəallaşdırır  və  yağ  turşusunun  tez  səfərbər  olmasına  səbəb  olur. 

Qalxanvarı vəzin hormonu yağ turşusunun tez azad olmasına səbəb 

olur. 

15.7.  Qidalanma 

Qidalanma fiziologiyasının məqsədi - sağlamlığı və iş qa-

biliyyətini  təmin  etmək  üçün  qidanın  kəmiyyət  və  keyfiyyətcə 

tərkibini  müəyyən  etməkdir.  Bədənin  kütləsi  və  onun  tərkibinin 

stabilliyi, insanın istifadə etdiyi və xaric etdiyi enerji arasında uzun 

müddət  davam  edən  balansa  möhtacdır.  Müxtəlif  qida  növlərinin 

tərkibində  zülalların,  yağların,  karbohidratla-  rın,  mineralların  və 

vitaminlərin miqdarının müxtəlif olduğunu nəzərə alıb, orqanizmin 

müxtəlif  metobolizm  sistemlərini  uyğun  qidalı  maddələrlə  təmin 

etmək üçün lazım olan balans tərtib edilməlidir. 

Qida maddələrinin kaloriliyi. Əsas mübadilə zamanı sakit 

vəziyyətdə gündə 200 kkal enerji sərfindən asılı olaraq, əlavə 500-

2500 kkal və daha çox enerji tələb olunur. Kalorinin karbohidrat, 

zülal  və  yağlar  arasında  təyin  edilməsi  üçün  qismən  fizioloji 

amillər, qismən də dad keyfiyyəti üstün tutulur və iqtisadi düşüncə 

ilə müəyyən edilir. 



Zülallar. Hər gün qida ilə qəbul edilən zülal hər kq bədən 

çəkisinə lq-dan az olmamalıdır. Zülalın tərkibində əvəz edilməyən 

amin  turşularının  olması  mütləq  lazımdır.  Bədənə  lazım  olan 

zülalları sintez etmək üçün əvəz edilməyən amin 



347 

downloaded from KitabYurdu.org



turşularının əsas mənbəyi, heyvan mənşəli qida maddələri (ət, balıq 

və  yumurta)  hesab  edilir.  Bu  qida  maddələrinin  tərkibində 

orqanizmi zülallarla təmin edə biləcək miqdarda 

amin 

turşuları olur. 

Bir  sıra  bitki  mənşəli  qidaların  da  tərkibində  zülallar  olsa  da 

(məsələn,  paxla,  noxud,  lobya  və  s.)  lakin  orqanizmə  lazım  olan 

əvəz edilməyən amin turluşarı ilə təmin edəcək səviyyəyə çatmır. 

Ona görə də dietanı ancaq bitki mənşəli qidalar nəzərə alınmaqla 

tutmaq çətindir. 

Yağlar. Hər gün 100 qr yağ qəbul etmək lazımdır. İnsanın 

qəbul  etdiyi  dietada  xolisterindən  azad  olan  doymuş  yağ  turşula-

rının üstünlük təşkil etməsi sağlamlıq üçün qorxulu deyil. 

Karbohidratlar. Kaloriliyi az olsa da, dietdə olan enerjinin 

50%-ni təşkil edir. 



Hesablama.  Dietdə  birinci  yeri  zülallar  tutur.  Qalan  ka- 

lorini  dadı,  iqtisadi  imkanı  və  digər  amilləri  nəzərə  alınaraq 

bölürlər.  Məsələn,  orta  fiziki  fəallığı  olan  65  yaşında  olan  kişiyə 

gündə 2800 kkal enerji lazımdır. O hər gün qida ilə 65 qr (267 kkal) 

zülal,  yağ  50-60  qr  (825  kkal)  və  500  qr  (202  kkal)  karbohidrat 

qəbul etməlidir. Cədvəl 6-da qidada zülal, yağ və karbohidratm %-

lə miqdarı və kaloriliyi (100 qr görə) verilmişdir. 

Cədvəl 6 

100 qr qidada olan zülalın, yağın və karbohidratm 

 _____  %-lə miqdarı və kaloriliyi  ___  ________   

Məhsullar 

Zülallar 

Yağlar  Karbohidratla

r 

Kaloriliyi 

Apelsin 

0,9 

0,2 

11,2 

50 

Çörək 

90, 

306 

49,8 

268 

Kartof 

2,0 

0,1

 

19,1 



85 

Yağ 

0,6 

81,0 

0,4 

733 

Süd 

305 

309 

4,9 

69 

Yerkökü 

1,2 

0,3 

9,3 

45 

Ət 

17,5 

22,0 

1,0

 

268 



Toyuq 

21,6 

2,7 

1,0 

111

 

Şokolad 



5,5 

52,9 

18,0 

570 

Alma 

0,3 

0,4 

14,9 

r

 64 

Qidaya olan tələbat. Orqanizmin tələbatını (səhər, na- 

348 

downloaded from KitabYurdu.org



har, günorta, axşam) ödəmək üçün qida məhsullarının rasio- nunu 

tərtib etmək lazımdır. Belə ki, inkişafda olan gənc orqanizm yaşlı 

orqanizmlərdən fərqli olaraq külli miqdarda qidaya ehtiyac duyur. 

