Neolit dövrü qəbir abidəsi. Çoxtəbəqəli Qobustanın Firuz düşərgəsi
neolit mədəniyyəti baxımından daha maraqlıdır. Düşərgənin neolit dövrü
təbəqəsindən çaxmaq daşından hazırlanmış kiçik lövhəciklər, müxtəlif
formalı qaşovlar, gil qab nümunələri aşkar olunmuşdur. Lakin Firuz
düşərgəsinin elm üçün ən maraqlı tapıntısı 2x1 m ölçüdə qəbrin açılması
47
olmuşdur. Burada pərakəndə halda iki insan kəlləsi və insana aid digər
sümüklərə təsadüf edilmişdir. Skeletlərin yanında boyun bəzəyi olan
muncuqlar və heyvan dişlərindən asmalar da olmuşdur. Bu qəbir hələlik
Azərbaycan və ümumiyyətlə, Qafqaz ərazisində ən qədim qəbirdir.
Tədqiqatçılar onu təxminən Son Mezolit və İlk Neolit dövrünə aid edirlər.
Neolit dövrü tayfalarının dünyagörüşü incəsənətdə də öz əksini
tapmışdır. Neolit mədəniyyəti saxsı küplər üzərindəki ornamentlər, kiçik
heykəlciklər, qayaüstü rəsmlər qismində təcəssüm edir. Qədim tayfalar
tərəfindən çay və göllərin qayalıq sahillərində bütöv təsvir qalereyaları -
petroqliflər yaradılırdı. Qafqazda ən qiymətli tapıntı Qobustan qayaüstü
rəsmləridir. Rəsmlərin çoxu məhz neolit dövründə həkk olunmuşdur. Bu
rəsmlər əsasən rəqs və ov edən insanların, öküz və at ilxılarının təsvirlərindən
ibarətdir. Dövrünə görə rəsmin qayaya həkk olunmasının iki əsas üsulu var
idi - qırmızı oxra və qayanın üzərinə cızma yolu ilə həkk olunma. Oxra ilə
çəkilmiş rəsmlər azlıq təşkil edir, cızma üsulu ilə işlənmiş rəsmlər isə əksinə,
daha çoxdur. Rəsmlər ibtidai rəssamlar tərəfindən iti uclu daşla cızılaraq
relyef formasına salınırdı. Əsasən heyvanlar profildən, insanlar isə anfasdan
təsvir olunurdular. İncəsənətin bu növünün çox böyük mənası vardı, belə ki,
qayaların üzərində təsadüfi rəsmlər deyil, əfsanələr, o cümlədən dünyanın
yaranışını özündə əks etdirən təsvirlər həkk olunurdu. Əksər hallarda rəsmlər
süjetli xarakter daşıyırdı. Bunlar ov səhnələri, yaxud heç bir proseslə əlaqəsi
olmayan sadə quş, heyvan, bitki rəsmlərindən ibarətdir. Ümumiyyətlə,
petroqliflər insanların təkcə məişətini deyil, dini həyatını da canlandırırdı.
Neolit incəsənətinin digər əsas hissəsini ornamentlər təşkil edir.
Xəncər tiyələrini bəzəyən sümük (çarpazşəkilli) lövhələrdən ibarət
ornamental bəzəklər məlumdur. Ornamentlər əsasən böyük uğurla saxsı
qablara həkk olunurdu və bu qabların hansı mədəni dövrə aid olduğunu
bildirirdi. Neolit dövrü ornamentləri öz həkkolunma üsulları və süjeti ilə
müxtəlif idi. Ornamentasiyanın bütün qanunauyğunluqları gözlənilirdi:
həndəsi fiqurların həkk edilməsi zamanı simmetriya, ornamental naxışların
sıralanması və s. Beləliklə, ornamentlərin əsasını kvadrat, üçbucaq, rombvari
fiqurlar, dalğalı xətlər, kəndir və daraq izləri təşkil edirdi. Bu elementləri
istifadə etməklə neolit insanı mürəkkəb və çox nəfis naxışlar əldə edirdi. Bu
da onların yüksək bədii zövqündən xəbər verirdi.
