XURAMAN QASIMOVA (6 İYUN 1951)
Opera və Balet Teatrına solist götürülməmişdən əvvəl, məktəbli vaxtlarından bir neçə bədii
filındə baş rollara çəkilib. Buna görə də hələ vokal sənətində tanımnamışdan əvvəl kino aktrisası
kimi populyar olub. "Liftçi qız" filmində baş rolu ifa edib. Sonralar "Mən ki gözəl deyildim", "Həyat
bizi sınayır" filmlərində də maraqlı rollar oynayıb. Vokal ifaçılığında bir qədər sonralar uğur
qazanıb.
Xuraman Əkrəm qızı Qasımova Bakıda doğulub. Səsinin tembri sopranodur. 1975-ci ildə
Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında vokal sinifini bitirib. Çox az
müddət Musiqili Komediya Teatrında işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet
Teatrının solistidir.
Opera teatrında Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Nigar), Nazim Əliverdibəyovun
"Cırtdan" (Cırtdan), Cahangir Cahangirovun "Xanəndənin taleyi" (Xanım), Cakomo Puççininin
"Bohema" (Müzetta və Miınıni), Cüzeppe Verdinin "Aida" (Aida), "Otello" (Dezdemona), Pyotr
Çaykovskinin "Yevgeni Onegin" (Tatyana), Covanni Perqomzininin "Xanınım qulluq-çusu"
(Serpina), Şarl Qunonun "Faust" (Marqarita), Zakir Bağırovun "Qoca Xottabıç" (Leyla) operalarında
yaratdığı obrazlar Xuraman Qasımovanın hərarətli sənət axtarışlarının parlaq nailiyyətləridir.
Müğənni 1981-ci ildə Afinada keçirilən Mariya kallos adına Beynəlxalq müsabiqədə birinci
mükafat alıb və "Qran Pri" mükafatının qızıl medalına layiq görülüb. 1988-ci ildə 8-ci Beynəlxalq
Çaykovski müsabiqəsinin gümüş medalmı alıb. Xuraman Qasımova sənət nailiyyətlərinə görə
Azərbaycan Respublikasının xalq artisti (1986) fəxri adına layiq görülüb. Azərbaycan
Respublikasının Dövlət (1984) və Lenin komsomolu mükafatları laureatıdır.
Dostları ilə paylaş: |