Bu ehtiyacı qida normasına uyğun hesablamaq üçün qəbul edilən 

qidanın  miqdarının  energetik  qiymətini,  yəni  qida  maddələrinin 

kalorik əmsalını hesablamaq lazımdır. 

Kalorik  və  ya  istilik  əmsalı  lq  maddənin  yanması  zamanı 

ayrılan istiliyə deyilir, lq zülal, yağ və karbohidrat yanması zamanı 

ayrılan istilik əmsalı aşağıdakı kimidir: 

1 q. zülal ....................... 17,17 kC. (4,1 kkal) 

1 q. yağ ........................  38,94 kC. (9,3 kkal) 

1 q. karbohidrat ............ 17,17 kC. (4,1 kkal) 

Qida maddələrinin kalorik əmsalı Bertlonun kalori- metrik 

bombasının köməyilə müəyyən edilir. 

Bunun üçün oksigenin böyük təzyiqi altında tədqiq olunan 

maddə suya salınmış kip bağlı boruda yandırılır və ayrılan istiliyin 

bombanı əhatə edən məlum həcm suyu qızdırmasına görə kalorik 

əmsal təyin edilir. 

Kalorimetrik  bombada  yağlar  və  karbohidratlarm  verdiyi 

istilik orqanizmdə bu maddələrin oksidləşməsi zamanı əmələ gələn 

istiliyə tamamilə uyğun gəlir. 

İnsanda  qida  norması  və  qidanın mənimsənilməsi.  Qida 

rasionunun  tərtibi  zamanı  qidalanmada  zülalın  norması  məsələsi 

mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir. 

Müəyyən edilmişdir ki,  gündə 3000 kkal (12560 kC) sərf 

edən  yaşlı  adamın  orta  ağırlığı  fiziki  iş  zamanı  zülala  gündəlik 

ehtiyacı 118 qr, yağa 100 qr, karbohidrata 400-500 qr təşkil edir. 

Qidada  zülalın  miqdarını  azaltmaq  uzunmüddətli  xoşagəlməz 

halların baş verməsinə səbəb olur. 

Digər  tərəfdən  zülalın  azalması  infeksiyaya  qarşı  mü-

qaviməti zəiflədir. 

Yaşlı adam 80-100 q zülal qəbul etdikdə orqanizmin normal 

fizioloji  şəraitdə  yüngül  iş  zamanı  bütün  ehtiyacları  tamamilə 

ödənilir. 

Orta ağırlıqlı iş görənlərə 110 q, ağır fiziki əməkdə isə 130 

q zülal kifayət edir. 

349 

downloaded from KitabYurdu.org



Hüceyrənin qurulması üçün qida rasionunda yağın miqdarı 

70 q-dan az olmamalıdır. Bu tərkibə yağda həll olunan vitaminlər və 

lipoidlər  də  daxil  edilir.  Uşaqların  və  yeniyetmələrin  əsas  qida 

maddələrinə tələbatı 7-ci cədvəldə verilmişdir. 

Cədvəl 7 

Uşaq və yeniyetmələrin zülal, yağ və 

karbohidratlara gündəlik tələbatı (qramlarla' ____  

Yaş

 

Zülallar

 

Yağlar

 

Karbo-

 

hidratlar

 

Cəmisi

 

Heyvan

 

mənşəli

 

Cəmisi

 

Bitki

 

mənşəli

 

6 ay -1 yaş

 

25

 

20-25

 

25

 

-



 

113

 

1-1,5 yaş

 

48

 

36

 

48

 

-



 

160

 

1,5-2 yaş

 

53

 

40

 

53

 

5

 

192

 

3-4 yaş

 

63

 

44

 

63

 

8

 

233

 

5-6 yaş

 

72

 

47

 

72

 

11

 

252

 

7-10 yaş

 

80

 

48

 

80

 

15

 

234

 

11-14 yaş

 

96

 

58

 

96

 

18

 

382

 

14-17 



(oğlan)

 

106

 

64

 

106

 

20

 

422

 

14-17 (qız)

 

93

 

56

 

93

 

20

 

367

 

Göründüyü  kimi  uşaq  orqanizminin  qida  maddələrinə 



ehtiyacı yaşlılara nisbətən çoxdur. 