48
IV FƏSİL
QAYAÜSTÜ TƏSVİRLƏR
1. Qafqazın qayaüstü təsvirləri
Dünyanın ilkin insan və ən qədim sivilizasiya mərkəzlərindən biri
olan Azərbaycan maddi mədəniyyət abidələri ilə zəngin ölkələrdəndir. Xalqın
qədim tarixinin öyrənilməsi üçün qayaüstü təsvirlər böyük əhəmiyyət kəsb
edir. Qayaüstü təsvirlər qədim insanların həyat tərzini, məşğuliyyətini,
məişətini, mənəvi aləmini daha əyani şəkildə, real və obrazlı təsvirlərlə əks
etdirir. Məhz bu baxımdan tarixin daş yaddaşı olan qayaüstü təsvirlərin
tədqiqi arxeologiya elminin əsas fəaliyyət istiqamətlərindən biridir.
Azərbaycanda qayaüstü təsvirlər petroqliflər ilk dəfə 1939-cu ildə
görkəmli Azərbaycan arxeoloqu İsaq Cəfərzadə tərəfindən, Bakıdan 65 km
cənub-qərbdə yerləşən Qobustanın cənub-şərq hissəsində (Böyükdaş,
Kiçikdaş, Cingirdağ dağları və Yazılı təpə) aşkara çıxarılmışdır. Qayaüstü
təsvirlərlə zəngin olan bu dağlar Xəzər dənizinin sahilinə yaxın ərazidə
yerləşir.
Böyükdaş və Kiçikdaş dağlarının zirvəsi yayla şəklindədirlər. Həmin
yaylaların səthini 10-15 m qalınlığında Abşeron suxurlu əhəngdaşı layı
örtmüşdür. Əsrlər keçdikcə təbii qüvvələrin təsiri nəticəsində bu əhəngdaşı
layları çatlayıb parça-parça olmuş və üzü aşağı diyirlənərək həmin dağların
yamaclarına və ətəklərinə səpələnmişdir. Beləliklə, bu yer irili-xırdalı
qayalığa çevrilmişdir. Buranın bəzi hissələrində bir-birinin üstə qalanmış daş-
qaya parçalarının altında (xüsusilə Böyükdaş dağı ətrafında) 20-yə yaxın
qayaaltı mağara və sığınacaq əmələ gəlmişdir. Belə ki, qədim dövrlərdə
insanlar həmin yerləri özlərinə yaşayış məskəni seçmişlər. Bu yaşayış
məskənlərində və onun yaxınlığındakı daş, qaya parçalarının əksəriyyətinin
üzərində qədim zamanlardan bəri, demək olar ki, XX əsrin əvvəllərinə kimi
insan, heyvan rəsmləri və müxtəlif işarələr həkk edilmişdir.
Qobustanın qayaüstü rəsmlərinin öyrənilməsi işi ilə Azərbaycan Milli
Elmlər Akademiyasının Tarix İnstitutu məşğul olmuşdur. İnstitutun təşkil
etdiyi arxeoloji ekspedisiyalar təqribən 20 il ərzində (1947-1966-cı illər)
Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpə rayonunda müntəzəm
surətdə axtarış və tədqiqatlar aparmış, külli miqdarda daş və qaya parçaları
gözdən keçirilmiş, təqribən 750 daş üzərində müxtəlif rəsmlər, işarələr və s.
təsvirlər aşkara çıxarılmışdır. Bütün bu rəsmlər daşdan və metaldan
hazırlanmış alətlərlə həkk edilmişdir. Hazırda 6000-dən artıq rəsm siyahıya
alınmışdır.
49
Qobustan qayaüstü rəsmləri mövzu cəhətdən olduqca rəngarəngdir.
Bunlar insan, vəhşi öküz, maral, keçi, şir, ceyran, at, vəhşi uzunqulaq (gur)
və s. təsvirlərdən ibarətdir. Rəsmlər bəzən, demək olar ki, təbii ölçüdə
verilmişdir. Daşlardan bir çoxunun üzərində kollektiv əmək prosesi, taxıl
biçini, qurban gətirmək, ov səhnəsi, öküz döyüşü, keçi gətirmək döyüşü,
itlərin canavar və maralı təqib etmə səhnəsi, şirlərin keçilərə hücumu, yürüş
səhnələri, dəvə karvanları, qadın təsvirləri əks etdirilmişdir. Ərazidən qırıq
xətlərlə çəkilmiş böyük ölçülü balıq rəsmləri də aşkara çıxarılmışdır.
Rəsmlər arasında kamanla silahlanmış və silahsız adamlarla dolu
qayıq rəsminə də təsadüf olunur. Həmin qayıqların təknəsinin burun
hissəsində Günəş rəsmi çəkilmişdir. Daşlardan birinin üzərində iki təkərli
hərbi araba təsviri qeydə alınmışdır. Qayalar üzərində müasir Azərbaycan
yallı rəqsini xatırladan fərdi və qrup halında dini-ayin rəqs mərasimini əks
etdirən təsvirlərə də rast gəlinir.
Bir neçə daş üzərində diametri 6-10 sm olan 2-3 sm dərinliyində
oyuqlara təsadüf edilmişdir. «Qaval daş» adlı ən qədim musiqi aləti olan daş
parçalar və Roma imperatoru Domisianın hökmranlığı dövründə (eramızın
81-96-cı illəri) həkk edilmiş latın yazısı aşkara çıxarılmışdır ki, bu da
Fulminata adlanan XII Roma legionunun Azərbaycanda, Xəzər dənizi
sahilində olmasını göstərən son dərəcə qiymətli kitabədir.
Hazırda ilk rəsmlərin tarixi təxmini olaraq yeni daş dövrünün (son
mezolit və neolit) ilk çağlarına, yəni e.ə. VIII-VI minilliklərə, qadınların
ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq dövrünə aid edilir. Qayalar
üzərində əsasən eneolit, tunc və orta əsrlər dövrünə aid olan rəsmlərə daha
çox təsadüf olunur.
Kiçik Qafqaz dağlarının ən yüksək zirvələrindən biri olan
Gəmiqayanın (Naxçıvan) yamaclarında da qayaüstü təsvirlər petroqliflər
aşkar olunmuşdur.
Gəmiqaya Ordubad rayonu ərazisində Nəsirvaz kəndindən şərqdə
Zəngəzurla (indiki Ermənistan) sərhəddə, kiçik Qafqazın ən hündür dağ
silsiləsində yerləşir. Abidədə ilk tədqiqat işləri 1968-ci ildə Tarix İnstitutunun
əməkdaşı V.H.Əliyev tərəfindən aparılmışdır. 2001-2003-cü illərdə
N.Müseyibli tərəfindən tədqiqat işləri davam etdirilmişdir. Gəmiqaya Kiçik
Qafqazın ən hündür zirvəsi olan Qapıcığın (3906 m) daha geniş yayılmış
adıdır. Buradakı abidələr kompleksi dəniz səviyyəsindən 2800-3500 m
yüksəklikdə yerləşir. Gəmiqayanın zirvəsindən yamaclarına qədər porfir,
qranosienit, kvars siepepit-liorit, qabbro-diorit və kvars mansodioçit növlü
vulkanik suxurlardan ibarətdir. Qayaüstü təsvirlər məhz bu daşların üzərində
həkk edilmişdir.
Qaya parçaları üzərində olan təsvirlər əsasən insan, maral, öküz, at,
araba, dəvə, bəbir və quşların realist üslubda işlənmiş rəsmlərindən ibarətdir.
50
Abidədə çoxsüjetli kompozisiyalara da təsadüf olunur. Təsvirlərin ən
qədimləri ərazidən əldə olunan keramika məmulatlarına əsasən ilk tunc
dövrünə aid edilir.
1976-cı ildə arxeoloq Qüdrət İsmayılzadə Kəlbəcər rayonunda
qayaüstü təsvirləri aşkar etmişdir. Onlar işlənmə üslubuna görə digər
Azərbaycan petroqliflərindən fərqlənir. Belə ki, bütün təsvirlər ucu iti daş
aləti bazalt daşlarının hamar səthinə vurmaqla işlənmişdir. Odur ki, hər bir
rəsm döyülmüş çoxsaylı nöqtələrdən təşkil olunmuşdur. Təsvirlər e.ə. III
minilliyin əvvəllərində yaşamış maldar və ovçular tərəfindən yaradılmışdır.
Qaya təsvirləri Zalxagöl və Qaragöl sahillərindəki və Taxta deyilən
yerdəki bərk bazalt daşları üzərində təsvir olunmuşdur. Bu yerlər dəniz
səthindən 3000 m hündürlükdədir.
Q.İsmayılzadənin apardığı tədqiqatlar göstərir ki, bu rayonda sonralar
da (e.ə. II və I minilliklərdə də) qaya təsvirləri mədəniyyəti davam etmiş və
daha mürəkkəb kompozisiyalar yaradılmışdır.
Buradakı petroqliflərin məzmunu insan və heyvanların fəaliyyəti,
həyatı ilə bağlıdır. Bir qayda olaraq insanlar ön və arxa tərəfdən, heyvanlar
isə yan tərəfdən, profildən təsvir edilmişlər. Təsvirlərdə insanların birlikdə
ayin rəqsi, ov səhnəsi, iki öküz qoşulmuş ikiçarxlı araba və s. təsvir
edilmişdir.
Arxeoloq Q.M.Aslanov 1963-cü ildən başlayaraq Abşeronun bir çox
kəndlərində (Şüvəlan, Türkan, Nardaran, Bilgəh, Şağan, Dübəndi) qayalar
üzərində bir sıra maraqlı təsvirlər aşkar etmişdir. Onlar öküz, keçi, maral, it,
şir və insanla bağlı ayin və ov səhnələri təsvirlərindən ibarətdir. Arxeoloq
öküz və keçi rəsmlərini mis-daş dövrünün sonlarına, tunc dövrünün
əvvəllərinə aid etmişdir.
Qərbi Azərbaycanın Zəngəzur bölgəsində Sünük adlanan yerdə qaya
təsvirləri müşahidə edilmişdir. Çox təəssüf ki, bu təsvirlər mətbuatda öz
əksini az tapmışdır.
Qaya təsvirlərində toplanmış, qədim dünyadan bizə yadigar qalan bu
zəngin mədəni irs açıq səma altındakı muzeyləri xatırladır.
51
IV HİSSƏ. PALEOMETAL DÖVRÜ
V FƏSİL
QAFQAZIN ENEOLİT DÖVRÜ
ARXEOLOJİ ABİDƏLƏRİ
1. Qafqazda paleometal dövrünə aid arxeoloji abidələrin xüsusiyyətləri
Qafqaz istehsal təsərrüfatının (əkinçilik və maldarlıq) ən əhəmiyyətli,
qaynar mərkəzlərindən biridir. E.ə. IV minillikdə dünya xalqlarının bir çoxu
maddi təsərrüfat sahəsində önəmli dəyişikliklər əldə etdilər - insanlar
metaldan əşyalar hazırlamağı öyrəndilər və beləliklə də, mis-daş, yaxud
eneolit dövrü başlandı. Mis işləmənin bu dövrdə soyuq və isti döymə
üsulundan istifadə olunmuşdu. İlkin silahlar soyuq üsulla hazırlanırdı, demək
olar ki, dünyanın bütün eneolit dövrü mədəniyyətləri üçün bu üsul xasdır.
Qeyd etmək lazımdır ki eneolit dövrünün bir çox abidələrində ümumi
cəhətlər izlənilir:
1.
Daş məmulatlarla yanaşı mis məmulatların da hazırlanması.
2.
Toxa əkinçiliyi və ev heyvandarlığının hökmranlığı.
3.
Boyalı gil qablar.
4.
Gil evlərin, gil heykəlciklərin və əkinçiliklə bağlı ayinlərin geniş
yayılması.
Cənubi Qafqazın arxeoloji abidələrinin tarixi tədqiqatı iki mərhələyə
ayrılır. XIX əsrin I yarısı və XX əsr. XX əsrin 50-ci illərinin sonlarında
Qafqazın eneolit dövrünü öyrənən alimlər Şimali Qafqazda iki mədəniyyət -
Kür-Araz və Maykop mədəniyyətlərini ayırd etdilər. Eneolit dövrünə aid
edilən Kür-Araz mədəniyyəti XX əsrin 40-cı illərinin əvvəllərində B.Kuftin
tərəfindən müəyyən olunmuşdur. Cənubi Qafqaz İkiçayarasının e.ə. III
minilliyə aid tarixi abidələrini araşdıran B.Kuftin belə bir nəticəyə gəlmişdi
ki, Cənubi Qafqazda erkən eneolit dövrünə təsadüf edən, özünəməxsus saxsı
qabları ilə fərqlənən kül təpəciklərindən ibarət unikal mədəniyyət
mövcuddur. Bu mədəniyyətə aid olan abidələrin, demək olar ki, hamısı Kür-
Araz hövzəsində aşkar edildiyindən eyni adla adlandırılmışdır. B.Kuftin Kür-
Araz mədəniyyətinin Kiçik Asiya və bütün Şərqi Aralıq dənizi
mədəniyyətləri ilə əlaqəsini müəyyənləşdirmiş və dövrün xronologiyasını
vermişdir.
Azərbaycan ərazisində Eneolit dövrünün tədqiqatlarının II mərhələsi
XX əsrin 60-cı illərindən başlanmış və bu günə qədər də davam etməkdədir.
İlk öncə A.İessen və İ.Səlimxanov eneolit dövrü abidələrini araşdırmışlar.
Daha real və əhəmiyyətli araşdırmalar isə Kür-Araz eneolitinə aid köçəri-
52
əkinçi tayfalara məxsus abidələrin aşkar edilməsi və öyrənilməsi hesab
olunur. 1951-ci ildə Naxçıvan yaxınlığındakı çoxtəbəqəli I Kültəpə
qazıntıları zamanı əhəmiyyətli tapıntılar əldə edildi. O.Həbibullayevin
rəhbərliyi altında aparılan qazıntılar zamanı Cənubi Qafqazda "Kür-Araz
eneoliti" təbəqəsindən çiy kərpicdən olan arxitektura nümunələri, ilkin
əkinçilik alətləri və bəzi ayrı-ayrı metal məmulatları aşkar edilmişdi. I
Kültəpədə aparılan tədqiqatlarla yanaşı Azərbaycan Milli Elmlər
Akademiyasının arxeoloji ekspedisiyası XX əsrin 50-60-cı illərində Mil-
Qarabağ düzündə aparılan uğurlu kəşfiyyat işləri nəticəsində "Kür-Araz"
mədəniyyətindən əvvəl mövcud olmuş köçəri-əkinçi mədəniyyətinin izləri
olan abidələri aşkar etmişlər. Bunlar Azərbaycanın qərb ərazisindəki Baba-
Dərviş, Şomutəpə, İlanlıtəpə, Qarğarlartəpə və s.-dir. Abidələrdə arxeoloq
İ.Nərimanov tərəfindən ilk ümumiləşdirilmələr aparılmış və belə nəticəyə
gəlinmişdir ki, bu abidələr Qafqazın ilk erkən əkinçilik mədəniyyətini özündə
təcəssüm etdirir. O, Qarabağ və Muğan düzündə digər erkən əkinçilik
abidələrini də tədqiq etmişdir, xüsusilə, Muğan düzündəki (Cəlilabadda)
Əliköməktəpə abidəsini misal göstərmək olar.
Eneolit dövrünün yaşayış məskənləri əsasən hündür təpələr
formasında olub, müxtəlif ölçülüdürlər. Bu dövrün yaşayış məskənlərinə
düzən və dağətəyi ərazilərdə təsadüf edilir.
Hazırda Cənubi Qafqazda 70-dən artıq eneolit dövrü abidəsi
məlumdur ki, onlardan da 50-dən çoxu Azərbaycan ərazisində yerləşir.
Azərbaycanın və ümumi Qafqazın ən məşhur eneolit dövrü abidəsi I Kültəpə
hesab olunur.
Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5
hektara yaxın bir sahəni əhatə edir. 21 m qalınlığında mədəni təbəqəyə malik
təpə bütövlükdə aşağı qatdan yuxarıyadək, kül, xırda daş, təsərrüfat və məişət
qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin
aşağıdan birincisi eneolit dövrünə aiddir. Qalınlığı 9 m olan bu təbəqədən
tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, fauna qalıqları, daş
sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları, qəbirlər və s. aşkar
edilmişdir. Tapılan arxeoloji materiallar I Kültəpə sakinlərinin oturaq həyat
keçirdiklərini sübut edir.
Abidədən əldə olunan daş və möhrədən tikilmiş dairəvi bina qalıqları
diqqəti daha çox cəlb edir. Diametri 7 m-ə çatan, divarların qalınlığı 35-55
sm olan bu evlər arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür. Kültəpənin
eneolit dövrü materialları içərisində daş alətlər çoxluq təşkil edir. Onların
çoxu dəvəgözü daşından hazırlanmışdır. Abidədən çaxmaqdaşından
hazırlanmış alətlər, ox ucluqları və oraq dişləri əldə edilmişdir. Misdən
hazırlanmış əşyalar isə sancaqlardan, muncuqlardan, tiyələrdən, nizə
ucluqlarından və s. ibarətdir.
53
Bu abidənin daş məmulatları geniş ərazini əhatə edən erkən əkinçi
məskənləri üçün səciyyəvidir. Əldə olunan metal məmulatlardan ibarət kiçik
kolleksiya xüsusi maraq doğurur. Bura bir neçə mis əşya da daxildir - arxa
ucluqları olan sırğalar, iki muncuq və nazik rombvari əşya. Saxsı məmulatı
kobud işləməli, az bişirilmiş olub qırmızı rəngdədir. Əldə olunan bütün
qablar yastı oturacaqlıdırlar və nadir hallarda qulplara və qab qırıqlarına
təsadüf olunur; əsasən kasalar, dərin piyalələr, qabarıq gövdəli, hündür dar
boğaz kuzələr çoxluq təşkil edirdi. Onların üzərində ornament yoxdur.
Abidədə bir bütöv və 20 parça halında boyalı qab qırığı mövcuddur.
Antropomorf və zoomorf heykəlciklərə rast gəlinmir, lakin bir neçə gil,
funksiyası məlum olmayan məmulat aşkar olunmuşdu.
Bu abidənin ən aşağı qatı Mil-Qarabağ düzündə qeydə alınmışdır.
Quruçay və Köndələnçay arasındakı ərazidə də həmçinin bir neçə eneolit
təbəqəsinə malik yaşayış məskənləri açılmışdır - Günəştəpə, Zərgərtəpə,
Çadırtəpə. Eneolit məskənlərinin ikinci qrupu Muğan düzündə yerləşir -
Əliköməktəpə, Üçtəpə, Mişarçay I-IV, Qurudərə I-IV və s. Erkən əkinçi
məskənlərinin üçüncü qrupu Azərbaycanın qərb bölgəsində - Kür çayı sahili,
Qazax rayonu ərazisində aşkar olunub Töyrətəpə, Şomutəpə, Babadərviş və
Qarğalartəpəsi. Eneolit abidələri, həmçinin Tovuzçay və Şəmkirçay
hövzələrində də tədqiq olunmuşdur.
Bu mədəniyyətlər özünü yalnız məişət abidələri şəklində təcəssüm
etdirmir. Bunlar əsasən çay kənarında təbii təpələrdə salınmış yaşayış
məskənləridir. Düzənlik və dağətəyi zonalarda yerləşən məskənlərlə yanaşı
bir sıra erkən əkinçi yaşayış məskənləri daha yüksək yerlərdə - təbii çay
hövzələrində, çay qovşaqlarında salınmışdı. Bəzi abidələrin nisbi
xronologiyası radiokarbonal üsulla təyin olunmuşdur. Məs.:
1.
Şomutəpə - e.ə. 5560 ± 70 il
2.
Töyrətəpə - e.ə. 4295± 125 il
3.
Kültəpə - e.ə. 3807 ±90 il
4.
Qarğalartəpəsi - e.ə. 4800 ± 60 il
Beləliklə, yuxarıda sadalanan tarixlərin əksəriyyəti e.ə. V minilliyyə,
biri - e.ə. IV minilliyin ortalarına təsadüf edir ki, bu da Cənubi Qafqazda
eneolit dövrünün inkişafının e.ə. V minillikdə formalaşması və inkişafın
ikinci mərhələsinin e.ə. IV minilliklə əlaqəli olduğunu göstərir.
Azərbaycanın eneolit dövrü abidələri iki qrupa bölünür: I qrup
abidələr neolit xüsusiyyətləri daşıyır. Bu tip abidələrə alt təbəqəsi, Şomutəpə,
Töyrətəpə, Qarğalartəpə, Baba Dərviş daxil olmaqla, Mil Qarabağ və Muğan
düzlərinin bir sıra yaşayış məskənləri aiddir. II qrupa isə inkişaf etmiş
eneolitə aid olan Kiçik Qafqaz dağ silsiləsi ilə Kür çayı arasındakı yaşayış
məskənləri daxildir.
54
Şomutəpə. Dairəvi formaya malik, diametri 100 m olan kiçik təpədir.
Mədəni təbəqənin qalınlığı orta hesabla 1 m-dir. Dairəvi planlı evlər
(diametri 3m və daha artıq) və təsərrüfat tikililəri (dərinliyi 2m) əsasən çiy
kərpicdən inşa edilmişdir. Otaqlara giriş dördbucaqlı kəsik formasında
tikilmişdir. Sobalar aşkar olunmasa da, ayrı-ayrı divarların kənarında ocaq
izlərinə rast gəlinir. Dövrünə görə yaşayış evlərinin damlarında işıq düşməsi
və tüstünün çıxması məqsədilə dəlik açılırdı. Bəzi evlərin quyuları vardı. Bu
quyulardan buğda saxlamaq məqsədilə istifadə olunurdu. Ocaq izlərinə
həyətlərdə də təsadüf olunmuşdur. Burada, həmçinin dairəvi planlı yaşayış
yerləri yarımqazmalar aşkar olunmuşdur. Şomutəpədən 3 km şərqdə
Töyrətəpə yerləşir. Töyrətəpə diametri 100 m və hündürlüyü 6 m olan
abidədir. Yaşayış evlərinin və təsərrüfat xarakterli tikililərin forması, tikinti
materialının növü, tikililərin planlaşdırılması Şomutəpədən fərqlidir. Dövrünə
görə çaxmaq daşı və (kremendən) hazırlanan daş məmulatları müxtəlif
məqsədlərlə istifadə olunurdu kəsici, deşici alətlər, kombinə silahlar və s. Bu
dövrdə çay çınqılı da geniş istifadə olunan təbii materiallardan idi. Daşın
işlənməsi və silah hazırlanması yaşayış məskənlərinin ərazisində aparılırdı.
Müəyyən olunmuşdur ki, Şomutəpə və Töyrətəpədən tapılan əşyaların
hazırlanmasında eyni texnikadan və eyni xammaldan istifadə olunmuşdu.
Əldə olunan saxsı qablar formaca sadə olub, kobud işləməyə malikdirlər.
Onlar qulpsuz yastı oturacaqlıdırlar. Aşkar olunan ayrı-ayrı saxsı qırıqlarının
isə üfüqi çıxıntı şəkildə olan qulpları vardı. Qablar bitki tərkibli (saman)
gildən hazırlanıb və əksər hallarda qırmızı-qəhvəyi, nadir hallarda isə sarı-
qəhvəyi rəngdə müşahidə olunur. Qabların üzərini bəzəyən ornamentlər bir,
yaxud bir neçə sıra ilə qabın üzərinə şaquli istiqamətdə yapışdırılmış girdə
göbələkvari çıxıntılar şəklindədirlər. Həmçinin qabların üzərində dişli alətlə
yerinə yetirilmiş özünəməxsus kəsmə ornament nümunələrinə də rast gəlmək
mümkündür. Qablar arasında cam formalı küplər də vardır. Dulusçuluq
məmulatlarının kiçik bir qrupunu antropomorf gil heykəlciklər təşkil edir.
Onlara
nadir
hallarda
təsadüf
olunur. Məsələn, Çalağantəpədən,
Leylatəpədən, Qarğalartəpəsindən aşkar olunmuş qadın heykəlcikləri.
XX əsrin 80-ci illərində Qarabağda e.ə. IV minilliyin I yarısına aid
Leylatəpə yaşayış yeri I.Nərimanov tərəfindən aşkar olunmuşdur. Bu
mədəniyyətə aid yaşayış yerləri və qəbir abidələri Çinartəpə, Şomutəpə,
Abdal Əziztəpə, Böyük Kəsik, Poylu, Soyuq bulaq, Ağılı dərə və s.
öyrənilmişdir. Bu abidələrdən bir qrupu 2004-2005-ci illərdə BTC neft
kəmərinin tikintisi zamanı aşkar olunmuşdur.
Dostları ilə paylaş: |