İnsan  orqanizminin  qidaya  olan  tələbatı  onun  həm  ene- 

rgetik, həm də plastik funksiyası ilə təyin olunur. 

Zülalın  qidada  çatışmazlığı  daxili  ehtiyatlar  vasitəsilə 

kompensasiya  olunsa  da,  bu  resurslar  daha  tez  istifadə  olunaraq, 

vacib fizioloji sistemlərin ağır pozğunluğu başlanır. Qidada zülalın 

çoxluğu  hipertoniya,  ürək  işemiyası,  ateroskleroz  xəstəliyinin 

inkişafına səbəb olur. 

Orqanizmə  daxil  olan  qidada  heyvan  və  bitki  mənşəli 

yağların  çatışmaması  yağda  həll  olan  vitaminlərin  mənimsə-

nilməsini  və  böyrəküstü  vəzilərdə  sterioidli  hormonların  sintez 

olunmasının  azalması  ilə  nəticələnə  bilər.  Yağlar  heyvan  or-

qanizmdə əlavə qida maddələri kimi xidmət göstərdiklərindən, onlar 

qarşılıqlı çevrilmə reaksiyaları vasitəsilə karbohid- ratlar və zülallar 

ilə sıx şəkildə əlaqədar olurlar. 

Heyvan orqanizminin karbohidratlara olan tələbatı ilk 



350 

downloaded from KitabYurdu.org



növbədə onların energetik dəyərləri ilə əlaqədardır. Karbohid- ratlar 

orqanizmi enerji ilə təmin edərək, yağların oksidləşmə proseslərini 

sürətləndirirlər. Karbohidratlar mukopolisaxa- ridlərin, o cümlədən 

də  qan  laxtalanmasının  azalmasına  yardım  edən  heparinin 

sintezində iştirak edirlər. Normadan artıq miqdarda şəkərin qəbulu 

mədəaltı vəzindən qana insulin ifraz olunmasına və qanda şəkərin 

artığının qaraciyərdə və əzələdə qlükogenə çevrilməsinə səbəb olur. 

Mineral  duzlar  heyvan  və  insan  orqanizminin  bir  çox 

toxumaları,  xüsusilə  də  yanmış  toxumalar,  bütün  toxuma  ma-

yelərində və fizioloji məhlullarda rast gəlinən Na

+

, K


+

 və Ca


+

, Zn, 


Mn, Fe və b. kationların sabitliynin qorunmasına səbəb olur. 

Heyvan  orqanizminin  qidanın  vitaminli  tərkibinə  tələbatı 

onların  orqanizmin  hüceyrələrində  baş  verən  həyati  proseslərin 

əsasları  olan  toxumalı  metobolizm  proseslərinin  təmin 

olunmasındakı rolunun bioloji vacibliyi ilə müəyyən olunur. 

Qidaya  olan  tələbat  nəzərə  alınaraq  heyvanın  qida  dav-

ranışını  təyin  edirlər.  Heyvanların  qida  davranışı  aclıq  hissini 

şərtləndirən  amil  kimi  çıxış  edən  sonuncu  qida  qəbulundan, 

orqanizmin  daxili  mühitində  baş  verən  müəyyən  dəyişikliklərdən 

asılı  olaraq geniş  şəkildə variasiya edir.  Qida maddələrinin qanın 

tərkibində toplanması maksimuma çatdıqda, heyvan qidalanmasını 

dayandırır. Adətən, qida davranışının bitməsi qida qəbulu zamanı 

və yaxud qida qəbulundan sonra mexaniki və kimyəvi qıcıqlanma 

nəticəsində baş verir. 

Ağız boşluğu ilə mədənin reseptorlarının qıcıqlanması aclıq 

hissinin və onun təmin olunmasının tənzimlənməsində əhəmiyyətli 

rol oynasa da, bu stimullar heyvanın  qəbul  etdiyi  qidanın ümumi 

miqdarına zəif təsir göstərirlər. Udulan qidanın həcmi qidanın mədə 

ilə bağırsağa daxil olmasından sonra inkişaf edən təsirlər, xüsusilə 

də  sorulma  məhsullarından  ibarət  olan  qanm  tərkibi  vasitəsilə 

tənzimlənir. 

Belə  ki,  D.Devis  ilə  başqalarının  təcrübələrində  ac  siço-

vulların  tox  heyvanların  qanlarını  qəbul  etdikdən  sonra  az  qi-

dalandığı müəyyən olunmuşdur. 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin